Mikayıl Cabbarov bu təhsil ocağına təftiş göndərərsə... - Ortaya xeyli fakt çıxar...
Tarix: 6-11-2015, 10:29 | Çap et
 Bir müddət bundan əvvəl qəzetimizin səhifələrində 18 saylı Bakı Peşə Liseyinin fəaliyyətində müşahidə edilən bəzi neqativ hallardan bəhs edən materiallar dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda bildirilirdi ki, hazırda aşpaz, avtomobillərin təmiri çilingəri, elektrik-qaz qaynaqçısı, əməliyyatçı-mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, kompyuter operatoru, veb-dizayner və xarrat-dülgər və parket ustası üzrə kadrların hazırlandığı bu liseydə ciddi nöqsanlar mövcuddur. Açıqlama verən mənbənin sözlərinə görə, məhz liseyin direktoru Rəhim Ağamalıyevin yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə ilk növbədə liseydə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 18 saylı Bakı Peşə Liseyində bir çox şagirdin adı sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktoruna müəyyən məbləğdə ödəniş edirlər. Daha sonra məlumatlarda liseydə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır. Məsələn, liseyin binası bir neçə il öncə təmir edilsə də, şagirdlərdən demək olar ki, hər ay “təmir pulu” yığılır. Bu günlərdə yeni aldığımız məlumatlarda isə, Rəhim Ağamalıyevin yol verdiyi digər qanun pozuntuları da diqqət mərkəzinə çəkilir. Məsələn bildirilir ki, direktor lisey binasının müəyyən sahələrindən şəxsi əmlakı kimi istifadə edir. Belə ki, iddiaya görə binanın zirzəmisini Füzuli rayonu Uşaq Yaradıcılıq Birliyinə icarəyə vermiş Rəhim Ağamalıyev bunun müqabilində hər ay 500 manat məbləğində pul alır. Digər tərəfdən isə, lisey direktorunun bu kimi maxinasiyaları hətta xarici şirkətlərlə də “çevirməyə” müvəffəq ola bilir. Bu barədə aldığımız daha bir açıqlamada bildirilir ki, bir müddət əvvəl əhsil Nazirliyinin xəttilə 18 saylı Bakı Peşə Liseyində Almaniyanın tanınmış “BOSCH” şirkətinin tədris mərkəzi yaradılmışdır. Mənbə vurğulayır ki, bu məqsədlə TN tərəfindən 13 min manat məbləğində vəsait ayrılsa da, Rəhim Ağamalıyev nə yollasa şirkətin təmsilçilərindən də 13 min avro məbləğində pul almağa müyəssər ola bilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər mətbu orqanlarına ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Rəhim Ağamalıyevin rəhbərlik etdiyi liseydə bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktorunun üzərinə düşür. Xatırladaq ki, hələ bir neçə il bundan əvvəl Rəhim Ağamalıyev Təhsil Nazirliyinin strateji təhlil və kadrların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxt onun Dünya Bankının müəllimlərin təkmilləşdirilməsi üçün ayırdığı 300 min manat vəsaiti qaranlıq məqsədlərə xərcləməsi barədə xəbərlər də yayılmışdı. Məsələnin üstü açılanda isə, sabiq təhsil naziri Misir Mərdanov Rəhim Ağamalıyevin həbs olunmaması üçün onu işdən çıxararaq, sonradan 18 saylı peşə liseyinin direktoru vəzifəsinə təyin etmişdi. Digər tərəfdən də, bəzi mənbələrin iddiasına görə, Rəhim Ağamalıyevin məhz həmin dövrdə baş tutmuş elmi müdafiəsi də ciddi saxtakarlıqlarla müşayiət olunmuşdu. Lakin göründüyü kimi, lisey direktoru bu gün də öz maxinasiyalarından əl çəkmir. Liseydə olan mənbə bildirir ki, Rəhim Ağamalıyev hətta müəllimlərə 20 manatdan mükafat yazdıraraq, bu pulları da mənimsəməkdən belə çəkinmir...
Materialda irəli sürülən ittihamlara dair lisey rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00 |
|
|
|
• "Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55 |
|
|
|
• Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52 |
|
|
|
• İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04 |
|
|
|
• Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03 |
|
|
|
• “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59 |
|
|
|
• Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57 |
|
|
|
• “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51 |
|
|
|
• Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45 |
|
|
|
• “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41 |
|
|
|
• Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27 |
|
|
|
• "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25 |
|
|
|
• Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19 |
|
|
|
• Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15 |
|
|
|
• "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11 |
|
|
|
• “Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08 |
|
|
|
• Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06 |
|
|
|
• “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00 |
|
|
|
• Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Dünən, 16:50 |
|
|
|
• Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Dünən, 16:40 |
|
|
|
• Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Dünən, 16:32 |
|
|
|
• Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Dünən, 16:22 |
|
|
|
• Azərbaycanda DSK sədri vəfat edib
Dünən, 16:19 |
|
|
|
• “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:15 |
|
|
|
• Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Dünən, 16:13 |
|
|
|
• Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Dünən, 16:05 |
|
|
|
• Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Dünən, 15:51 |
|
|
|
• Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Dünən, 15:47 |
|
|
|
• Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Dünən, 15:44 |
|
|
|
• “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Dünən, 15:38 |
|
|
|
• Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Dünən, 15:32 |
|
|
|
• Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Dünən, 15:25 |
|
|
|
• İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Dünən, 15:15 |
|
|
|
• “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 15:14 |
|
|
|
• Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Dünən, 15:11 |
|
|
|
• İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Dünən, 15:08 |
|
|
|
• Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Dünən, 15:05 |
|
|
|
• 3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Dünən, 15:01 |
|
|
|
• "Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Dünən, 14:58 |
|
|
|
• Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Dünən, 14:52 |
|
|
|
• DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Dünən, 14:49 |
|
|
|
• Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 14:46 |
|
|
|
• İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Dünən, 13:03 |
|
|
|
• Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Dünən, 13:02 |
|
|
|
• Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Dünən, 12:59 |
|
|
|
• İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Dünən, 12:56 |
|
|
|
|