Qobustanda vəziyyət uruscadır... - Rövşən Pənahovun qızıldan qiymətli su biznesi
Tarix: 4-07-2015, 11:37 | Çap et
 Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin də fəaliyyəti rayonda xüsusi əhəmiyyət kəsb edir. Lakin redaksiyamıza daxil olan məlumatlarda bu idarənin müdiri Rövşən Pənahovun öz fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi iddia olunur. Bildirilir ki, rəhbərlik tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Həmçinin məlumatlarda bildirilir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Rövşən Pənahovun özünə qaytarılır. Bildirilir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinə 2012-ci ildə 300 min, 2013-cü ildə 350 min, 2014-cü ildə isə 350 min manatdan çox vəsait ayrılıb. Həmçinin mənbələr iddia edirlər ki, idarənin balansında olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Rövşən Pənahovun maxinasiyaları sayəsində “yoxa çıxır”. Yuxarıda təqdim olunan sxem yanacaq-sürtgü materialları ilə həyata keçirilən maxinasiyalarda da uğurla tətbiq olunur. Bundan başqa vətəndaşların əkin sahələrində istifadə etdikləri suya görə pul ödənişlərinin yığımını da məhz Rövşən Pənahovun idarəsi, Abşeron kəndlərində yaradılan bir neçə assosiasiya vasitəsilə həyata keçirir. Həmin assosiasiyalar yığdıqları vəsaitləri Bank hesabı ilə Rövşən Pənahovun idarəsinə köçürürlər. Mənbənin bildirdiyinə görə, il ərzində Abşeron rayonunda su pulundan 300 min manatdan çox vəsait yığılır. Həmin vəsaitlər də eynilə Rövşən Pənahov tərəfindən cari təmir işlərinə, su nasoslarının təmirinə, boruların yenilənməsinə və sair işlərə sərf olunma adı altında silinərək mənimsənilir. Sənədlərdə göstərilən işlərin isə əslində çox cüzi bir hissəsi görülür. Həmçinin rayonda suvarma suları ilə təminat sahəsində də əhaliyə göstərilən xidmətin səviyyəsi olduqca aşağıdır. İddialara görə vətəndaşlardan su puluna görə hətta bir neçə dəfə artıq ödəmələrin alındığına baxmayaraq, əhali sudan ciddi korluq çəkir. Bunun əsas səbəbi isə əhaliyə xidmət göstərən avadanlıqların həddindən artıq köhnə olmasıdır. Bundan başqa daxil olan məlumatda bildirilir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı İstismarı İdarəsinin balansında olan texnikalar, traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarındaistismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, Rövşən Pənahov həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya görə gündə 100-150 manat icarə haqqı alır. Həmçinin məlumatlarda vurğulanır ki, dövlətdən mənimsədiyi vəsaitlər hesabına, bu gün Rövşən Pənahovun adı Abşeron rayonunda ən varlı məmurlar arasında çəkilir...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50 |
|
|
|
• Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45 |
|
|
|
• “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38 |
|
|
|
• "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35 |
|
|
|
• "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26 |
|
|
|
• Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18 |
|
|
|
• Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
• “Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13 |
|
|
|
• Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09 |
|
|
|
• İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05 |
|
|
|
• İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02 |
|
|
|
• Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59 |
|
|
|
• “Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54 |
|
|
|
• Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50 |
|
|
|
• Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41 |
|
|
|
• Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15 |
|
|
|
• Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09 |
|
|
|
• Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06 |
|
|
|
• ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Dünən, 18:04 |
|
|
|
• Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Dünən, 18:01 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Dünən, 17:59 |
|
|
|
• "Sən demə, əri fanatımdır"
Dünən, 17:57 |
|
|
|
• "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Dünən, 17:55 |
|
|
|
• Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Dünən, 17:52 |
|
|
|
• Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Dünən, 17:50 |
|
|
|
• 2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Dünən, 17:21 |
|
|
|
• “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:17 |
|
|
|
• Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Dünən, 17:16 |
|
|
|
• Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Dünən, 17:14 |
|
|
|
• Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Dünən, 17:08 |
|
|
|
• Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Dünən, 17:05 |
|
|
|
• "Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Dünən, 16:59 |
|
|
|
• Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Dünən, 16:47 |
|
|
|
• İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Dünən, 16:44 |
|
|
|
• Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Dünən, 16:42 |
|
|
|
• “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Dünən, 16:28 |
|
|
|
• Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Dünən, 15:57 |
|
|
|
• Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Dünən, 15:55 |
|
|
|
• “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Dünən, 15:51 |
|
|
|
• Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Dünən, 15:50 |
|
|
|
• ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Dünən, 13:17 |
|
|
|
• İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Dünən, 13:15 |
|
|
|
• Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Dünən, 13:07 |
|
|
|
• Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Dünən, 13:01 |
|
|
|
• 102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Dünən, 12:59 |
|
|
|
• “Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Dünən, 12:56 |
|
|
|
• Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Dünən, 12:49 |
|
|
|
• Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Dünən, 12:47 |
|
|
|
• “Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Dünən, 12:43 |
|
|
|
|