Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... .....                     "Bu çox ciddi bir cinayətdir, terrordur" .....                     "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" .....                     Şəkidə şəhid ailəsi çətin durumda .....                     Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? .....                     "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" .....                     Bakının mərkəzində Rusiya təhlükəsi .....                     Əmrullayevin çətiri altında özbaşınalıq .....                     Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası .....                     “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” .....                     Müştərinin pulunu geri qaytarmır! .....                     Növbəti ölkə Türkiyə olacaq! .....                     Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər .....                     "Səhhətimə görə maşınmı da satmışam" .....                     Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır .....                     Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır .....                     Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir .....                     General sərəncamdan təqaüdə göndərildi .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb .....                     Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib .....                     Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək .....                     DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb .....                     Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib .....                     "Kapital Bank"da yeni təyinatlar olub .....                     BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb .....                     “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                 

Günün ikinci yarısı başçı məşğuldur: `LEY-PEY`DƏDİR... - BU NƏDİ BELƏ?!
Tarix: 11-10-2023, 08:50 | Çap et
Günün ikinci yarısı başçı məşğuldur: `LEY-PEY`DƏDİR...
Yaxın günlərdə qısa bir müddət Gəncə şəhərində oldum. Bu müddət o qədər səmərəli keçdi ki, şəhərin vəziyyəti haqqında tam və müfəsssəl məlumatlar toplaya bildim. Ciddi müşahidələr apardım, ilk əvvəl özümə də inanılmaz gələn dəqiq məlumatlar əldə etdim. Müşahidələrim və əldə etdiyim statistik rəqəmlər məni Gəncə şəhəri ilə bağlı silsilə məqalələr dərc etməyə sövq etdi. Bəribaşdan deyim ki, Azərbaycanın ikinci paytaxtı hesab olunan, 340 mindən çox əhalisi olan Gəncə böyük təhlükə altındadır, şəhər reanimasion durumdadır və dövlətçilik ənənənələri, ideoloji iş, kadr siyasəti özünün süqut dövrünü yaşayır. Əhalinin sosial rifahından, təhsilin, səhiyyənin, infrastrukturun, turizmin, biznes mühitinin vəziyyətindən isə danışmağa dəyməz.

QISA ARAYIŞ: Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlı əhali arasında oturuşmuş bir fikir formalaşıb. Şəhər əhalisi hesab edir ki, icra başçısı yalnız günün birinci yarısı işdə olur, günü ikinci yarısından etibarən isə vaxtını yaxın dostları ilə bərabər içki məclislərində keçirir.

Azərbaycanın ən strateji əraziləri siyahısında ilk yerlərdən birində qərarlaşan Gəncə şəhəri həm mərhum prezident Heydər Əliyevin və həm də Prezident İlham Əliyevin xüsusi diqqət dairəsində olub. Şəhərin ölkədaxili və qlobal əhəmiyyətinin artırılması istiqamətində Prezident İ.Əliyev kifayət qədər tapşırıq və göstərişlər verib. Amma sabiq icra başçısı Elmar Vəliyevin zamanında qalan problemlər N.Bayramovun dövründə daha da dərinləşib, hazırda Gəncədə baş verən açıq və gizli proseslər müsbət perspektivlər vəd etmir. Dövlət başçısının tapşırıqları bir çox hallarda yarımçıq icra olunub. Demək olar ki, icra başçısı ilə əhali arasındakı rabitə tamamilə itib.

Gəncə şəhəri müasir Azərbaycan tarixinin ən səs-küylü hadisələri ilə tarixin yaddaşına düşüb. Ötən əsrin 90-cı illərində Surət Hüseynovun qiyamı, 2018-ci ildə Gəncədə baş verən hadisələr və sabiq icra başçısı E.Vəliyevin güllələnməsi Gəncə şəhəri ilə bağlı tutarlı strategiyanın işlənib hazırlanmasını labüd edirdi. Müxtəlif dini cərəyanlara məxsus radikal qrupların və kriminal komandaların formalaşması bu gün də Gəncənin ən ağır və strateji problemi kimi vitrindədir.

Gəncədə nə baş verir?

- Narkomaniya və narkotik maddələrin satışı ən pik həddə çatıb

- Dilənçilik bütün şəhəri bürüyüb

- Müxtəlif dini cərəyanlara və xarici ölkələrə bağlı radikal qruplaşmalar açıq, gizli və yarıgizli şəkildə təşkilatlanıb

- Kriminal aləmin nümayəndələri şəhərdə əsas söz sahiblərinə çevriliblər

- Ziyalılar şəhəri tərk edərək Bakıya köçürlər

- Binzesmenlər qorxudulur, vergi məmurları onlardan qanunsuz vəsaitlər tələb edirlər

Sovet dövründə Gəncə şəhərində 150-dən çox istehsal müəssisələri fəaliyyət göstərirdi. Bu gün həmin müəssisələrin çox az bir qismi, onlar da insan əməyindən az istifadə olunmaqla, müasir texnologiya ilə öz fəaliyyətini davam etdirir. Gənclərin işsizlik problemi onların kriminal aləmə və radikal dini qruplaşmalara meyl etməsinin əsas səbəbi kimi hələ də öz aktuallığını saxlayır.

Ailələrin dağılması, boşanmaların artması geniş vüsət alıb və son 5 il ərzində dilənçiliyin səviyyəsi bir neçə dəfə artıb. Dilənçilər arasında qadınlar çoxluq təşkil edir, əvvəlki illərdən fərqli olaraq, dilənçiliyin yaş səviyyəsi çox aşağı düşüb və 5-8 yaş arası qız uşaqları küçələrdə, ticarət mərkəzlərinin, restoranların qarşısında fasiləsiz dilənirlər. Əgər əvvələr daha çox Yevlaxdan gələn qaraçılar dilənirdilərsə, indi ailəsi dağılmış qadınlar, təqaüd yaşına çatmış yaşlılar və əmək qabiliyyətli gənc qızlar dilənçilik edirlər.

İnsanların, xüsusilə, gənclərin məşğulluq problemlərinin həll edilməməsi, işsizliyin kütləvi hal alması onların radikal qruplaşmalara meyl etməsini təmin edən əsas faktordur.

Gəncə şəhərinin ziyalıları həmişə ölkənin mədəni, elmi, ictimai-siyasi həyatında aktiv rol oynayıblar. İndi şəhərdə ziyalı mühiti o qədər zəifləyib ki, onlar şəhərin həyatında heç bir rol ala bilmirlər. Diqqətsizlikdən əziyyət çəkən şəhər ziyalılarının təxminən 20%-i son 5-6 il ərzində Gəncəni tərk edərək, Bakıya köçüblər. N.Bayramov öz sələfi E.Vəliyevin kursuna sadiq qalaraq, daha çox layiq olmayan kadrları irəli çəkməklə, intellektual təbəqəni şəhərdən qovub çıxarır. Heç şübhəsiz ki, belə olan halda şəhərdə dini radikalizm və kriminal durum daha da güclənmiş olur.

Gəncədə şəbəkələşmə və təşkilatlanma...

Gəncədə gənclərin işsizlikdən əziyyət çəkməsi, onların narkotik və spirtli içkilərin aludəçisinə çevrilməsi milli dövlətçiliyimiz üçün ciddi təhdidlər yaratmaqdadır. Müxtəlif radikal dini qrupların təsiri altına düşən bu gənclər başqa ölkələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən çəkinmirlər. Zamanında bu gənclərlə işləmək lazım idi. Bəlkə də Azərbaycanda çox həssas əhali kütləsinə sahib birinci şəhər Gəncədir. Gəncə müxtəlif ölkələrin dini təbliğatı üçün ən münbit ərazilərdən biridir, çünki burada oturuşmuş, dəyişilməyən zeyniyyət mövcuddur və kölə zehniyyəti aradan qaldırmaq üçün də gənclər arasında köklü heç bir iş görülməyib.

Məni tanıyanlar bilirlər ki, təriqərtçi deyiləm, amma təriqət məsələsi məqsədli şəkildə ortaya atılanda öz mövqeyimi ifadə etməyi də bacarıram. Məhz "suların bulandığı” məqamda mən əsil-kökümün qaynaqlandığı və qürur duyduğum şiə olduğumu həmişə üsyankar şəkildə ifadə etmişəm. Zaman-zaman başlanan məqsədli proseslərdə də öz qələmimi süngü etməkdən çəkinməmişəm, dindarlar, ilahiyyatçılar, alimlər, ictimai-siyasi xadimlər qaçıb gizlənəndə mən döyüşmüşəm, bunu hər kəs bilir.

Amma Gəncədə durum tamamilə fərqlidir. Burada Vətənə xəyanət, İrana casusluq var.

Hazırda Gəncədə radikal dini qruplaşmaların üzvü olan və İranın gizli servislərinə xidmət edən minlərlə gənc var. Əldə etdiyim məlumatlardan görünür ki, hazırda Gəncədə 17-dən artıq dini qruplaşma gizli və yarıgizli şəkildə fəaliyyət göstərir. Onların İranın xüsusi xidmət orqanlarından, eləcə də, Qum şəhərindəki dini-ideoloji mərkəzlərdən tapşırıqlar aldığı heç bir şübhə doğurmur. İran meylli şəxslərin təxminən 20-25%-i radikal fikirlərini ifadə etməkdən çəkinməsələr də, hələki "yatmağa” üstünlük veriblər. Bu şəxslərə "İranın şiəliyə heç bir aidiyyatının olmadığını” aşılamaq üçün çox gecikmişik.

Gəncədə daha bir təhlükə - Əhalinin dindar təbəqəsinin içində "Sunqurçu”ların təşəkkül tapmasıdır. "Nurçu”luğun bir qolu olan "sunqurçu”lar Gəncədə 6-7 dərsxana təşkil edərək formalaşmağa başlayıblar.

Əvvəllər Azərbaycan Texnologiya Universiteti "Fətullah Gülən camaatı”na mənsub şəxslərin nəzarətində idisə, indi vəziyyət qismən dəyişib, amma ümumən şəhərdə və müxtəlif müəssisələrdə "nurçu”ların Fətullaha bağlı qolu öz mövcudluğunu qoruyub saxlaya bilib.

Rayon rəhbərliyi baş verən bütün bu proseslərə nəzarət etmək iradəsinə sahib deyil.

Sahibkarlar isə qorxu altında yaşayır. Vergi məmurlarının sahibkarları qorxudaraq, onlardan əlavə vəsaitlər tələb etməsi və bu qanunsuz hərəkətləri işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə sərf olunacağını bəhanə gətirərək həyata keçirməsi Gəncə şəhərinin biznes mühitinin dəhşətli və qorxulu mənzərəsinin praktiki ifadəsidir.

P.S. Şəhərin biznes mühiti, səhiyyə və elm sahəsi, bərbad idarəetmə müxanizmləri, infrastrukturu haqqında ayrı-ayrılqıda məqalələrimizi oxuya biləcəksiniz...

Müəllif: Samir Feyruzov
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
"Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59
"Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57
Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53
Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45
"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37
Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29
Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48
Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45
General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41
Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36
İran Ukraynaya nota verib
Dünən, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23
PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Dünən, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Dünən, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Dünən, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Dünən, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Dünən, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Dünən, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Dünən, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Dünən, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Dünən, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Dünən, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Dünən, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Dünən, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Dünən, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Dünən, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru