“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                     "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" .....                     ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb .....                     Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır .....                     "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" .....                     Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib .....                     ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib .....                     Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                 

Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:55 | Çap et

ABŞ Prezidenti Donald Tramp Zəngəzur dəhlizi ilə bağlı sülh sazişini möhkəmləndirmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı ötən ay Ağ Evdə qəbul edib. Bu barədə ABŞ-nin “The Hill” nəşri yazır.

İlk baxışdan hər şey sülhə doğru atılmış addım kimi görünür. Lakin bu, İran üçün ciddi strateji zərbə oldu.

Saziş Azərbaycanla və onun eksklavı olan Naxçıvan arasında Ermənistan ərazisindən keçən birbaşa yol əlaqəsini nəzərdə tutur. Bu yol Ermənistanın suverenliyi və nəzarəti altında qalacaq. Beləliklə, dəhliz İranı oyundan kənarlaşdırır, eyni zamanda ABŞ-ın Cənubi Qafqazda uzunmüddətli mövcudluğunu möhkəmləndirir: Vaşinqton “Trump Route for International Peace and Prosperity” (TRIPP) adı verilən marşrutun inkişafı üçün 99 illik konsessiya əldə edir.

Bu, İran üçün mühüm təsir rıçağının itirilməsi deməkdir: məhz coğrafi vəziyyət onilliklər boyu Tehrana regional tranzit siyasətində mövqeyini qorumağa imkan verirdi. İndi isə bu üstünlük aradan qalxıb.

Dəhliz daha geniş tendensiyanın bir hissəsinə çevrilib: İranın xarici siyasətə yatırımları addım-addım dağılır.

Suriyada Bəşər Əsəd rejiminə dəstək cəhdləri iflasa uğradı.

Livanda “Hizbullah”ın mövqeləri ciddi şəkildə zəiflədi.

İsrail və ABŞ-la 12 günlük müharibə İranın hərbi sisteminin zəif tərəflərini üzə çıxardı.

Xarici uğursuzluqlar fonunda daxili problemlər daha da dərinləşir: inflyasiya, iqtisadiyyatın durğunluğu, elektrik və su qıtlığı cəmiyyətin narazılığını artırır, ali dini lider ayətullah Əli Xameneinin dominantlığına əsaslanan siyasi sistem isə getdikcə daha kövrək görünür.

Zəngəzur sazişi İran üçün ciddi nəticələr vəd edir: dəhliz onun regiondakı təsirini azaldır, onu tranzit oyunundan kənarlaşdırır və daxili sabitliyin pozulması riskini gücləndirir”, – “The Hill” yazır.

Bəs Zəngəzur dəhlizinin Ermənistan ərazisindən açılması İran üçün nə dərəcədə ciddi zərbə olacaq? ABŞ-nin “The Hill” nəşri bu qənaətində nə dərəcədə haqlıdır?

Müstəqil analitik Rəşad Rzaquliyev bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, İran qlobal geosiyasi klub tərəfindən yaradılan, Çin, Rusiya və Şimali Koreyanın da daxil olduğu “rədd edilmişlər klubu”nun tərkib hissəsidir. “Onlar Qərbin Yeni dünya nizamı görüşünə qarşı müqavimət forpostlarıdır və bu gün hərbi-siyasi və sosial-iqtisadi baxımdan kifayət qədər sərt təzyiqlərlə üzləşirlər.

İran bu sırada ən zəif həlqədir. Mənim fikrimcə, bu, islamın ən müqəddəs dəyərləri üzərindən manipulyasiya edən, aqressiv klerikal və ideoloji-utopik dövlətdir. Qərb sanksiyalarından, davamlı hərbi-siyasi zərbələrdən və daxili sosial qeyri-sabitlikdən boğulan, zəifləyən bir ölkədir. Və bu ölkə həm də ABŞ və İsraillə növbəti müharibənin astanasındadır.

Belə bir şəraitdə İranın regionda öz xarici siyasi maraqlarını təmin edə bilmək imkanlarından danışmaq, ən azı, yersizdir. “Tramp marşrutu” ideyası isə məhz elə bir yerdə ortaya qoyulub ki, İran az əvvəl burada öz təsirini amansızcasına müdafiə edir, güc tətbiqi və bütün ilahi cəzalarla hədələyirdi. Bu isə şəxsən İranın birinci şəxsi üçün açıq-aşkar bir sillədir. Başqa cür mümkün deyil. İran geri çəkildi. Fikrimcə, bu halda “The Hill” nəşrinin mövqeyi həqiqətə yaxındır”, – ekspert bildirib.

O, Zəngəzur dəhlizinin İran İslam Respublikası üçün hansı əhəmiyyət daşıdığı barədə də suala cavab verir. “Bu, faktiki olaraq, Pentaqonun və Lenqlinin (Mərkəzi Kəşfiyyat İdarəsi – red.) anglosakslarla İranın qarşıdurma xəttində rəsmi mövcudluğu deməkdir. Bu, fars ekspansionizminə qarşı çıxan türk geosiyasi xəttini bərpa edən yoldur. Bu, İranın Cənubi Qafqaz ölkələrinə təsir imkanlarının tamamilə itirilməsidir. Bu, “Şimal–Cənub” layihəsinin logistika infrastrukturuna, İranın Avropaya quru ticarət-iqtisadi yoluna nəzarətdir. Və nəhayət, bu, müasir Azərbaycanın regional dövlət kimi xarici siyasət və xarici iqtisadi uğurlarının parlaq təzahürüdür – İranın siyasi elitası üçün mahiyyət etibarilə ölümcül amildir”, – Rzaquliyev yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru