Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi .....                     İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? .....                     "Jurnalistlərin binası"nda qaz problemi yaranıb .....                     Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR .....                     Burda lisenziyasız “həkimlər” at oynadır .....                     Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB .....                     “Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var .....                     Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər .....                     Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... .....                     Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ .....                     Limonun ədədi 1,50 oldu... .....                     Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır .....                     Azərbaycan İranın düşməni deyil .....                     Ukraynanın Avropa yolundakı Orban əngəli .....                     SOCAR-da QAYÇILAMA davam edir .....                     “Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” .....                     “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir .....                     Ukrayna onları “qara siyahı”ya saldı .....                     Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia .....                     Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? .....                     Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                 

Dövlət pul ayırır ki, elm inkişaf etsin... nazir altına YUMŞAQ MEBEL ALIR... - FAKT BUDUR!
Tarix: 2-06-2023, 10:04 | Çap et
Dövlət pul ayırır ki, elm inkişaf etsin... nazir altına YUMŞAQ MEBEL ALIR...
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15,939 milyon manat və yaxud 0,4 % azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilir. Bu, “2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məktəbəqədər təhsil xərclərinin dəyişdirilməyərək 404,836 milyon manat, ümumi təhsil xərclərinin dəyişdirilməyərək 2 milyard 099,098 milyon manat, peşə təhsili xərclərinin dəyişdirilməyərək 64,168 milyon manat, orta ixtisas təhsili xərclərinin dəyişdirilməyərək 86,714 milyon manat, ali təhsil xərclərinin dəyişdirilməyərək 70,606 milyon manat, əlavə təhsil xərclərinin dəyişdirilməyərək 11,84 milyon manat, təhsildə tətbiqi tədqiqat xərclərinin dəyişdirilməyərək 6,887 milyon manat saxlanılması, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin isə 15,939 milyon manat və yaxud 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub.

Ekspertlərə görə, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin boynuna yıxmaq olmaz. Dünya ölkələrində ayrı-ayrı universitetlər həm də öz gəlirləri hesabına müəyyən nailiyyətlər qazanırlar. Azərbaycanda da 6 universitetə publik hüquqi şəxs statusu verilib. Amma belə görünür ki, universitet və digər təhsil müəssisələri öz imkanları hesabına gəlir əldə edə bilmir.

Sənəddən göründüyü kimi, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub. Bu vəsaiti dövlət bəzən doğrudan da mənasız tədbirlərə, konfranslara ayrılaraq “yem edir”.

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın dövlət büdcəsindən təhsilə kifayət qədər yaxşı vəsait yatırılıb: “4 milyard 400 milyona manata yaxın vəsait ayrılırdı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi nəzərdə tutulan xərcləri, proqramları düzgün həyata keçirə bilmir. Problemin başında dövlət qurumunun ayrılmış büdcənin plan üzrə reallaşmasını təmin etməməsi ilə bağlıdır. Bu gün Azərbaycanda qəzalı vəziyyətdə olan 800-ə yaxın məktəb var. Onların ciddi şəkildə təmirə ehtiyacı var. Bu gün Azərbaycanda beynəlxalq innovativ layihələrin həyata keçirilməsinə ehtiyac var. Tədqiqatlarımız zəifdir. Müəllimlərin əmək haqqının artırılması, sosial rifah halının yüksəldilməsi ilə bağlı addımlar atılmalıdır. Təhsilə kifayət qədər xərc tələb edən tədqiqatlar, sahələr olduğu halda bu problemlər həll edilmir. Misal üçün, uzun illərdir biz ağır çanta probleminin həlli üçün iki nüsxəli dərslik sifarişini təklif etmişdik - dərsliyin biri məktəbdə, biri evdə qalsın, uşaqlar ağır çanta daşımasınlar. Eləcə də məktəblərin stadionlarının, idman zallarının təmirinə, məktəblərə müasir kompüterlərin verilməsinə ehtiyac var. Müəllimlərin təkmilləşməsinə ehtiyac var. Amma Elm və Təhsil Nazirliyi planlaşdırılmış və proqnozlaşdırılmış büdcəni yerinə yetirmir. Bəzən belə hesab edirlər ki, həmin büdcənin geri qaytarılması yaxşıdır. Xeyir, belə deyil. Sizə xərcləmək üçün pul verilibsə, konkret bu məsələlər edilməlidir və bunu etmirlərsə, deməli layihələrin həyata keçirilməsi ilə bağlı ciddi problem var. Bu gün Azərbaycan təhsilində kadr islahatlarına ehtiyac var. Azərbaycan ali təhsilinin beynəlxalq rəqabətliliyini artırmalıyıq. Ali təhsil müəssisələrinin beynəlxalq reytinqdə olması üçün elmlər doktorları, fəlsəfə doktorlarına məqalələrin çapına, onların xarici dil öyrənməsinə və digər innovativ yeniliklərlə bağlı dəstək durmaq lazımdır. Amma bunu etmirlər. Bu gün ölkədə 1693 uşaq bağçası var, uşaqların cəmi 25 faizi uşaq bağçasına cəlb edilib. Bu, 50 faizə qaldırılmalıdır. İri bağçalar tikilməlidir. Təhsil kifayət qədər xərc tələb edir, amma biz azaldırıq. Bu gün Azərbaycanda elmin ÜDM-də faizi 1 faizin altındadır. Biz tədqiqatlarımızın heç birinin sənayeyə yönəlməsini görə bilmirik”.

Ekspert əlavə edib ki, təhsilə ayrılan vəsait azaldılmamalıdır: “Sadəcə, ona görə azalır ki, son üçü il ərzində Elm və Təhsil Nazirliyi qarşıya qoyulmuş hədəflər istiqamətində xərcləri düzgün planlaşdırmayıb. Ancaq mənasız nələrəsə, misal üçün, tez-tez saytlar, idarələr yaradırlar. ETN-in elmin inkişafına ayırdığı pul vəsaitinin məbləği ilə nazirlikdə özlərinə aldıqları yumşaq mebelin pulu ilə müqayisə etsək görərik ki, daha çox yumşaq mebellərə vəsait xərclənib. Yaxud da hansısa dost-tanışlarına qrantlar verirlər. Heç bir hesabatlıq yox, nəticəyönümlülük yox... Yəni ayrılan vəsaitin düzgün istifadəsi yoxdur. Son 3 il ərzində 6 milyon manatdan çox vəsait qrant adı altında olan layihələrə xərclənib, amma heç bir inkişaf yoxdur. Təhsilə ayrılan xərcləri artırmalıyıq ki, ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayı artsın. Bu gün ali təhsil müəssisələrində plan yerləri artıb, amma ciddi keyfiyyət dəyişikliyini görmürük. Birmənalı şəkildə vəsaitin azaldılması yaxşı hal deyil. Fikrimcə, vəsaitin plan üzrə xərclənməməsini yoxlamaq lazımdır. Pulun büdcəyə qayıtması yaxşı hal deyil. Bu zaman da büdcəni hazırlayan qurum görür ki, təhsil üçün nəzərdə tutulmuş vəsait xərclənmir. Deməli, hədəflərə çatılmır deyə pul xərclənmir. Deməli, müvafiq qurum yalançı statistika ilə, məlumatlarla ictimaiyyəti aldadır”.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-alim, beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2019-cu ildə qəbul edilən “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq, təhsil müəssisələrinə əlavə gəlir əldə etmək məqsədilə, nizamnamələrində nəzərdə tutulan qaydada və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmalarına icazə verilib: “Buraya əsasən ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların və şagirdlərin əl işlərinin satışı, əlavə dərnəklər və kursların təşkili və s. kimi fəaliyyət növləri daxildir. Ümumiyyətlə, dövlət və özəl təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti bilavasitə mənfəət əldə etmək məqsədi daşımasa da, dövlət təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirləri bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəltməli olduqları qanunda qeyd edilir. Düşünürəm ki, təhsil müəssisələrinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə verilən icazə, dövlət büdcəsindən təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin azaldılmasına səbəb olub. Təhsil müəssisələrimiz nə dərəcədə bu işin öhdəsindən gəlir, onu deyə bilmərəm. Ənənəvi universitetlərin əsas məqsədi ali təhsil verməkdən və elmi araşdırmalar təşkil etməkdən ibarətdir. Ancaq hazırda dünyadakı bir çox universitetlər ənənəvi universitetlərdən fərqli olaraq müasir dövrün tələblərinə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iş dünyası ilə sıx əməkdaşlıqlar qururlar. Sahibkarlıq fəaliyyətləri də yalnız gəlir əldə etmək və iqtisadi fayda təmin etməklə məhdudlaşmır. Əsas məqsəd, iqtisadi baxımdan müstəqil olmaq, muxtar olmaq, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək, iqtisadi və sosial baxımdan əlavə dəyər yaratmaqdır. Misal üçün, Türkiyədə universitetlər texnoloji inkişaf və innovasiya sahəsində aktiv rol oynayan inkubator mərkəzi, tədqiqatların ticariləşməsini təmin edən lokomativ və yeni informasiya və texnologiyaların mənbəyi kimi xarakterizə edilirlər. Universitet səviyyəsində həyata keçirilən sahibkarlıq fəaliyyəti sanki biliklərin istehsal prosesinə, məhsula və şirkətə çevrilməsini təmin edir. Türkiyənin demək olar ki, hər şəhərində, qəsəbəsində universitet mövcuddur və onlar yerli və regional iqtisadi inkişafa əhəmiyyətli dərəcədə töhfə verirlər.

Akademik sahibkarlıq sahəsində müvəffəqiyyət əldə edən universitetlər maliyyə və sosial faydanı da təmin etmiş olurlar. Sahibkar universitet modelində isə ölkədə var olan sənaye müəssisələri ilə birgə hər iki tərəf üçün də faydalı olacaq əməkdaşlıqların qurulması, texnologiyaların transferi həyata keçirilir. Sahibkar universitetlər iqtisadi inkişafı təmin etmək üçün bir növ inkubasiya mərkəzlərinə və texnoparklara çevrilirlər. Türkiyənin Sənaye Nazirliyi, Kiçik və Orta Miqyaslı Sahibkarlıq Subyektlərinə Dəstək İdarəsi, Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı, nazirliklər sahibkar universitetlərin çoxalması üçün mütəmadi maliyyə dəstəyi təmin edirlər. Göründüyü kimi, hər nə qədər prioritet missiya təhsil vermək olsa da, təhsil müəssisələri müxtəlif əməkdaşlıqlar quraraq sahibkarlıq və istehsal fəaliyyətləri ilə məşğul olması mümkündür".

Elm və Təhsil Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi - Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Bu gün, 07:53
İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - NARAZILIQ VAR...
Bu gün, 07:35
Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
Bu gün, 07:32
Burda lisenziyasız “həkimlər” at oynadır - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB – Kimya Müəllimlərindən ŞOK İDDİA
Bu gün, 07:23
“Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var - VİDEO
Bu gün, 07:19
Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15
Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12
Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10
Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08
Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02
Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00
Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58
SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54
“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27
Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24
Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru