Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                 

“Baku Electronics”də müştərilər NECƏ ALDADILIR... - MÜRACİƏT
Tarix: 17-05-2023, 08:26 | Çap et
“Baku Electronics”də müştərilər NECƏ ALDADILIR...
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi-13/6B ünvanında yaşayan Məmmədov Xəyal Allahverdi oğlu Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynova göndərdiyi şikayətində yazır:

- Mən Məmmədov Xəyal Allahverdi oğlu, 18.03.2023-cü tarixində “Baku Electronics”in Bakı şəhərinin Nərimanov filialının Təbriz küç.-98 ünvanında yerləşən mağazasından bir neçə məişət avadanlığı, o cümlədən qiyməti 1600 manat olan iri ekranlı (55 ekranlı) televizor aldım. 31.03.2023-cü il tarixində həmin avadanlıqlar “Baku Electronics”in əməkdaşı tərəfindən ünvanıma çatdırılmışdır. Avadanlıqlar gətirilikdə avdanlığı təhvil verən nümayəndəyə öncədən televizorun quraşdırıması üçün nəzərdə tutduğum otağa keçirib orada açmasını və yoxlamasını xahiş etsəm də, həmin şəxs televizoru eləcə evin girişində (mətbəxdə) yoxlayacağını bildirdi və televizoru qutusunun baş hissəsindən açaraq (sonradan bildim ki, zavod təlimatı üzrə uyğun olmayan yerindən və qeyri-peşəkarcasına açaraq çıxarmışdır) iri həcimli televizoru təkbaşına qutudan çıxartdı və özü də birbaşa cərəyana qoşdu.

Nəzərinizə çatdırmaq istərdim ki, istehsalçı zavodun təlimatı üzrə televizorun qutusu üzərində qeyd edilmış yan hissədən açılmalıdır. Sonradan şikayət ücün mağazaya getdiyim zaman mağazanın menecerlərinin də etiraf etdiyi kimi, 50 ekrandan böyük televizoru qutudan təkbaşina çıxarmaq qətiyyən olmazmış. Mənim aldığım televizor isə 55 ekrandır və onu hökmən iki nəfərin çıxarması vacib imiş. Daha sonra “Baku Electronics”in əməkdaşı televizorun işlədiyinin təsdiqini məndən soruşdu və yenə tələsik qaytarıb qutuya qoydu. Bundan sonra həmin əməkdaş təqdim etdiyi müvafiq sənədi mənə imzaladıb çıxıb getdi.

Nəzərinizə çatdırmaq istərdim ki, istər “Baku Electronics”in mağazasında və istərsə də məhsulu təhvil verən şəxs televizorun düzgün istismara verilməsi barəsində və eləcə də onun ekranının olduqca incə və qırılmaya həssas olması barədə heç bir məlumat vermədilər. Hətta onlar mənə “Baku Electronics”ə məxsus servisin əməkdaşının gəlib televizoru quraşdira biləcəyi barədə də təklif irəli sürmədilər. Göründüyü kimi, “Baku Electronics”in nümayəndəsi özü bütün təlimatları səriştəsizcəsinə pozdu. Və həmin nümayəndə çıxıb getdikdən dərhal sonra biz özümüz televizoru quraşdırmaq üçün nəzərdə tutduğumuz otağa apararaq “Baku Electronics”in nümayəndəsinin qutudan çıxardığı şəkildə və olduqca ehmalca cıxardıq, zədə almaması üçün məhsulu yumşaq penaplas məhsulun üzərinə qoyaraq ayaqlarını taxdıq və televizoru cərəyana qoşduq. Bu vaxt ekranda catın olduğunu aşkar etdik və həmin dəqiqə “Baku Electronics”in qaynar xətti ilə əlaqə saxladım. Oradan cavab olaraq məhsulu aldığım mağazaya yaxınlaşıb ərizə yazmalı olduğumu və problemin həlli üçün onların yardımçı olacağını bildirdilər, mən elə həmin gün mağazaya yaxınlaşıb ərizə yazdım. Daha sonra “Baku Electronics”in servisindən mənimlə əlaqə saxlayıb televizorun şəklini çəkib atmağımı istədilər və mən televizorun zədəli şəkillərini göndərdim. Bir həftə sonra servis xidmətindən cavab olaraq burada onların məsuliyyət daşımadıqlarını və televizorun yalnız 1100 azn ödəyəcəyim təqdirdə təmir edəcəklərini bildirdilər. Daha sonra mənim əsaslı arqumentlərimə dayanan iradlarımın qarşısında cavabsız qalsalar da öz məsuliyyətlərini üzərlərindən atdılar və istəyəcəyim yerə şikayət edə biləcəyimi bildirdilər. Bundan sonra təkidlərimə rəğmən yalnız təmir xərcinin yarısını ödəyəcəyim təqdirdə təmir edəcəklərini bildirdilər və mən haqlı olaraq bu təkliflə razılaşmadım. Etiraz olaraq “Baku Electronics”in Nərimanov mağazasına dəfələrlə yaxınlaşmışam. Mağazanın idarə heyyətindən Ceyhun bəy və Samira xanımla görüşərək iradlarımı bildirmişəm və onlar əsaslı arqumentlərimə rəğmən haqlı olduğumu etiraf etmişlər. Lakin problemin həllinin onların ixtiyarı xaricində olduğunu və yalnız əsas idarəçilərin qərar verə biləcəyini, bunun ücün də iradlarımı müvafiq şəxslərə çatdıracaqlarını bildirdilər. Orada çalışan Qərənfil adlı xanımın xidməti əlaqə nömrəsini verərək ara-sıra onunla əlaqə saxlayıb ondan cavab gözləməyimi xahiş etdilər. Bundan başqa, iki dəfə də “Baku Electronics”in baş ofisinə yaxınlaşmışam və oradakı hər hansısa bir şirkət üzrə cavabdeh şəxslərdən biriylə görüş tələb etmişəm. Hər dəfəsində məni oradakı Leyla adlı bir xanıma yönləndiriblər. Zəng etmişəm, hansı kı, o xanım orada sadəcə vasitəçilik rolu oynadığını etiraf etdi və mənimlə cavabdeh şəxslərdən heç birisi görüşmədi. Həmin xanım da digərləri kimi onlardan cavab zəngi gözləməyimi xahiş etdi. Yalnız 04.05.2023-cü il tarixində “Baku Electronics”dən mənə zəng edərək xeyrimə müsbət rəy verilmədiyini bildirdilər. Aydın olan budur ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən və deyilənlərə əsasən, İranlı tanınmış iş adamı Rza Zərrabın yaxın qohumu olan Bəhram Oromiyə məxsus “NAB Holdinq”in tərkibində fəaliyyət göstərən “Baku Electronics”in sahibləri Azərbaycanın hüquqi dövlət olduğunu unutmuşlar. Və beləliklə, nə Azərbaycan Respublikasının qanunvericiliyinə, nə də Azərbaycan vətəndaşlarına hörmət göstərmirlər. Azərbaycan vətəndaşlarının istehlakçı hüquqlarını kobudcına pozurlar (Bunu da qeyd etmək vacibdir ki, “Baku Electronics”in satdığı məhsulların heç birinin təlimat kitabçasında Azərbaycanca təlimatlar qeyd edilməyib və bu da Azərbaycan qanunvericiliyinə ziddir).

Hörmətli Eyyub müəllim! Yazıb sizdən xahiş edirəm ki, mövcud problemin ortadan qaldırılmasına köməklik göstərəsiniz, mənim istehlakçı hüququmu qoruyasınız və ödədiyim 1600 manat pulun mənə geri qaytarılmasına dəstək olasınız! Bildiyim qədər bu şirkət tərəfindən istehlakçı hüquqları pozulmuş vətəndaşlarımız çoxdur. Bu səbəbdən vətəndaşların pulunu aldıqdan sonra ona qüsurlu mal verib sonra vətəndaşı dinləməkdən boyun qaçıran şirkətin bu kimi əməlləri barəsində müvafiq dövlət orqanlarına və mediyaya məlumat verilsin ki, vətəndaşlarımız aldadılmasınlar!”.

Redaksiyadan: Əlavə şərhə ehtiyac görmürük və problemə aydınlıq gətirilməsi üçün “Baku Electronics”in məsul şəxsləri ilə əlaqə saxladıq... Bu barədə əlavə bəhs ediləcək. İnanırıq ki, problem ədalətli həllini tapacaq.
//“Təzadlar”//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Dünən, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Dünən, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Dünən, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Dünən, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Dünən, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru