ETSN-də baş verən kadr dəyişikliklərinin pərdəarxası – Qurumda əslində nələr baş verir?
Tarix: 8-03-2023, 10:34 | Çap et
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir neçə gün əvvəl ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad etmiş və digər sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin etmişdir
19 ilin nazir müavini olmuş Firdövsi Əliyev son bir ilə qədər YAP Siyasi Şurasının üzvü kimi də nüfuza malik idi. Dövlət başçısı tərəfindən qəfil olaraq belə bir addımın atılmasına səbəb olmuş hadisənin incə detalları barədə dövrü mətbuatda çoxsaylı versiyalar irəli sürülür. Lakin Firdovsi Əliyevin vəzifəsindən atılmasının əsl səbəbbləri geniş ictimaiyyətə qaranlıq qalmaqdadı. Amma xatırlatmaq istərdik ki, son illər onun kurasiyasında olan meşə fondu ərazilərində baş verən xoşagəlməz hallar, məsələn çoxsaylı müəmmalı meşə yanğınları, regionlarda olan minlərlə hektar sıx meşə ərazilərinin kürünərək məhv edilməsi və torpaqlarının ayrı ayrı işbazlara satılması, qiymətli meşə cinsli ağacların saxta sənədlərlə sanitar zonaya aid edilərək kütləvi qırılması halları bütün Azərbaycan vətəndaşlarının haqlı narazılığına səbəb olmuşdur. Elə sonuncu araşdırmalarımız zamanı o da məlum olmuşdur ki, Qusar rayonun Şudux kəndi yaxınlığında olan 210 ha meşə sahəsində olan qoz bağının, tingliyin və palıd, vələs və qovaq ağaclarından ibarət olan meşəliyin buldozerlə 2020-ci ildə kürünürərk ayrı ayrı işbazlara və nazir Muxtar Babayevin kürəkəni olan Elçinə 30 ha sahənin, xalası oğlu Fizuli Babayevin AAB-nin Quba filialında vəzifədə işləyən kürəkəni olan Murada da 30 ha-nın və qalan 150 ha isə pulla ayrı-ayrı işbazlara icarə adı altında satılması, Vəlvələ kəndi yaxınlığında kürünən meşə fondunun oliqarx məmura yaxın adamın adına icarə müqaviləsi bağlanılması və meşəliyin yaxınlarına peşkəş edilməsi olub. Bu kimi qanunsuzluqların yuxarı dövlət orqanları qarşısında qaldırılması nazir Muxtar Babayevi çıxılmaz vəziyyətə salmışdır.
Qeyd edək ki, meşə fondunun torpaqlarının əkilməsi, meşələrin kürünərək yerində müxtəlif təyinatlı obyektlərin tikintisi artıq kütləvi hal alıb. Bu tək respublikanın şimal bölgəsində deyil cənubunda, qərbində də olan meşə torpaqlarında da baş verir. Lerik, Astara meşələrinin kütləvi şəkildə qırılması barədə elektron media resurslarında kifayət qədər məlumatlar var. Şəki, Qax meşələrinin talan edilməsi barədə də həmçinin. Əldə etdiyimiz ən son məlumatlarda Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarında da meşə fonduna aid torpaqların əkilməsi kütləvi hal alıb. Bununla bağlı geniş məlumatları növbəti araşdırmaların birində daha geniş faktlar açıqlayacağıq.
Firdovsi Əliyevin vəzifəsindən azad olunmasına qayıdaq. Hazırda Baş Prokurorluqda baş vermiş ekoloji cinayətlə bağlı araşdırmaya başlanılmışdır. Məlumatlara görə təkzibolunmaz faktlar qarşısında qalan nazir özünü xilas etmək üçün çıxış yolunu 19 ilin müavini olmuş Firdovsi Əliyevin “günah keçisi” kimi cəzalandırılmasını məcburən təşkil edib vəziyyətdən çıxmaq istəmiş və hələlik buna qismən də olsa nail olmuşdur. Əslində isə Firdovsi Əliyevlə bərabər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başda nazir Muxtar Babayev olmaqla bir çox səlahiyyətliləri də vəzifələrindən alınmalı idi. Daha əvvəl Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynovun güya pensiya yaşının çatması ilə əlaqəqar vəzifəsindən azad edilməsi barədə xəbər vermişdik. Amma göründüyü kimi, respublikada meşələrin kütləvi şəkildə qırılması faktlarına ETSN müxtəlif donlar geyindirmək istəsə də Baş Prokurorluq qurumu təkzibolunmaz faktlarla üzbəüz qoyub. Odur ki, birinci müavin olaraq Firdovsi Əliyev hər şeyi Meşələrin İnkişafı Xidmətinin rəisinin üzərinə atıb. Amma birinci dalğa Xalıqverdi Hüseynovu apardısa, ikinci dalğa isə Firdovsi Əliyevin özünü aparmalı oldu. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində üçüncü bir dalğanın da baş verəcəyi gözlənilir. Bu dalğa isə çox güman ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovu aparacaq. Son vaxtlar ağacların kütləvi şəkildə kəsilməsi və bir çox ekoloji problemlərin yaranmasında Ekspertiza Agentliyi sədrinin də az rolu olmayıb. Muxtar Babayevin özünə gəlincə. Yaxın zamanlarda o da bəlli olacaq.
Elə bu arada Quba rayonundan olan məlumatlı mənbəmiz nazir Muxtar Babayevin Quba rayonun Vəlvələ kəndi yaxınlığında, Bakı-Quba yolunun Vəlvələ çayından sonrakı hissəsindən 3.4 km sol tərəfində yerləşən və ərazisi 200 ha-dan çox olan qədim meşəliyin də Bakıda fəaliyyət göstərən oliqarxa peşkəş etməsi bildirlmişdir. Sıx meşə cinsli qiymətli ağacların olduğu ərazi nahamar olduğundan meyilli yerləri kürünərək düz hala gətirilmiş və düzən torpaq zonada başdan ayağa gilas tingləri əkilərək kənarları dəmir setkalarla bərkidilmişdir. Bir sözlə, məşhur oliqarx tərəfindən meşənin məhv edilməsi nəticəsində mənimsənilmişdir. Doğrudur, milli sərvətlərimizə qarşı törədilən genişmiqyaslı vəhşiliyə hətta Quba rayon İcra Hakimiyyəti səviyyəsində də səs çıxaran cürət sahibi tapılmamışdır. Yerli ictimaiyyət də susqunluğa üstünlük vermişdir.
Bu arada onu da xatırlamaq yerinə düşərdi ki, İstər Qusar rayonun Şudux kəndi yaxınlığında olan 210 ha meşə ərazilərinin nazirin yaxın qohumlarına hər birinə 30 ha olmaqla peşkəş edilməsi faktlarını hazırda prokurorluq orqanları tərəfindən ciddi araşdırıldığından ETSN rəhbərliyi də bu araşdırmaları ictimayyətə təqdim etdiyimiz üçün bizimlə hər yerdə, hər vasitə ilə, hər bir kanallardan istifadə etməklə maraqlanırlar. Güman edirik ki, bu təqiblər ETSN xüsusi şöbəsinin müdiri olan Elman tərəfindən təşkil edilir. Xatırladaq ki, Elman bəy Rusiya Federasiyasında FTX-nın polkovniki rütbəsində fəaliyyət göstərsə də, cənab nazir onu Moskvadan Bakıya dəvət etmişdir.
Bizi isə əsas maraqlandıran detal budur ki, nazir postunda olduğu müddətdə cənab Babayevin təbii sərvətlərimizə qarşı törətdiyi irimiqyaslı qanunazidd hərəkətlər barəsində dövri mətbuatın, yerli sakinlərin yazdıqları çoxsaylı şikayətlərə rəğmən özünü toxunulmaz saxlamasının sirri haqqında yeni araşdırmalara baş vurmuşuq. Və bunun səbəblərini gələn sayımızda detalları ilə ictimaiyyətə təqdim edəcəyik. Necə oldu ki, sabiq Müdafiə naziri Səfər Əbiyevdən fərqli olaraq ( hər iksi Quba rayonundandır) dövlət başçısı etimadı doğrultmayan belə bir dövlət məmurunu postunda saxlamaq məcburiyyətində qalmışdır? Bizi izləyin.
Aktualinfo.org-un araşdırma qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Bu gün, 21:40 |
|
|
|
• BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Bu gün, 21:38 |
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
|