Bakı Baş Gömrük İdarəsindəki özbaşınalığa görə kim cavab verməlidir? - NARAZILIQ VAR!
Tarix: 15-12-2022, 09:35 | Çap et
 Bir neçə gün əvvəl Çindən dekor güllər gətirən tacirlərin Bakı Baş Gömrük İdarəsində haqsızlıqla üzləşdikləri səbəbindən Dövlət Gömrük Komitəsinə (DGK) etiraz etmələri barədə məlumat yaymışdıq. Xatırladaq ki, redaksiyamıza müraciət edən bir qrup şəxs Çindən idxal etdikləri sintetik güllərə görə gömrük haqqı bir kiloqrama görə 3,5 ABŞ dollarından 5,0 dollara qədər qaldırılmasından şikayətlənmişdilər. Bakı Baş Gömrük İdarəsində rastlaşdıqları axırıncı tələbdən çox məyus olan ticarətçilər etirazlarını daha uca səslə bildirmək üçün Dövlət Gömrük Komitəsinə də gedibmişlər. Onlarla təmasa çıxan Bakı Baş Gömrük İdarəsinin Elmir adlı əməkdaşı isə sözün hərfi mənasında bazarlıq etmişdi: “Qiymət qalxıb, yox əgər 5 dollara razı deyilsinizsə, sizin üçün güzəşt edib 4,5 dollara rəsmiləşdirə bilərik”.Şikayətçilər Mediatv.az-a bildirirlər ki,axı son zamanlarda gömrük haqqında,eləcə də gömrük rüsumları haqqında qanunda dəyişiklik edilməyib.Bizdən alınan bu pullar hara köçrülür,kimlərin cibinə axır? KİV olaraq mülahizə yürütmüşdük ki, bu məsələ bu ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilən, yerinə hələlik təyinat olmayan gömrük xidməti polkovniki Pərviz Kəngərlinin vəzifəsinin müvəqqəti icrasının tapşılırldığı DGK sədrinin birinci müavini,sədr vəzifəsini müvəqqəti icra edən Şahhin Bağırova qarşı təxribat da ola bilər. Eyni zamanda DGK sədrinin birinci müavininin BBGİ-nin rəisi vəzifəsini müvəqqəti öz üzərinə götürən kimi dərhal elə qanunsuz göstərişlər verə bilməsini inandırıcı hesab etməmişdik. Amma “ən doğrusunu DGK rəhbərliyi bilər” deyib Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundovla telefon əlaqəsi saxladıq və baş verənlərə aydınlıq gətirməsini xahiş etdik. Natiq müəllim Bakı Baş Gömrük İdarəsi ilə əlaqə saxlayacağını, uzağı 20 dəqiqə ərzində məsələ ilə bağlı açıqlama verəcəyini vəd etdi. O 20 dəqiqə artıq bir həftədir ki, mətbuat katibi hər vəchlə bizimlə ünsiyyətdən yayınır. Onun əvəzinə telefonu götürən əməkdaşlar zəng etdiyimizi ona çatdıracaqlarını deyirlər, amma cavab gəlmir ki, gəlmir. Belə başa düşürük ki, cənab Natiq Axundov təkzibolunmaz və həm də izaholunmaz fakt qarşısında qalıb və nə cavab verəcəyini, qanunsuz qiymət artımını hansı “arqumentlə” əlaqələndirəcəyini bilmir. Adətən belə situasiyalarda etirazların səngiməyini, necə deyərlər, “aranın sakitləşməyini” gözləyirlər ki, vaxt qazansınlar. Ümid edirlər ki, ticarətçilər boş yerə vaxt itirdiklərini görüb vəziyyətlə barışarlar. İstisna deyil ki, onların arasında daha fəallarını dilə tutmaq və təzyiq göstərmək yolu ilə fikirlərindən yayındırmaq, bir sözlə, sıralarını pozmaq cəhdləri də olsun. Ən sonda xatırladaq ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarınının dərəcələri Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilir və qərar NK-nın “www.cabmin.gov.az” saytında yerləşdirilir. Mövzuya qayıdacağıq. Mediatv.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
|