DİA.AZ: - "Hər bir azərbaycanlı kimi şikayətim AZAL-dan, yerli hava yolu şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Bulud Fətullayev adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Bu səfərki şikayətim aviabiletlərin bahalılığndan deyil, personalın onlara əmanət olunan əşyalara bivec yanaşmalarındandır. Üzərində “Fragile” etiketi olan bir çamadana bu cür münasibət göstərilirsə etiketi olmayanları siz düşünün.
Şikayətimi bildirdim və mənə verilən cavab belədir: əvvəllər çamadanlar yenisiylə əvəz olunsa da indi artıq təmirə yollanılır və uzun müddət təmirdə qalır, nə siz özünüzü yorun nə də bizi.
İndiyədək yetəri qədər şikayət bölüşülüb , müqayəisələr edilib, xidmətin sıfırlığından və meşə qanunlarından danışılıb bu barədə üzərinə əlavə edəcəyim hər hansısa bir cümləni havaya sovurmuş kimi qəbul edirəm".
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...