1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                 

FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır... - Hüquq-mühafizə orqanları NƏYİ GÖZLƏYİR?
Tarix: 29-09-2022, 09:40 | Çap et
FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır...
Dövlətin pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "Bakubus" MMC-yə verilməsi digər daşıyılar arasında haqlı narazılığa səbəb olub. Daşıyıcılar Azərbaycan prezidentinə məktubla müraciət edərək pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsaitin onlara verilmədiyindən şikayətləniblər.
Qeyd ediblər ki, Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə "həyati vacib sərnişindaşıma sahəsinə" maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat (tədbirlər planın 10-cu bəndi) vəsait ayrılıb. Lakin tədbirlər planının 10-cu bəndində nəzərdə tutulmuş "həyati vacib sərnişindaşıma sahəsi" üçün ayrılmış vəsaitin bir hissəsi Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait onlara ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Halbuki vəsaitin ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi.

"Bizə bir manat da vermədilər"

DİA.AZ-ın məlumatına görə, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət BNA-nın dövlətin ayırdığı vəsaiti ancaq "Bakubus" MMC-yə verməsindən narazıdır. Həmsöhbətimiz deyir ki, pandemiya dövründə bütün daşıyıcı şirkətlər əziyyət çəkib, ziyanla işləyib. Bəs hansı əsasla BNA dövlətin ayırdığı vəsaitin hamısını yalnız bir daşıyıcıya ayırıb?
A. Xanməmmədovun sözlərinə görə, pandemiya dövründə onlar da digər daşıyıcılar kimi sərnişin çatışmazlığı ilə üzləşib: "Pandemiyada elə vaxt olub ki, yanacaq pulunu cibimizdən ödəmişik. Yəni xəttə çıxan avtobuslar heç yanacaq xərcini çıxartmayıblar. Pandemiyadan sonra digər daşıyıcı şirkətlər kimi bizim də vəziyyətimiz pisləşdi. Avtobusların xarab olan ehtiyyat hissələrini almağa maliyyə vəsaitimiz çatmadı. Məcbur olub qarajda olan avtobuslarımızı satışa çıxartmışıq ki, kredit borclarımızı verək. Axı biz müasir avtobusları xaricdən kreditlə almışıq. Bu gün də onların kreditini ödəyə bilmirik. Belə çətin anımızda dövlətin ayırdığı maliyyə vəsaiti bizim "əlimizdən tutardı". Amma bizə bir manat da vermədilər. İndi müflifləşmək ərəfəsindəyik. Çarəsiz qalıb avtobuslarımızı satışa çıxartmışıq ki, vəziyyətdən çıxaq".

BNA ayrıseçkilik edib

"General Avto Company" firmasının direktor müavini Asif Rüstəmov da vəziyyətlərinin pis olduğunu söylədi. A. Rüstəmov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya dövründə sərnişin olmasa da avtobuslar işləyib: "Həmin vaxt yanacaq çənlərni öz cibimizin vəsaiti hesabına doldurmuşuq. Bizə Dövlət Vergi Xidmətindən başqa heç bir dövlət qurumu bir manat da köməklik etmədi. Dövlət Vergi Xidməti sağ olsun ki, sürücülərin əmək haqqının 50 faizini ödədi. Həmçinin bizim kreditimizin faiz borclarının 10 faizini banka qaytarıb. Bu bizim üçün böyük köməklikdir. Amma pandemiyaya görə ayrılan vəsaitdən bizə heç nə verilmədi. Halbuki, bizim vəziyyətimiz, "Bakubus" MMC-dən də ağırdır. Pandemiyadan əvvəl stehsalat bazamızı yenilədik. Kreditlə müasir və bahalı avtobuslar aldıq. Bundan sonra pandemiya başladı. Sərnişin çatışmazlığı yarandı. Biz indiyə qədər də borc içindəyik. Müasir tipli avtobusların ehtiyat hissələri xaricdən gətirilir. Qiymətləri kəskin bahalaşıb. 100 manata aldığımız təkər 380 manat olub. Elə ehtiyat hissələri var ki qiyməti 4 min manatdır. Bu amillər onsuz da pis olan maddi vəziyyətimizi daha da ağırlaşdırır. Belə bir vaxtda BNA-nın daşıyıcılar arasında ayrıseçkilik etməsi doğru deyil. Biz də "Bakubus" MMC kimi sərnişindaşıma xidməti göstəririk".
BNA-nın dövlətin ayırdığı küllü məbləğdə vəsaiti heç bir əsas olmadan ancaq "Bakubus" MMC-yə ayırması, sosial platformada da geniş müzakirələrə səbəb olub. BNA dövlət qurumu kimi səlahiyyətindən sui istifadə etməkdə, özbaşına qərar verməkdə günahlandırılır.

Niyə məhz "Bakubus"?

DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BNA-nın bu qərarı özbaşınalıqdır. Ekspert bildirir ki, sərnişindaşıma ilə məşğul olan daşıyıcılara ayrıseçkiliyin qoyulması doğru deyil: "Bu məsələ prokurorluq tərəfindən də ciddi araşdırılmalıdır. BNA-nın bu qərarı verməkdə məqsədi üzə çıxardılmalıdır. Aydınlaşdırılaraq bu vəsait geri-qaytarılmalı, bütün daşıyıcı şirkətlər arasında göstərdikləri xidmətə müvafiq olaraq bölünməlidir. Çünki, nə cənab prezidentin imzaladığı sərəncamda, nədəki baş nazirin qərarında bu vəsaitin ancaq "Bakubus" MMC-yə ayrılması barədə bənd yoxdur. BNA-isə bu qərarını heç nə ilə əsaslandırmır. Belə çıxır ki, burada BNA-nın marağı var. Detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".
E. Muradlı deyir ki, əgər bu vəsait vaxtında daşıyıcılar arasında bərabər paylanılsaydı, indi şirkətlər müflis vəziyyətə düşüb avtobuslarını satışa çıxartmaz, gediş haqqının artırılması tələbini irəli sürməzdilər.
Həmsöhbətimiz deyir ki, bu vəsait daşıyıcıların vaxtında avtobuslara texniki qulluq etməsinə, onların ehtiyat hissəsi almasına, sərnişindaşıma xidmətinin keyfiyyətinə də təsir edərdi.

7,5 milyon ayrılsa da, "Bakubus" MMC-nin avtobusları qarajda, sərnişinlər dayanacaqlarda qalıb

E. Muradlının sözlərinə görə, dövlətin ayırdığı vəsaitin qəpiyinədək "Bakubus" MMC-ə ödənilsə də, bu şirkətin sərnişindaşıma xidmətinin yüksəlməsinə bir təsir göstərməyib. Əksinə "Bakubus" MMC-nin xəttə çıxardığı avtobusların sayı azalıb. Nəticədə sərnişinlər saatlarla dayanacaqda avtobus gözləmək məcburiyyətində qalıblar. "Bakubus"a məxsus olan "Koroğlu"da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın avtobus saxlanılır. Gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanılmasını vizual olaraq müşahidə etmək mümkündür. Bəs bu zaman sual olunur ki, 7, 5 milyon manat vəsaiti "Bakubus" MMC hara xərcləyib?
BNA işinin öhdəsindən gələ bilmir. Çünki, qurum üzərinə götürdüyü vəzifələrin yerinə yetirə bilmir. Nə ictimai nəqliyyatı inkişaf etdirə bilir, nədəki taksi fəaliyyətini tənzimləyir. Tənzimləyici qurum olsa da, daşıyıcıların heç bir probleminə kömək göstərmir. Əgər daşıyıcılar problemlərinin həllini prezidentə müraciət etməkdə görürlərsə BNA nəyə lazımdır? BNA-nın fəaliyyətinə heç bir ehtiyac qalmır.

BNA 7, 5 milyon manatı niyə "Bakubus" MMC-ə ayırdı?

Bakı Nəqliyyat Agentliyinin məbuat katibi Mais Ağayev dövlətin sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının "Bakubus" MMC-yə verilməsinin əsasının olduğunu, bunun səbəbinin tezliklə ictimaiyyətə açıqlanacağını söylədi.
Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov "İctimai" televiziyada çıxışında dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın "Bakubus" MMC-yə verildiyini təsdiqləyib. Amma vəsaitin hansı səbəbdən digər daşıyıcılara ödənilməsiməsi ilə bağlı fikir bildirməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru