İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                 

Ziya Məmmədovdan yediyi pulların HESABI SORULACAQMI? - DƏDƏ MALI DEYİLDİ Kİ...
Tarix: 22-04-2022, 09:16 | Çap et
Ziya Məmmədovdan yediyi pulların HESABI SORULACAQMI?
Azərbaycana böyük neft pullarının gəldiyi illərdə büdcədən ən iri investisiyalar yol infrastruktrunun yenidən qurulmasına ayrılıb. Paytaxtla ölkənin Qərb, Cənub və Şimal sərhədlərini birləşdirən magistral yollar yenidən qurulub, genişləndirilib, habelə paytaxtda yol qovşaqları, körpülər, tunellər inşa edilib. Əksər yollar genişləndirilib, yeniləri çəkilib və nəticədə ölkənin sürətlə artan avtomobil parkının tələbatını qarşılamağa müəyyən dərəcədə nail olunub.

2007 ci-ildən etibarən hər il yol tikintisinə büdəcədən azı 2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. beynəlxalq maliyyə qurumlarının, kreditor ölkələrin milyardlarla dollarlıq vəsaitlərindən istifadə edilib.

Mütəxəssislər bildirirlər ki, neft bumu illərində bu sektora ümumilikdə 30 milyard manatdan çox investisiya yatırılıb. Bu nəhəng vəsaitlərin idarə olunmasında isə 2002-2017-ci illərdə ölkənin nəqliyyat naziri olmuş Ziya Məmmədovun “xüsusi rolu” olub. Bu, həmin oliqarx-nazirdir ki, vəzifədə olduğu illərdə özünə ölkə iqtisadiyyatının bir sıra sahələrində aparıcı mövqe tutan "ZQAN" Holdinq qurmuşdu və onun vasitəsi ilə bank, sığorta, tikinti, turizm, ticarət, otelçilik və s. sahələrdə yüz milyonlarla dollarla ölçülən yatırımları idarə edirdi.

Beş il əvvəl, Z.Məmmədov vəzifədən istefaya göndərilməzdən bir qədər öncə, onun biznes imperiyası artıq çökmüşdü. Əlbəttə, büdcə pullarını silmək hesabına yaradılan gəlir mənbələri 2015-ci ildə baş verən iqtisadi böhrandan və onun nəticəsi olan devalvasiyadan salamat çıxa bilməzdi.

Z.Məmmədov vəzifədən getsə də Azərbaycanın yol infrastrukturnda onun "şah əsərləri" qalmaqdadır. Məsələn, 2008-ci ildə inşa olunan Bakı-Quba-Rusiya avtomobil yolunun bərbad vəziyyətdə olması artıq kütləvi narazılığa yol açıb.

Sadə vətəndaşlarla yanaşı vəzifəli şəxslər də dağılmış avtomagistraldakı acınacaqlı durumdan təngə gəldiklərini ifadə etməyə başlayıblar. Qeyd edək ki, 10 ilə tam sıradan çıxmış bu yolun tikintisinə büdcədən 545 milyon 287 min 800 manat xərclənmişdi. O zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan edirdi...

Z.Məmmədovun dövründə yenidən qurulmuş Bakı-Şamaxı yolu da maliyyə yeyintilərinə görə ikizolaqlı tikilmişdi, kifayət qədər büdcə vəsaitinin xərclənməsinə baxmayaraq avtoban inşa edilməmişdi. Bir neçə il əvvəl hökumət məcbur olub Dünya Bankının kreditləri hesabına həmin yolun ikinci hissəsini tikməyə başladı.

Daha sonra ikizolaqlı tikilən Hacıqabul-Kürdəmir yolu da Avropa Yenidənqurma və İnkişaf Bankının 80 milyon dollarlıq krediti hesabına yenidən dördzolaqlı inşa edildi. Bundan əvvəl Nəqliyyat Nazirliyinin podratçı şirkətlər vasitəsi ilə çəkdiyi 100 milyon manata yaxın xərc isə havaya sovruldu. Hazırda Bakı-Qazax avtomagistralının bir hissəsi sıradan çıxıb. Yolun Bakı-Ələt, Hacıqabul - Kürdəmir, Kürdəmir-Ucar hissələrində çökmələr, çalalar yaranıb və yaxın zamanlarda yenidən əsaslı təmir olunmasa, Bakı-Quba yolundakı bərbad durumdan fərqlənməyəcək.

Ziya Məmmədovun dövründə Bakıda körpülərin, tunellərin, yolların tikintisinə ayrılmış milyardlar da korrupsiyanın yeminə çevrilib. Onun nazir olduğu dövrdə paytaxtda yolların tikintisinə və təmirinə 10,5 milyard manat xərclənib. Onlardan biri - Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsinə 460 milyon dollar vəsait xəclənib.

Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə isə 2011-2014-cü illərdə 407 milyon dollar ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) sərf edilib.

Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda isə 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.

Bir faktı da xatırladaq ki, nazirin bu gəlhagəlli dövründə büdcə pullarının xərclənməsinə nəzarət edən Hesablama Palatasına Z.Məmmədovun qudası Heydər Əsədov sədrlik edib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur...

Bu günlərdə Ziya Məmmədovun oğlu, onun Azərbaycandakı və xaricdəki biznesini idarə edən Anar Məmmədovun dəbdəbəli həyatını əks etdirən video yayılıb. Sosial şəbəkələrdə populyar olan videoda A.Məmmədovun azyaşlı oğluna xüsusi sifarişlə hazırlatdığı lüks avtomobil görüntülənir.

Yeniyetmələr və gənclər üçün yəqin, heyrətamiz və həsəd aparılacaq həyat tərzidir. Amma onlardan əvvəlki nəsil yaxşı bilir ki, bir lüks avtomobil və ona xərclənən pul Məmmədovların ölkədən oğurladıqları sərvətin içində dəryada damla qədər kiçikdir...
"AzPolitika.info"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru