Əmrullayev təhsilin başını buraxıbsa... - BELƏ DƏ OLMALIDIR...
Tarix: 19-04-2022, 09:11 | Çap et
 Tayfabazlıq, qohumbazlıq Azərbaycan təhsilinin ən böyük bəlasıdır. Hansısa məmurun qohumu, dostu, istəklisi olanlar təhsil sistemində önəmli kürsülər tutaraq millətin gələcəyinə balta çalırlar. Müxtəlif yollarla təhsil sisteminə doluşan belə “əvəzedilməz kadrlar” haqqında elə məlumatlara rast gəlirsən ki, baş verənlərə əlaqədar qurumların susqunluq nümayiş etdirməsini heç cür anlamaq olmur. DİA.AZ-ın məlumatına görə, Rubrika.Az saytına 248 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə elə məlumat daxil olub ki, indiyə qədər Təhsil Nazirliyinin vəziyyətə niyə müdaxilə etmədiyinə sadəcə şaşırmaq olar. Məktəbdən verilən məlumatlarda bildirirlər ki, dəfələrlə Bakı şəhər Baş Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciətlər etsələr də onların səsini eşidən olmayıb. “Artıq Təhsil Nazirliyinə də inamımız azalıb. Çünki biz müəllim kollektivi dəfələrlə Təhsil Nazirliyinə faktlarla məktəbdə baş verənləri çatdırmışıq.Ancaq heç bir faydası olmayıb” deyə şikayətçilər bildirirlər. 248 saylı tam orta məktəbin direktor müavini Reyhanə Qurbanovanın saxta əmək kitabçası ilə fəaliyyət göstərdiyi barədə olduqca ilginc məlumatlar verilir.
Bildirilir ki, saxta əmək kitabçası olan 248 saylı məktəbin direktor müavini Reyhanə Qurbanova Təhsil Nazirliyindəki himayədarları sayəsində bu vəzifəni tutur. Onun əmək kitabçasına nəzər salsaq 24.08.1998-ci ildən 03.09.2002-ci ilə qədər Azərbaycan Universitetində beynəlxalq münasibətlər-ölkəşünaslıq kafedrasında assisent vəzifəsində işlədiyini görərik. 20.04.2004-06.10.2009 tarixlərində Elm İstehsalat Mərkəzində tədris üzrə mütəxxəsis işləyib. Amma, hər iki iş yeri saxtadır. Çünki hər bir işçiyə 2006-cı il yanvar ayının 1-də sosial sığorta şəhadətnaməsi verilib. Bəs niyə həmin vaxt Reyhanə Qurbanovaya şəhadətnamə verilməyib? Çünki o, saxtakarlıq edərək özünə saxta əmək stajı yazdırıb və əmək kitabçasına vurduğu möhür də saxtadır. Bu barədə hüquq-mühafizə orqanlarına müraciətimizdən əvvəl BŞTİ-nin rəhbəri Mehriban xanım Vəliyevanın diqqətinə çatdırırıq. 248 saylı məktəbdə baş verən olayları şəxsi nəzarətinə götürməyini xahiş edirik Amma onun təkcə əmək kitabçası saxta olsaydı dözmək olardı. Dəhşətlisi odur ki, onun bütün vətənpərvərliyi, dövlətə və bayrağa olan sevgisi də saxtadır. Məlumatlara görə, Xəyyam Fərəcov məktəbə direktor təyin olunandan sonra onun sağ əlinə çevrilən müavini Reyhanə Qurbanova ilə birlikdə məktəbi gəlir yeri və əyləncə mərkəzinə çevirib. Hətta Xəyyam Fərəcovun müavini Reyhanə Qurbanovanın təmtəraqlı ad gününü keçirmək üçün müəllimlərdən pul yığması barəsində də məlumatlar verilir. Bildirilir ki, məktəbə yeni direktor təyin olunan ildən başlayaraq direktor hər il müəllimləri məcburi qaydada akt zalına yığıb Reyhanə Qurbanovanın ad gününü təm-təraqla qeyd edir. Hər bir müəllimə ayrı-ayrılıqda tapşırıq verib, bu şəxsi təbrik etmək üçün qanunsuz pul yığdırırlar. Məclisin sonunda direktor və direktor müavini əl-ələ tutub üzəri şəkillərlə bəzədilmiş tortu təntənəli surətdə kəsirlər. Bu tort kəsmə əməliyyatı hər il, hətta pandemiya dövründə də davam etdirilib. Biz belə təntənəli tort kəsmə mərasimlərinə ancaq şadlıq saraylarında rast gəlirik.Bütün bunlara hardasa dözmək mümkündür. Amma...
Bax əsl həngamə də bu “amma”dan sonra başlanır. Xəyyam müəllimlə müavinin tort kəsib havalarda uçduqları vaxt ayaqları altında qalan Azərbaycan bayrağından belə xəbərləri olmur. Belə yerdə “gözü ayaqlarının altını görmür” ifadəsi yerinə düşür. Minlərlə şəhidlərimizin qanı bahasına zirvələrə ucalan bayrağımız Xəyyam Fərəcovun “Ömər Xəyyam” sayağı məclislərindən sonra ayaqlar altına atılırsa, burada günahkar kimdir? Bütün bunları görməzdən gələn Təhsil nazirliyimi, yoxsa bunlara rəvac verən əlaqədar qurumlarmı? Bütün bunları görən və susanların o müqəddəs bayrağın altında “məsud” yaşamağa haqları çatırmı? Gələcək nəsillərin tərbiyəsi bunlaramı etibar edilib?
Görünən odur ki, saxta keçmişi ilə böyük bir məktəbdə direktor müavini işləyən R.Qurbanovanın və onun ən böyük himayədarı olan Xəyyam Fərəcovun “bayraq sevgisinə” tezliklə hüquqi qiymət verilməzsə, bütün dövlət və millət üçün təhqir sayılacaq belə halların sayı daha da çox olacaq. Gözü ayağının altını görməyənlərin ayaqları altında tapdalanan bayrağı qaldırmaq zamanıdır, cənablar!


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
• “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42 |
|
|
|
|