Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                 

Ədliyyə Nazirliyinin məmurundan ÖZBAŞINALIQ - icra olunub bitmiş icra işinə xitam verilməsinə imkan vermir
Tarix: 14-04-2022, 11:45 | Çap et
Ədliyyə Nazirliyinin məmurundan ÖZBAŞINALIQ
Ölkədə hüquqi islahatların aparıldığı, məhkəmə sisteminin dünya praktikasına uyğunlaşdırıldığı bir zamanda misli görünməmiş bir fırıldağa hüquqi don geyindirilir, bütün beynəlxalq konvensiyalar, sənədlər tapdalanır. Haqqı tapdalanan, silsilə fırıldağa tuş gələn Sakin Ağayev indi özü günahkar duruma salınıb, ölkədən çıxışına qadağa qoyulub. Zərərçəkmişin dediyinə görə bütün bunların səbəbi odur ki, qarşı tərəfin,yəni Fikrət İbrahimovun Ədliyyə nazirliyində olan əlaqələri bütün Azərbaycan qanunlarından, məhkəmə sistemindən, beynəlxalq müqavilələrdən üstündür. Necə deyərlər, “kəndxudanı gör kəndi çap” prinsipi reallığa çevrilir.
Qanunların aliliyinin hər kəs üçün bərabər səviyyədə təmin edilməsi dövlətin təməl ədalət prinsiplərindən biridir. Məhkəmələrin , hüquq-mühafizə orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarının təmin olunmasına yardımçı olmaqdır.Bəhs etdiyimiz bu məsələdə isə qanunların aliliyini qorumalı olan qurumlar özləri onu pozurlar.
Hal-hazırda cinayətkar qismində Qazaxıstan Respublikasında axtarışda olan Fikrət Vəli oğlu İbrahimovun əməlləri, onun Pirallahı Rayon Məhkəməsinin üzdəniraq hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov ilə cinayət tərkibli əlaqələr quraraq vətəndaş Sakin Ağayev və ailə üzvülərinə qarşı saxta məhkəmə qətnaməsi çıxartdırması, Ədiliyyə və Məhkəmə qurumlarındakı havadarlarının vasitəsi ilə həmin saxta və ölkə adına ləkə olan qətnamənin yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlatması, həmin qətnamənin həm Qazaxıstanda, həm də paralel olaraq Azərbaycanda icraya yönəldilməsi, bu biabırçı məhkəmə aktının saxta olunmasına baxmayaraq Azərbaycan Respublikası adından verildiyi üçün Qazaxıstan Respublikası Məhkəmə orqanları tərəfindən Beynəlxalq Konvensiya qanunlarına uyğun olaraq heç bir təftiş aparılmadan tanınaraq icraya yönəldilməsi və 03.03.2020-ci il tarixdə Qazaxıstan Respublikasında icra məmurunun qərarı ilə əvəzləşdirmə yolu ilə tam icra olunması, məhkəmə qətnaməsinin Qazaxıstan Respublikasında icra olunması barədə məlumatı Pirallahı Rayon Məhkəməsinə təqdim edilməsi üçün Qazaxstan Respublikası Manqistau İnzibati Məhkəməsi tərəfindən rəsmi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi və bununla bağlı Azərbaycan Respublikasında eyni qətnamə ilə icra işinə xitam verilməsi üçün AR Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi tərəfindən Yasamal Rayon İcra və Probasiya şöbəsinə məktub göndərilməsi, lakin bütün bunlara baxmayaraq Yasamal Rayon İcra və Probasiya şöbəsi və Sumqayıt şəhəri üzrə İcra idarəsi F.İbrahimov və onun havadarlarının çirkin maraqları naminə icrası başa çatmış icra işinə qanunsuz olaraq xitam verməmələri barədə qabaqki yazılarmızda oxucularmızı məlumatlandırmışdıq.
Fikrət İbrahimov törətdiyi cinayətlərə görə cəzalanmalı olduğu halda, faktiki heç bir günahı olmayan Sakin Ağayev və ailə üzvlərinə artıq 4 ildirki zülm edilir, ölkədən çıxışlarına məhdudiyyətlər qoyulur. Bu qanunsuzluqlar dəfələrlə mediada işıqlandırılıb, mətbuat konfransları keçirilib, ölkə rəhbərliyinə müraciətlər olunub. Prezident yanındakı İşçi Qrupunda olan 11 nəfər tanınmış hüquq müdafiəçisi bu qanunsuzluqlarla bağlı dövlət rəhbərliyinə müraciət ünvanlayıb, Fikrət İbrahimovun dələduz olduğunu, çıxarılan qərarların ədalətsiz və qanunsuz olduğunu bildiriblər.
Sanki ölkənin bütün məhkəmə, ədiliyə və hüquq-mühafizə qurumları bir cinayətkar və ona havadarlıq edən dövlət məmurunun əlində əsir-yesir qalıb. Nə ölkə, nədə Beynəlqalq Konvensiya qanunlarına məhəl qoyulmur, ölkənin beynəlxalq aləmdəki imici axtarışda olan bir cinayətkarın, oğrunun çirkin maraqlarına qurban verilir. Neçə-neçə dövlət məmurları tərəfindən qanunlar açıq-aşkar və kobudcasına pozulur (vəya onlar həmin məmur tərəfindən buna məcbur olunurlar). Sanki bu dövlət məmurları öz işlərini qanunlarla, vəzifə təlimatları ilə deyil Ədiliyə Nazirliyinin bir məmurunun göstərişləri ilə təmzimləyir və bir cinayətkarın qanunsuz maraqlarına görə heç bir günahı olmayan ailə üzvlərinə bilərəkdən zülm edirlər. Artıq 4 ildirki bu qanunsuzluqlara və zülümlərə məruz qalan ailənin səsini eşidən yoxdur, onların butün müraciətləri cavabsız buraxılır. Çünki qarşı tərəf oğru və cinayətkar olsada onun arxasında Ədiliyə Nazirliyinin bir məmuru durur və həmin məmur ölkəni sivil qanunlarla deyil, meşə qanunları ilə idarə olunmasında israrlıdır.
Bir mətbuat orqanı olaraq biz öz tərəfimizdən dəfələrlə hüquq-mühafizə orqanlarına, ədliyyə qurumlarına, bu sahəyə nazarət edən digər dövlət qurumlarına müraciət edərək bu qanunsuzluqların aradan qaldırılmasını, ədalətin bərpa olunmasını xahiş etmişik. Lakin elə bil quyuya daş atırsan, bu qurumlar tərəfindən hər hansı bir tədbir görülmur, bizim qanuni jurnalist sorğumuza cavab verilmir. Axı kimdir bu Fikrət İbrahimov? Əgər o cinayətkar qismində axtarışdadırsa, niyə bizim dövlət qurumları ona havadarlıq edir? Yox əgər belə deyilsə, niyə zərərçəkənlərin qanuni müraciətləri və bizim jurnalist sorğumuz cavablandırılmir? Niyə çoxsaylı müraciyətlərə baxmayaraq icra qurumlarının hərəkətsizlikləri və açıq-aşkar qanun pozuntularının qarşısı yuxarı dövlət qurumları tərəfindən alınmır, bütün bu haqqsızlıqlara göz yumulur?
Əgər müafiq dövlət qurumlarının bu qanunsuzluqlardan xəbərləri yoxdursa, biz bir daha onları xatırladaraq bu biabırçı qanun pozuntularının aradan qaldırılmasını tələb edirik.

1. Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi saxta olsada 03.03.2020-ci il tarixdə Qazaxıstan Respublikasında icra məmurunun qərarı ilə əvəzləşdirmə yolu ilə tam icra olunub və icra işinə xitam verilib. İcra işi F.İbrahimov tərəfindən mübahisələndirilsədə Qazaxstan Respublikasının 3 məhkəmə instansiyasında icra tam qanuni şəkildə icra olunduğu təstiqlənərək öz qüvvəsində saxlanılmışdır. Bundan əlavə F.İbrahimovun dələduzluq əməllərinə dair cinayət işi açılmış və o hal-hazırda axtarışdadır.
2. Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi artıq Qazaxıstan Respublikasında icra olunduğuna görə Azərbaycan Respublikasında paralel olaraq açılan icra işinə xitam verilməlidir. Lakin çoxsaylı müraciətlərə bamayaraq Yasamal Rayon İcra və Probasiya şöbəsin rəisi Pərviz Zəkəriyəyev, icra məmuru İlqar Allahverdiyev və Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyev, icra məmuru Orxan Məmmədov artıq 2 ildən artıq vaxt keçməsinə baxmayaraq heç bir qanuni əsas olmadan həmin cinayətkar F.İbrahimovun çirkin maraqları naminə icrası başa çatmış icra işinə xitam vermirlər. İcra məmurlarının öz hərkətsizliklərini Qazaxıstan Respublikasında icra olunmuş icra işinin Azərbaycan Respuplikasında tanınmaması ilə izah etmələri qanunsuzluqdur! Qazaxstan Respublikasında icra olunmuş icra işinin Azərbaycan Respuplikasında tanınmamasına heç bir lüzum yoxdur və buna dair hər hansı bir prosedur qaydada mövcud deyildir. Bu fakt artıq bütün məhkəmə instasiyalarında öz təsdiqini tapsa da Yasamal Rayon İcra və Probasiya şöbəsi və Sumqayıt şəhəri üzrə İcra idarəsi öz hərəkətsizliklərini və bunula da qanunsuzluqlarını davam etdirirlər. Beləki, bu qanunsuzluqlardan bəhrələnən F.İbrahimov daha irəli edərək yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edir və cavabdehlər Ağayev Sakin Abdulhüseyn oğlu və onun ailə üzvlərindən Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi icra olunan tarixədək ödənilməsini gecikdirdiklərinə görə, gecikdirilmiş vaxt üçün illik beş faiz, habelə əldən çıxmış fayda qismində 100 000 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Bu misilsiz həyasızlığın son həddi idi.
3. Yasamal Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(004)-41/2021 saylı qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qatnaməsi 03.03.2020-ci il tarixdə Qazaxstan Respublikasının icra məmuru tərəfindən icra olunmasına və icra işinə xitam verilməsinə hüquqi qiymət vermişdir. Həmin qətnamənin qismən təmin olunduğu hissəsindən Ağayev Sakin Abdulhüqeyn oğlu apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(103)-4948/2021 saylı qətnaməsi ilə Ağayev Sakin Abdulhüqeyn oğlunun apellyasiya şikayəti təmin olunaraq Yasamal Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(004)-41/2021 saylı qətnaməsi ilə ləğv olunaraq İbrahimov Fikrət Vəli oğlunun iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin hüquqi dəyərləndirmə hissəsində məhkəmə hesab etmişdir ki, Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi mübahisəli olan 698 000 ABŞ dolları ilə bağlı tam icra olunmuşdur(19-cu bənd).
5. Həmin qətnamədən tələbkar İbrahimov Fikrət Vəli oğlu kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 21.12.2021-ci il tarixli qərarı ilə İbrahimov Fikrət Vəli oğlunun kassasiya şikayəti təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(103)-4948/2021 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Ali Məhkəmə qərarının 27, 28-ci bəndlərində konkret olaraq göstərilmişdir ki, hazırda borclar əvəzləşdirmə yolu ilə xitam verilmişdir. Qazaxıstan Respublikası icra məmurunun 03.03.2020-ci il tarixli qərarının tanınmasına əslində heç bir zərurət yoxdur və həmin qərarın təkrar icrasından söhbət gedə bilməz. Həmin qərar mövcuddur və qeyd olunan qərarla tərəflər arasındakı borc əvəzləşdirilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının bütün məhkəmə instasiyaları Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsini Qazaxstan Respublikasında icra məmurunun qərarı ilə 03.03.2020-ci il tarixdə icra olunaraq icraata xitam verilməsinə hüquqi qiymət verərək icra işini icra olunma faktını təstiq etmiş və bu qərarının tanınmasına heç bir zərurətin olmamasını göstərmişlər.
6. AR Ali Məhkəməsinin 21.12.2021-ci il tarixli qərarı rəsmi olaraq Yasamal Rayon İcra şöbəsinə göndərilmiş və 11.01.2022-ci il tarixdə təkrarən ərizə ilə müraciət edilərək icra işinin icraatına xitam verilməsi barədə müraciət olunmasına baxmayaraq bu günə kimi heç bir tədbir görülməmiş və rəsmi olaraq hər hansı cavab verilməmişdir. Yalnız bizə onu bildirirlər ki bu məsələni tələbkar İbrahimov Fikrət Vəli oğlunun xeyrinə həll olunmasını Ədliyyə Nazirliyinin böyük məmuru tərəfindən tapşırılıb ona görə icraata xitam verə bilmirik. Yəni Yasamal Rayon İcra və Probasiya şöbəsin rəisi Pərviz Zəkəriyəyev, icra məmuru İlqar Allahverdiyev, və həmçinin Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyev, icra məmuru Orxan Məmmədov öz fəaliyyətlərini qanunlarla deyil Ədiliyə Nazirliyinin bir məmurunun göstərişləri ilə təmzimləyir və bir cinayətkarın qanunsuz maraqlarına görə heç bir günahı olmayan ailə üzvlərinə zülm edirlər. Bu qanunsuzluqlarla bağlı Sakin Ağayev və ailə üzvləri dəfələrlə Ədliyyə Nazirliyi və ƏN-nin Baş İcra İdarəsinə yazılı müraciətlər etmiş, Ədliyyə Nazirliyi rəhbərliyinin və Baş İcra İdarəsinin rəisi İlqar Cəfərova onları qəbul etməyi xahiş etsələrdə bu günə kimi onların müraciətlərinə cavab verilməmiş və qəbul olunmamışlar.

Ədliyyə Nazirliyinin hər iki icra qurumu AR Ali Məhkəməsinin çıxardığı qərara hörmətsizlik etməsi, Fikrət İbrahimovun dələduzluğuna şərik çıxmaq, onu qorumaqdır. Qazaxıstanda bu qərar icra edilib. Bəs bir qərar neçə dəfə icra edilməlidir ki, Yasamal rayon icra və probasiya şöbəsi və Sumqayıt icra şöbəsi işə xitam versinlər?
Göründüyü kimi Azərbaycan ədilliyə qurumları da bütün bu qanunsuzluqlara nəinki göz yumur, hətta özü də onun iştirakçısına çevrilir. Baş verənlər hüquqi dövlət adına bir utancdır, qanunların göz görəsi tapdalanmasıdır. Dövlətimizin beynəlxalq nüfuzuna zərbə vuran belə qanunsuzluğa imza atılması hansı maraqları qoruyur? Hansısa məmurun qohumu olmaq dövlətin maraqlarını, qanunların aliliyini tapdalamağa icazə verirmi?

Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Bu gün, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru