Vasif Talıbovun kadrı Naxçıvanda necə NARAZILIQ YARADIR... - İDDİA
Tarix: 16-12-2021, 09:44 | Çap et
 Naxçıvan Daxili İşlər nazirini əvəz edən Rəşad İsmayılovun ilk addımı sıravi polis əməkaşlarının müavinətini kəsmək olub. DİA.AZ xəbər verir ki, ovqat.com-a bu barədə məlumat Naxçıvan MR DİN-dəki mənbələrdən verilib. Mənbəmizin bildirdiyinə görə, Naxçıvan polislərinə ödənən əlavə müavinətlər onların dolanışığında mühüm rol oynayırmış. Çünki Muxtar Respublikada günahsız vətəndaşlardan alınan rüşvətlər heç bir zaman sıravi polis əməkdaşlarının cibinə getməyib. Ötən ilədək rüşvəti ancaq yuxarı zümrəli polis məmurları yığırmış. 2020-ci ildə Babək rayon polis idarəsində bir vətəndaşın özünü yandırmasından və bu bu hadisənin Ovqat.com-da işıqlandırılmasından sonra Muxtar Respublika Ali Məclisindən gələn göstərişə əsasən bu yığıma da son qoyulub. Dolayısıyla Naxçıvan polisinin ümidini bağladığı yeganə gəlir qaynağı maaş və müavinətlər imiş. İndi nazirlik eşqinə düşən Rəşad İsmayılovun müavinətləri kəsməsi polis əməkdaşlarını tamamilə çarəsiz vəziyyətdə qoyub. Təsəvvür edin, vəziyyət o həddə çatıb ki, hazırda Naxçıvan polisi “gedər-gəlməz məzuniyyəti”nə göndərilən nazir Fazil Ələkbərovun xiffətini çəkməyə başlayıb. Naxçıvan polis orqanlarından redaksiyamıza göndərilən məktubu olduğu kimi dərc edirik. “Naxçıvan DİN sistemində 2 təbəqə var - yuxarı və aşağı təbəqə. Yuxarı təbəqəyə nazir nazir müavini, idarə, şöbə və bölmə rəisləri, aşağı təbəqəyə isə zabitli və serjantlı yerdə qalan bütün əməkdaşlar daxildir. Naxçıvan DİN sistemində aşağı təbəqənin bir sözlə işçi heyətin gözünün tikəcəyi yeganə gəlir mənbəyi maaşdır. Maaşdan əlavə qazanc yeri yoxdur. Fazil Ələkbərovun səhvləri olsa da, adamın müsbət cəhətləri də var idi. Fazil Ələkbərov nazir işlədiyi 4 ildə heç vaxt işçinin cibinə girmədi. Naxçıvanda polislərə aylıq maaşdan əlavə ildə 3 dəfə (Yeni il, Novruz bayramı və Polis Günü) oklad maaşları miqdarında mükafat da verilirdi. Reallığı desək, Yeni il və Novruz bayramında polis əməkdaşının gözünü dikəcəyi həmin 400-450 manat miqdarında olan mükafatlardır. Fazil Ələkbərov gedən kimi bu müavinətlər də kəsilib. Mənbəmizin iddiasına inansaq, bunun əsas təşkilatçısı Rəşad İsmayılovdur: “Adam cinayətkarlıqla mübarizə aparmaq əvəzinə sosial durumu aşağı səviyyədə olan polis əməkdaşının vəziyyətini dahada çətinləşdirməklə məşğuldur. Əlavə olaraq məzuniyyətə çıxanda verilən 13-cü və 14-cü maaşlardan 1-nin, həmçinin ildə bir dəfə verilən xəstəlik pulu dediyimiz müavinətin kəsilməsi haqqında da əmr verib”. “Rəşad İsmayılov bizim yaşadığımız çətinliyi anlaya bilməz” Məumatda nazir əvəzinin polis əməkdaşlarına hörmətsiz münasibətinin səbəbi onun həmin struktura yad birisi olması ilə əlaqələndirilir: “Rəşad İsmayılov heç vaxt polis əməkdaşının yaşadığı çətinliyi başa düşə bilməz. Çünki bunu başa düşmək üçün polis orqanlarına qəlbən bağlı olmalısan. Rəşad İsmayılov indiyə qədər prokurorluq orqanlarında işləyib və əmək haqqısı 3500 manatdan yüksək olub. Ona görə də o heç vaxt anlaya bilməz ki, polis əməkdaşı aldığı 500-600 manat pul ilə ailəsini necə dolandırır. Maddi çətinlik çəkən polis əməkdaşı heç vaxt işini düzgün yerinə yetirə bilməz. Çünki Naxçıvanda polis əməkdaşı səhər 09:00-dan gecə 00:00-dək işdə olur. Günün 15 saatını işləyən polisin əlavə işlə məşğul olmağa vaxtı yoxdur. Evdə isə çörək gözləyən var. Buna görə də polis əməkdaşı bəzən kiminsə cibinə girməyə məcbur olur. Sosial durumun aşağı olduğu yerdə görülən işin keyfiyyəti yuxarı ola bilməz. Polis əməkdaşı haqlı olaraq sual verir: axı FHN, Prokurorluq, İcra hakimiyyəti və s. başqa orqanların əməkdaşları Yeni il ərəfəsi bu müavinəti alır, axı biz niyə almırıq? Axı Yeni il axşamı hər kəs, Rəşad İsmayılov da daxil olmaqla, evində ailəsi ilə birlikdə süfrəsinin başında olanda o soyuqda küçələrdə ailəsindən uzaq xidmət aparan polis əməkdaşıdır”. İddiaya görə, Naxçıvanda əlavə olaraq polis sahə inspektorlarına və əməliyyat işçilərinə yanacaq pulu verilmir: “Axı necə olur, Azərbaycanın digər regionalrında çalışan əməkdaşlar aylıq 240 manat miqdarında yanacaq pulu aldığı halda Naxçıvanda bu da verilmir? Naxçıvanda yanacaq pulu yalnız polis orqanlarının rəis və rəis müavinlərinə verilir. Axı 630 manat alan sahə inspektoru o maaşın 250 manatdan artığını niyə yanacağa verməlidir?”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Bu gün, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
|