“250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər” - İTTİHAM
Tarix: 19-10-2021, 10:47 | Çap et
 “Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin törətdiyi cinayətə görə məni şərləyib həbs ediblər”. Bu sözləri Göyçay rayonu Qarayazı kənd sakini hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Şikayətçinin sözlərinə görə, o, bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlayıb.
“Mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur. Həmin pulları mən yox icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlarım var.
Mən 2015-ci il tarixdə Göyçay rayon Sanitar-Təmizlik idarəsinin rəisi vəzifəsinə təyin edilmişəm.
Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də, özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb.
Əgər istintaq düzgün aparılarsa, bu, subut olunacaq. Çünki çoxlu sayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay rayon Sanitar-Təmizlik idarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza ediblər. Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü edib. Bu cinayətləri birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər. Onlar isə hazırda qorxularından susublar. Ancaq ortada konkret subutlar var”.
Şikayətçi bildirir ki, o, Mehdi Səlimzadənin bu işə son qoymasını təkidlə tələb etdiyi üçün onu qanunsuz işdən çıxardıb və daha sonra oğlunun köməkliyi ilə onu həbs etdirməyə nail olub.
“Hətta mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim və Ağdaş rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.
17 sentyabr 2021-ci il tarixdə cinayət işim üzrə hazırlıq məhkəməsi keçirildi. Mən məhkəmə hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başlamağımı elan etdim”.
Əliyev Loğmanin sözlərinə görə, cinayət ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı Mehdi Səlimzadə mənimsəyib.
“Buna dair konkret və mötəbər subutlar var. Bu gün həbsdə mən yox, Mehdi Səlimzadə həbs olmalıdır. Həmin pullar isə hazırda sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsilə Mehdi Səlimzadəyə çatdırılıb. Bundan əvvəl isə onun pul yığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi. Aralarında pula görə narazılıq oldu deyə onu uzaqlaşdırdı. Mehdi Səlimzadənin bütün fəaliyyəti ağır cinayətlərlə doludur.
Mən mətbuat vasitəsiilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciət edirəm: Məni qanunsuz həbs ediblər, xahiş edirəm mənim şikayətim obyektiv araşdırılsın, törətdiyi ağır cinayətə görə həbsdə Mehdi Səlimzadə özü olmalıdır”,- deyə şikayəçi bildirib bildirib.
Göyçay rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, Loğman Əliyev Sanitar Təmizlik İdarəsinə rəhbərlik etdiyi dövrdə ciddi maliyyə və digər pozuntulara yol verdiyi üçün aidiyyatı orqanların apardıqları araşdırmalar nəticəsində açılmış cinayət işi hazırda müvafiq məhkəmədə baxılır və məhkəmə tərəfindən məsələyə hüquqi qiymət veriləcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06 |
|
|
|
|