Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                     Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                     “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” .....                     Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq .....                     'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... .....                     “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü .....                     Türkiyə-Ermənistan sərhədi açılır? .....                     Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı .....                     "Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" .....                     Xankəndində terror: NƏYƏ İŞARƏDİR? .....                     NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim .....                     "Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" .....                     Naxçıvanda daha bir narazılıq... .....                     Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... .....                     "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." .....                     "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                     Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır .....                     Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                 

Kasıblara təkcə taksiyə minmək yox, övlad sahibi olmaq da qadağan edilməlidir... - Bu qiymətlərə qatlanmaq hər oğulun işi deyil...
Tarix: 12-09-2020, 11:49 | Çap et
Kasıblara təkcə taksiyə minmək yox, övlad sahibi olmaq da qadağan edilməlidir...
Pandemiya ilə əlaqədar Azərbaycanda bir çox sahələrdə, eyni zamanda özəl xəstəxanaların doğum evlərində də qiymət artımı müşahidə olunur. Belə olan halda sual ortaya çıxır: axı doğum evləri digər fəaliyyət sahələrindən fərqli olaraq heç zaman fəaliyyətini dayandırmayıb və bu təxirəsalınmaz proses olduğu halda qiymət artımına nə səbəb olub?

Öncə qiymətlər haqda.

Sputnik Azərbaycan bir neçə özəl xəstəxanada doğum və qeysəriyyə qiymətlərini öyrənməyə çalışıb. Bakıda bu gün özəl xəstəxanalarda doğum və qeysəriyyyə qiyməti sadə paketlə 1200-1600 manat arasında dəyişilir. Belə ki, öncəki illərdə doğum üçün qiymət 800-900 manat, qeysəriyyə üçün qiymət isə 1100-1300 manat arasında idisə, hazırda bu rəqəm artıb. Xəstəxanalardan isə bildirilir ki, qiymətin artma səbəblərindən məlumatsızdırlar.
Özünü və övladını özəl xəstəxanalara etibar edən analar isə yaranmış durumdan narahatdırlar. Təbii doğuş və qeysəriyyə əməliyyatından çıxan zahıların xəstəxanada qalma müddəti azaldılsa da, yəni onlara çəkilən xərclər azalsa da, qiymət əksinə olaraq artıb. Belə ki, öncələr təbii doğuşdan çıxan qadın 2 gecə + yarım gününü xəstəxanada keçirirdirsə, indi bir gecə qalmağına icazə var. Öncələr qeysəriyyə əməliyyatından çıxan zahı 3 gecə + yarım gün xəstəxanada keçirirdisə, indi 2 gecədən sonra xəstəxananı tərk etmək məcburiyyətində qalır. Bundan başqa, depozit məsələsinin də meydana çıxması əlavə stressə səbəb olur. Üstəlik, pandemiya şəraiti olmasına baxmayaraq bu qiymətlər iki nəfərlik otaq üçün hesablanıb. Vaxtilə Azərbaycanda restoranlarda depozit məsələsi ənənəyə çevriləndə mat qalmışdıq, bu gün bənzər ənənəni özəl xəstəxanalarda da görmək mümkündür. Əgər hamiləlik müddəti 37 həftə və ondan aşağıdırsa, bu zaman təcili olaraq xəstəxanaya yerləşdirilmək məcburiyyətində qalan hamilə üçün ödənişdən əlavə, depozit də verilməlidir.

"Bu nə üçündür?" sualına cavab olaraq klinikalardan bildirilir ki, bəzən erkən doğuş olduqda körpənin küvezə ehiyacı olur, yaxud da anaya əlavə xərclər çıxılır. Bu zaman həmin xərclər depozit olaraq yerləşdirilən vəsaitdən çıxılır, yox, əgər bu cür əlavə xərclər çıxmazsa, vəsait tam şəkildə geri qaytarılır. Beləcə, özəl xəstəxanalarda doğum, yaxud da qeysəriyyə planlayanlar bir, yaxud da iki gün üçün ən azı ciblərində 2200-2600 manatla xəstəxanaya üz tutmalıdırlar.

Vəziyyəti müqayisəli təhlil etmək üçün dövlət xəstəxanaları ilə də əlaqə saxladıq. Dövlət xəstəxanalarının bəzilərinin əsas "qaynar xət"lərindən dövlət müəssisəsi olduğu əsas gətirilərək burada xidmətin ödənişsiz olduğu, bəziləri isə bunun üçün həkimlə görüşməyin vacib olduğunu bildirdi. Ümumi olaraq onların ifadə etdiyi fikirlər isə belə oldu: Dövlət xəstəxanasıyıq, bizdə kassa sistemi yoxdur. Bu səbəbdən həkimlə danışmalısınız. Biz bu haqda məlumatsızıq.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm qiymətlərin yüksəlməsinin səbəbini özəl xəstəxanaların da xərclərinin artması ilə əlaqələndirir: "Özəl xəstəxanaların xərcləri artıb, cihazların qiyməti qalxıb ki, doğum və qeysəriyyə qiymətləri də yüksəlib. Bundan başqa, tibbi ləvazimatların da qiyməti qalxıb, gəlişi çətinləşib. Düşünürəm ki, özəl sektor üçün doğuş və qeysəriyyə qiymətləri normaldır".

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özəl xəstəxanaların qoyduğu qiymətlərə müdaxilə etmək mümkünsüzdür: "Bu həkimlər Xoşqədəmin, Zaurun verilişinə çıxaraq özlərini reklam edir və nəticədə də qiymətlər bir yerdə fokuslanır. Bütün bunlar olmasın deyə azad rəqabət sistemi qurulmalıdır".

Depozit məsələsinə toxunan ekspert deyir ki, bu, əlavə pul deyil, yəni ödənilən vəsaitdən əlavə xərc olduqda həmin vəsait depozitdən çıxarılır:

"Özəl klinikalarda depozit ona görə tələb olunur ki, sonra xəstə çıxanda deyir ki, pulum yoxdur. Buna görə siz özəl sektoru qınamayın. Onlara yardım yoxdur, dərmanları öz pulları ilə alırlar, nə qədər vergi ödəyirlər. Özəl klinikalarda o qədər də rahat həyat yaşamırlar, bu baxımdan. Ümumiləşdirərək deyim ki, bazarda qiyməti azad rəqabət mühiti müəyyənləşdirməlidir. Bu sektora müdaxilə düzgün deyil".
Qeyd edək ki, özəl xəstəxanalarda xidmətdən asılı olaraq qiymətlərin daha da yüksəldiyinin şahidi ola bilərik. Bu xəstəxanalarda 4 tip zahılıq otağı təklif olunur. Belə ki, təbii doğuş qiyməti (VİP paket daxil olaraq) 1300 AZN təşkil edir, Qeysəriyyə əməliyyatı yolu ilə doğuşun qiyməti (VİP paket daxil olmaqla) 1500 AZN təşkil edir. Ödənilən qiymətə isə körpələrə ilk peyvəndlər və 15 gün ərzində həkim müayinəsi, 20% endirimlə doğuşdan sonra körpənin sünnət olunması daxildir. Bu xəstəxanalarda paketdən xaric yatış günü 100 AZN, xəstə yanında gündəlik qalmaq xərci də 100 AZN əlavə ödənişdir.

Tək nəfərlik olan lüks otaqlarda VIP paket qiymətindən əlavə gündəlik 200 AZN ödəniş, paketdən xaric əlavə yatış günü üçün 300 AZN, istəyə bağlı özəl tibb bacısı xidməti üçün 100 AZN tələb olunur. Bütün bu qiymətlərə bir gecəlik xəstə yanında qalmaq da daxildir.

Tək nəfər üçün nəzərdə tutulan ultralüks adlandırılan otaqlarda isə VIP paket qiymətindən əlavə gündəlik 300 AZN, paketdən xaric əlavə yatış günü 400 AZN, istəyə bağlı özəl tibb bacısı xidməti üçün gündəlik 100 AZN ödənilir. Paketin üstünlükləri isə xəstənin yanında sərbəst qalmaq imkanı və əgər istəyərsə, həyat yoldaşının da doğumda iştirak etmək imkanıdır.

Daha bahalı olan "suit" adlanan tək xəstəlik otaqlar üçün paket qiyməti 5000 AZN-dır. Bu otaqlarda paketdən xaric əlavə yatış günü 500 AZN ödənilir və bununla yanaşı, standart olaraq özəl tibb bacısı xidməti (həm uşaq tibb bacısı, həm akuşer) verilir; Bu qədər vəsaiti ödədikdən sonra xəstənin həyat yoldaşı istərsə, doğumda pulsuz iştirak edə bilər. Qiymətə həmçinin standart fotoalbom da daxildir.

Göründüyü kimi, gündə sadəcə bir neçə dəfə xəstəyə baxmaq üçün təkcə xüsusi ayrılmış tibb bacısına görə ödənilən vəsait 100-500 AZN arası dəyişir...












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru