Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY
Tarix: 10-09-2020, 10:02 | Çap et
 “Sizə fotolarını, videolarını göndərdiyimiz məktəb bizim kənd məktəbimizdir. İllərdir ki, bizi aldadırlar, kənddə yeni məktəb tikiləcəyini deyirlər, ancaq uşaqlarımız yeni tədris ilində yenə də dam örtüyü, döşəməsi çökmüş, xarabazarlıqdan seçilməyən o köhnə tikiliyə gedir. Bu il də aldandıq. Baxın, məktəbin açılmasına bir neçə gün qalır, uşaqlarımız yenə də bir neçə gündən sonra üstümüzə bit-birə içində gələcək”. DİA.AZ bildirir ki, Masallının Qəzvinoba kənd orta məktəbi yararsız vəziyyətdədir. Kənd sakinləri danışırlar ki, hər dəfə yeni tədris ili yaxınlaşanda həm müəllimlərin, həm şagirdlərin, həm də valideynlərin üzərinə sanki ağır yük qoyulur. Uşaqlar 9 ay qəzalı, soyuq, zirzəmisindən canlarına bit-birə darışan tikilidə əsl cəhənnəm əzabı yaşayır.
Qəzvinobadakı birmərtəbəli kənd məktəbi 1954-cü ildə tikilərək istifadəyə verilib. Sakinlərin deməsinə görə, indiyədək məktəb bircə dəfə də əsaslı təmir olunmayıb: “Sovet vaxtı heç olmasa aradabir divarları, döşəmələri rənglənərdi, şüşələri yenilənərdi. 30 ildən çoxdur ki, hökumət məktəbə əl yetirmir. Ona görə də bina dağılır. Məktəbin dam örtüyü o vaxt çiy kərpicdən hörülüb. İllərdir ki, həmin kərpicləri yağış yuyub, kərpiclər aralanıb, içəridən tavana baxanda, çöl görünür. Yağışlar başlayanda sinif otaqları su ilə dolur deyə, uşaqları evə göndərirlər. Yağış kəsəndən sonra sinif otaqlarının və dəhlizlərin suyunu çəkirlər, ondan sonra uşaqlar yenə həmin binaya dərs öyrənməyə gedir”.
Sakinlərin sözlərinə görə, məktəbin zirzəmisi ya su ilə dolu olur, ya da it, pişik, çaqqal, tülkü həmin zirzəmiyə girib, orada balalayır. Zirzəmi əsl xəstəlik mənbəyinə çevrilib: “Zirzəmi bit-birəylə doludur, həmin bit-birələr uşaqların geyiminə, çantasına darışır. Biz ilboyu uşaqların bit-birəsini təmizləməkdən yorulmuşuq. Aidiyyəti qurumlar məktəbə əncam çəkməsə, uşaqlarımız infeksiyaya, xəstəliyə yoluxacaq”.
Sakinlər məktəb binasında istilik sisteminin olmamasından da şikayətçidir. Onların deməsinə görə, uşaqlar məktəbə istilər düşənədək çantalarında kitab əvəzinə odun daşıyırlar.
“Elə bütün bu sadalananlara görədir ki, məktəbdə 145 şagirdin adı qeydiyyatda olsa da, davamiyyət həmişə aşağı olur. Valideynlər uşaqlarını qurd-quşdan, xəstəlikdən, bit-birədən qorumaq üçün məktəbə göndərmir”, - kənd sakinlərindən biri deyib.
Sakinlər dəfələrlə Prezidentə, Birinci vitse-prezidentə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə müraciət ediblər. Bu yaxınlarda yenə 300 valideynin imzasıyla Prezidentə növbəti dəfə müraciət olunub. Deyirlər ki, bütün müraciətləri cavabsız qalır. Sakinlər danışır: “Yalnız bir dəfə səsimizə səs verildi, onda da gəlib, məktəbin tualetini söküb, yerində tualet tikib, getdilər. Dedilər, bizə yalnız tualeti düzəltmək tapşırılmışdı. Biz də təzədən Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır ki, dərs oxusun. Əgər o yerdə normal sinif otağı yoxdursa, valideyn də uşağı məktəbə göndərməyəcəksə, o tualet kimə lazımdır?”





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54 |
|
|
|
• Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41 |
|
|
|
• Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24 |
|
|
|
• Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20 |
|
|
|
• Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17 |
|
|
|
• Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
• Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06 |
|
|
|
• Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01 |
|
|
|
• Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
• 'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40 |
|
|
|
• "Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36 |
|
|
|
• Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34 |
|
|
|
• NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31 |
|
|
|
• "Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18 |
|
|
|
• Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10 |
|
|
|
• Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06 |
|
|
|
• "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03 |
|
|
|
• "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34 |
|
|
|
• Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32 |
|
|
|
• "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30 |
|
|
|
• "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28 |
|
|
|
• Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21 |
|
|
|
• Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17 |
|
|
|
• Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12 |
|
|
|
• Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06 |
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08 |
|
|
|
|