‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                     “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” .....                     Məmləkətin 'Azercell' boyda dərdi... .....                     Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                 

Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir
Tarix: 9-11-2019, 11:34 | Çap et
Qarabağ əlilinə “kassasiya şantajı”
DİA.AZ: - "Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı məhkəmə, icra, sosial müdafiə(sizlik), sığorta dələduzluğu davam edir. Yaddaşlarda qalar, Nərimanov rayon məhkəməsinə, 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (BİİM ) icra sənədi olmadan yarıqat edilən pensiyasının bərpa edilməsi tələbi ilə müvafiq olaraq pensiyasını yeyən “Rəvan” sığorta şirkətinə, “yedizdirən” ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və sifarişçi Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinə qarşı (icra məmuru Vüsal Əliyev ) Qarabağ əlilinin 3 ayrı iddia qaldırması haqqında basında informasiya verilib". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə qeyd olunub.

Məqalədə daha sonra bildirilir: "1 və 2 saylı BİİM (hakimlər Miminat Hacıbəyova və Zaur Tağıyev ) iddianı cavabdehlərin məhkəməyə gəlmədən verdikləri sifarişlə mümkün saymayıb və Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası (sədrlik edənlər müvafiq olaraq Elmira Nağıyevə və Afaq Nuriyeva ) da bu saxta qərardadları qüvvədə saxlayıb . Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 1 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edərək işi apellyasiya instansiyasına qaytarıb və Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində 1 BİİM -in qərardadını ləğv edərək işi yenidən baxılmağa 1 BİİM-ə göndərib. Lakin 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də 1 BİİM əlilin iddiasına baxmır. 2 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası (sədrlik edən Sevda Hüseynova ) dəyişdirmədən saxlayıb. Nərimanov məhkəməsinin hakimi Vüqar Quliyev isə 06.05.2019 tarixli qətnamə ilə Qarabağ əlilinin pensiyasını bərpa edib. Vurğuladığımız kimi bütün bu məhkəmə iddialarının predmetini saxta icra sənədi tərtib etməklə yarıqat edilən əlilliyə görə pensiyanın bərpa edilməsi tələbi təşkil edib. Di gəl, hər 3 məhkəmə bilərəkdən işə predmet üzrə baxmaqdan imtina edib. Nərimanov rayon məhkəməsi saxta icra sənədi əsasında Qarabağ əlilinin pensiyasının yarıqat edilməsini “İcra haqqında” qanunun 68.1.2 maddəsinə uyğun gəlməməsi nədəni ilə qanunsuz sayıb və tutulan məbləğin cavabdeh “Rəvan” sığorta şirkətindən iddiaçının hesabına ödənilməsini qət edib. İddiaçı Qarabağ əlili məhkəməyə saxta icra sənədi təqdim edilməsinə görə, bu sənədin sübutlar içərisindən çıxarılması və cavabdeh “Rəvan” sığorta şirkətinə qarşı cinayət işi başlanılması üçün xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında ərizə versə də, 6 aydır Nərimanov məhkəməsi ərizəyə baxmaqdan imtina edir. Hətta Məhkəmə Hüquq Şurası, digər bağlantılı qurumlar da rayon məhkəməsinin özbaşınalığına son qoymaqda acizdirlər. Xatırladaq ki, məhkəməyə daxil olan istənilən ərizə üzrə məhkəmə aktı qəbul edilməlidir. Nərimanov məhkəməsi isə hələ də özbaşınalığını davam etdirir və əlilin apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir. Onu da vurğulayaq ki, məhkəmə sənədləri rəsmi qaydada verilməli olduğu halda, Nərimanov məhkəməsi bu tələbə də əməl etməyib. Amma cavabdehin müddətin keçməsi ilə verilən apellyasiya şikayətini iddia tərəfinə bildirmədən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Elşad Şamayev olan , Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən ibarət heyəti də Mülki Prosessual Məcəllənin tələbinə əməl etməyib və hətta apellyasiya şikayətini iddia tərəfinə göndərib, 20 gün müddətində münasibət bildirməyi də gərəkli saymayıb. Qarabağ əlili yay dincəlişində olan çağ -29.08.2019 tarixli qətnamə ilə “Rəvan” sığorta şirkətinin şikayətini təmin edib ki, bəs əlillin pensiyasının yeyilməsi “İcra haqqında” qanunun 68.1.2 maddəsinə zidd olsa da, bununla cavabdeh şirkət Qarabağ qazisinə ziyan vurmayıb! (?) Özbaşınalığa fikir verin, dələduzluq yolu ilə savaş əlilinin pensiyasını yarılığına yeyən “Rəvan” sığorta bu yeməklə əlilə ziyan vurmur?! Elşad Şamayev və kollegaları da iddianın predmetini yox, cavabdehin məhkəməyə təqdim etdiyi 28.11.2016 tarixli Suraxanı məhkəməsinin (hakim Ramil Həsənov ) qanuni qüvvəyə minməmiş , yalnız ayaqyolunda istifadə etməyə yarayan “tualet

qətnaməsi”ni əsas tutub. İşdə olan Ali Məhkəmənin 16.05.2017 tarixli ali və aşağı instansiyalar üçün məcburi qərarını isə görməzliyə vurub. Niyə? Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyü “tualet qətnaməsi”nin Konstitusiyanın 129 -cu maddəsinə əsasən icrasının məcburi olduğunu qət edib və ya savadsızlıqdan, ya da qeyri-prosessual münasibətdən qətnamənin qüvvəyə minməməsini unudub. MPM-in 15 -ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məcburidir. Eyni zamanda, axı, iddianın predmetini saxta icra sənədi tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin yarıqat edilən pensiyasının bərpası təşkil edir! Tutaq ki, aşağı instansiya qeyri-prosessual təzyiq nəticəsində özünü savadsızlığa qoyub və icra sənədinin olmadığına əhəmiyyət verməyib. Bəs yuxarı instansiyaya nə gəlib? Bu yekəlikdə kollegiya da bilmir ki, məhkəmə qərarı qüvvəyə minmədən icraya yönəldilə bilməz? Nə olsun, dələduz sığorta şirkəti məhkəmə qətnaməsi sifariş edib və buna nail olub! Axı, bu hələ onun qüvvəyə minməsi demək deyil! Və qüvvəyə minibsə, hanı bunun əsasında verilən, məhkəmənin möhürü ilə təsdiq olunan konkret tarixli icra vərəqəsi? Razılaşın ki, bu yekəlikdə kollegiyanın bu zırpılıqda özbaşınalığı görmək istəməməsi çox yekə qeyri-prosessual münasibətdən qaynaqlanır. Bu fikri Bakı Apellyasiya Məhkəməsinin sözügedən üçlüyünün Qarabağ əlilinə hüququndan dezinformasiya verməsi də sübut edir. Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn mütəşəkkil qaydada Qarabağ əlilini şantaj ediblər ki, kassasiya şikayəti versə, dələduzlara borcunu yaşadığı mənzilin satışa çıxarılması ilə alacaqlar.

Bu da, məhkəmə hüquq sistemində islahat dələduzluğu!

Qarabağ əlilinə Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov özünü yandırmağı hökm edir, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elşad Şamayev və kollegaları isə mənzilindən məhrum etməklə hədələyir! (?)

... Və hələ də kassasiya şikayəti vermək üçün Qarabağ əlilinə vəkil ayrılmayıb..."

diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Dünən, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Dünən, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Dünən, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Dünən, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Dünən, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Dünən, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Dünən, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Dünən, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru