Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                 

Deputat Mahir Aslanovun oğlu haqqında ilginc iddialar - Belə deyirlər...
Tarix: 21-11-2016, 11:44 | Çap et
Deputat Mahir Aslanovun oğlu haqqında ilginc iddialar
Bu yaxınlarda bütün ölkə mətbuatının gündəminə 53 il siqaret çəkməsi haqqında etirafı və tütün məmulatlarının reklamına qarşı sərt bəyanatları ilə deputat Mahir Aslanov gəldi.

Deputatın Milli Məclisdəki bu çıxışı müxtəlif media qurumlarında müzakirə olundu və hətta bəzi jurnalistlər sosial şəbəkələrdə onun Milli Məclisdə son 6 ildə cəmi 1 dəfə, onda da siqaret haqqında danışdığını qeyd etdilər.

M.Aslanovla bağlı bir sıra məlumatlar əldə edilib, lakin ilk əvvəl oxuculara ölkə mətbuatından bəzi çıxarışları xatırlatmaq istərdik. M.Aslanov yalnız siqaret məsələsində həssaslığı ilə mətbuatın gündəminə gəlmir.

Belə ki, Goranboyun millət vəkilinin adı tikinti, mebel, logistika, klub-restoran biznesində də hallanır.

Məsələn, 2015-ci ildə mətbuatda yayımlanmış bir məqalədə deyilir: " Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsinə sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Mahir Aslanova məxsus olan "Kəpəz Group” tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəni əhatə edir: "Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. "Kəpəz Group” tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var.

İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi”, "Kəpəz” otel və "Happy İnn” otellər şəbəkəsi də ona məxsusdur. Eyni zamanda, millət vəkilinin paytaxtın müxtəlif ərazilərində bir neçə hündürmərtəbəli binası var”. Deputatın oğlu Məhəmmədəli Aslanovun "Bank of Azerbaijan”ın Müşahidə Şurasına rəhbərlik etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, Mahir Aslanovun oğlu əvvəllər "Bank Technique” ASC-də mühüm postda təmsil olunub: "Deputatın digər oğlu Famil Aslanov isə hüquq-mühafizə orqanlarında çalışır. Lakin buna baxmayaraq, o, bu ilin yanvar ayında idarə etdiyi 10 GV 888 dövlət nömrə nişanlı "Maserati” markalı avtomobili ilə yol hərəkət qaydalarını pozduğu üçün saxlanılıb. Nəticədə onun maşını Badamdarda yerləşən cərimə meydançasına aparılıb. Mahir Aslanovun biznes imperiyasına gəlincə, bu barədə deyilir ki, deputatın Nəsimi rayonu Abbas Səhhət küçəsində yerləşən "Happy İnn” oteli bəzi idarə, təşkilat və müəssisələrin pul "yuduqları” otel kimi tanınır. Bu otel hər zaman müştəri bolluğu ilə seçilib. Ölkəmizə gələn qonaqlar məhz "Happy İnn” otelinə yerləşdirilirlər. Bir sözlə, əldə olunmuş "razılaşma”ya əsasən ölkəmizə gələn idmançılar və mədəniyyət nümayəndələri bu oteldə məskunlaşırlar”.

Həmçinin, M.Aslanovun sabiq baş nazirin müavini Abbas Abbasovla "şəriklik” əlaqələrindən də mətbuatda söz açılır: "Deputatın baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla da şərikli biznesinin olduğu haqda məlumatlar var. M.Aslanovun Abbas Abbasovun Rumıniyadan ölkəyə gətirdiyi mebellərin satışını həyata keçirdiyi bildirilir. Haqqında yazılanlara münasibətini öyrənmək üçün musavat.com-un əməkdaşı M.Aslanovla telefon əlaqəsi saxlayıb. Deputat deyib ki, seçiciləri onu boykot edib-etmədiyini seçkilər göstərəcək: "Hamı bilir ki, mən kiməm. Mən Abbas Abbasovla bağlı danışmaq istəmirəm. 66 yaşım var, barəmdə kim nə yazır, yazır də. Mənim Abbas Abbasovla tanışlığım belə yoxdur, o ki qalmışdı onunla şərik olam. Heç onun deputat oğlu Aydın müəllimlə də münasibətim, salam-əleykim yoxdur. Baxmayaraq ki, 5 ildir deputatıq. Çox adam çox şey yaza bilər. Mən özümə arxayınam, kim nə istəyir yazsın”.

Məhəmmədəli Aslanovun "Bank of Azerbaijan”ın rəhbərliyinə gətirilməsi ilə bağlı məlumat 2014-cü ildə Lent.Az tərəfindən də yayılmışdı. Qeyd edək ki, bu banka əvvəl "Hafka” ləqəbli Hafiz Məmmədov rəhbərlik edib. Ölkə mətbuatında "Hafka”nın Mahir Aslanovun oğlu ilə əvəzlənməsini "təsadüf” hesab etməyənlər də az deyil. Bəzi saytlarda Mahir Aslanovun nəqliyyat naziri Ziya Məmmədovla sıx əlaqələrindən söz açılsa da, mia.az saytında əksini iddia edən məlumata rastlamaq olar: "Məlumatlı şəxsin sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, Mahir Aslanovun qudası Hafiz Məmmədova məxsus olan "Bank of Azerbaijan” ASC-də yanvarda bağlanmaq təhlükəsi ilə üzləşib: В«Bilirsiniz ki, Mahir Aslanovun kürəkəni də həmin bankda pay sahibidir. Yəni Hafiz Məmmədov bankın səhmlərinin 42,97 faizini oğlanları Kənan və Sənanın adın, 13,31 faizini isə qardaşı Mübariz Məmmədovun adına rəsmiləşdirib”

"Bank of Azerbaijan”da qohumların "yerdəyişməsi” təbii olaraq sual doğura bilər, lakin Mahir Aslanovun digər oğlu Famil Aslanov da mətbuatın diqqətindən kənarda qalmayıb. 2015-ci ilin yanvar ayında bir məlumat yayılmışdı ki, bayram günlərində yüksək səsli siqnallardan istifadə edən və yol-hərəkət qaydalarını pozan Famil Aslanovun "Maserati”si cərimə meydançasına aparılıb: "Avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı "Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır. AzNews.az belə dəbdəbəli avtomobillə "avtoşluq” edən sürücünün kimliyini araşdırıb. Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib. Məsələ ilə bağlı sualları cavablandıran millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi "Maserati”nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: "O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər” .

Oxuculara aydınlıq gətirmək üçün bildiririk ki, həmin vaxtda Famil Aslanov MTN-in Nəsimi Rayon İdarəsində rəis müavini olub. Onun "Maserati”si və avtoxuliqanlığı haqqında isə elə də geniş informasiyalar sızmayıb və ya… Təbii ki, MTN-in vəzifəli zabiti barəsində çox da müzakirə aparıla bilməzdi. Həmçinin "Happy İnn” otelinin Nəsimi rayon ərazisində yerləşməsi də, Mahir Aslanovun gücünə "güc qatmış” sayıla bilər.

Lakin mətbuatda belə şayiələr də gəzir ki, Mahir Aslanovun bu və digər işləri elə onun MTN-çi oğlunun nəzarətində olub. O dərəcədə ki, yaxın zamanlara qədər Mahir Aslanova zəng edənlər onun özü ilə yox, Famil Aslanovla danışmalı olublar. Hazırda isə MTN-çi oğlun harda olduğu bilinmir. Bəzi şayiələrə görə, Famil Aslanov atasının bəzi əlaqələrinin sayəsində cinayət araşdırmalarından kənarda qalaraq, bizneslə məşğul olur… Eləcə də, onun tez-tez xaricə gedib-gəldiyi, yaxın zamanlarda Avropaya köçüb orda "əsaslanacağı” barədə məlumatlar gəzir. Lakin təhlükəsizlik orqanı əməkdaşının, həm də rəis müavini işləmiş birinin Avropada yaşayış icazəsi alması üçün, əlbəttə, bir sıra "prosedurlar” və "çətinliklər” ola bilər. Digər tərəfdən, Famil Aslanov özüylə Avropaya puldan başqa, daha nələr aparmaq niyyətindədir? Bu və digər suallara aydınlıq gətiriləcəyinə ümid edirik.

("365.nfo")










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru