"Dollar belimizi qırdı, evlər əldən gedir..." - "Unibank"dan narazılıq
Tarix: 10-11-2016, 09:21 | Çap et
 Sahibkar fəaliyyəti üçün bankla ayrı-ayrı vaxtlarda üç dəfə müqavilə bağlamışam. Hər dəfə də girov olaraq ayrı-ayrı evlər qoyulub. Dollar belimizi qırdı, evlər əldən gedir, 20 nəfər küçədə qalacaq”.
İsmayıllı sakini Namət Əsgərovun başı dərddədir. İş qurmaqdan ötrü "Unibank"dan götürdüyü kreditlər dollarla sənədləşdirildiyindən indi ödənişlər kəllə-çarxdadır:
"Kredit götürüb yeni iş yerləri yaratmışam. Bank da çox gözəl bilir ki, pulu təyinatı üzrə xərcləmişəm. Dəfələrlə obyektimdə olublar. 20 nəfərə yaxın insanı işlə təmin etmişdim. Lakin hal-hazırda obyektdə 7 nəfər çalışır. Demək olar ki, 3 dəfə azalma-ixtisar gedib. Buna məni “Unibank” vadar edib. “Unibank”ın əməkdaşları hər kredit vaxtı başımın üstünü kəsdirərək borc tələb edəndə mən çıxış yolunu mağazanın içindəki malların hamısını satıb bankın ödənişini verməkdə görürdüm. Vaxtlı-vaxtında ödənişləri edirdim. Hətta dollar 1.05 məzənnəyə qalxanda da ödəniş edirdim. Ailəmizə məxsus maşını da satıb 10 min dollar ödəniş elədim. Lakin bu gün bank mənə heç bir güzəşt eləmir. Demirəm ki, ödəniş etmirəm, demirəm ki, məhkəmələr mənim borcumu silsin. Qanunu, dövləti sevən insanam. Bunun mümkünsüz olduğunu bilirəm. Sadəcə, imkan daxilində güzəşt istəyirəm".
Sahibkar "Unibank" Kommersiya Bankı (KB) ASC-dən ümumi məbləği 95 min dollar olan ipoteka krediti götürüb. Həmin məbləğin 61 min dollarını (30 min dollar əsas məbləğ, 31 min dollar faiz olmaqla) ödəsə də, "Unibank" hələ də ondan 76 min dollar borcunu tələb edir.
Şikayətçinin sözlərinə görə, "Unibank" ASC ilə ipoteka müqaviləsi bağlayıb və qohumunun Sumqayıt şəhərindəki mənzilini ipotekaya qoymaqla həmin bankdan 30 min ABŞ dolları kredit götürüb. Həmin bankla növbəti ipoteka müqaviləsi bağlayaraq fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsini "Unibank" ASC-də ipoteka qoymaqla 35 min ABŞ dolları kredit götürüb.
Üçüncü müqavilə ilə bacısının yaşayış evini girov qoyaraq 30 min ABŞ dolları kredit götürüb. N. Əsgərovun sözlərinə görə, götürdüyü kreditin 30 min ABŞ dollarını faizi ilə "Unibank" KB ASC ödəyib. Lakin bankla bağladığı həmin ipoteka müqaviləsi ləğv olunmayıb. Şikayətçinin iddiasına görə, Sumqayıt şəhəri, 14-cü məhəllədə qeydə alınmış daşınmaz əmlak barəsində bağlanmış ipoteka müqaviləsi ləğv olunmalıdır. Ancaq məsələ bununla da bitmir:
“Başqa bir tərəfdən, bank iddia edir ki, ona 76 min ABŞ dolları məbləğində borcum qalıb. Aramızda kredit müqaviləsi bağlanarkən 1 dollar 78 qəpik idi. Manat iki dəfə devalvasiyaya uğradı. Mən bu günki məzənnə ilə borcumu ödəyə bilmirəm. Buna görə də "UNİBANK" ASC ilə bağladığım kredit müqaviləsinin şərtləri dəyişdirilməlidir. Müqavilə şərtlərinin dəyişdirilməsi elə müqavilədə də nəzərdə tutulub. 21 fevral 2015-ci il tarixdə manatın birinci devalvasiyası zamanı manat dollar qarşısında təqribən 30 faiz ucuzlaşdı. Həmin tarixdən sonra ödənişləri 1.05 məzənnə ilə ödədim. Bununla artıq hər ödəmədə 30 faiz itirirdim. 22 dekabr 2015-ci ildə Azərbaycan manatı dollar qarşısında yenidən, bu dəfə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdik. Milli valyutamızın birdən-birə yüksək hədə ucuzlaşması kredit borcunun ödənilməsində çətinliklər yaradıb”.
Sahibkar "Unibank"a müraciət edib, kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini istəyib. Bankdan heç bir cavab almayıb.
Sahibkarla bank arasındakı məhkəmələrdən də bir şey çıxmayıb. Bütün qərarlar sahibkarın əleyhinə olub. İndisə “Unibank” vətəndaşa evdən çıxarılma iddiası qaldırıb. Sahibkar deyir, girovda olan üç evin əldən çıxması isə 20 nəfərin küçədə qalması deməkdir. Üç ailə çarəsiz qalıb.
“Unibank” ASC-dən isə bildirilib ki, müştərinin banka etdiyi təkliflər gözdən keçirilsə də, qəbul olunmayıb. Bank məhkəməyə müraciət edib. Problemli müştəri də məhkəmə qərarından yuxarı məhkəmələrə əvvəl apelyasiya, sonra kassasiya şikayəti verib. Yuxarı məhkəmələr birinci məhkəmənin qərarını qüvvədə saxlayıb. Bir sözlə, bank müştəridən borcu dolların hazırkı məzənnəsinə uyğun almaqda, ya da borcu girov əmlaklara yönəltməkdə israrlıdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06 |
|
|
|
|