"Yeni Həyat" MMC mühasibatlıq sənədlərini niyə yandırdı? - ŞOK FAKTLAR
Tarix: 1-10-2016, 10:18 | Çap et
 Sentyabrın 30-da 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Hökümə Babayevanın sədrliyi ilə “Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətin özünü müflis elan etməsilə bağlı iddia ərizəsinə baxılıb. Məhkəmə prosesində iştirak edən Azinforum.az-ın əməkdaşının verdiyi məlumata görə, “Yeni Həyat”ın iddiasına səbəblərdən biri kimi vətəndaş Mahmudov Abuzər Məhəmməd oğluna onlar tərəfindən verilməli olan 420 min ABŞ dollarını ödəmək qabiliyyətində olmadığı göstərilir. Qeyd edək ki, prosesə tərəf kimi qatılan vətəndaş Abuzər Mahmudovun vəkili Şahmar Məmmədov məhkəmənin gedişi zamanı bildirdi ki, onlar “Yeni Həyat”ın özünü müflis etməsilə bağlı məhkəməyə verdiyi iddia ilə razılaşmırlar və hesab edirlər ki, bununla “Yeni Həyat” MMC əvvəl keçirilən məhkəmələr tərəfindən onların üzərinə ödənilməsi vacib tələb kimi qoyulan 420 min ABŞ dolları ödəməkdən yayınmaq məqsədini güdür. Məhkəmədə müstəqil auditor kimi “Yeni Həyat” MMC-nin müflis olması ilə bağlı əsasların mövcudluğuna dair rəy verən İlham İsfəndiyar oğlu Hacıəzizovun ifadəsi dinlənildi. Sonra, vəkil Şahmar Məmmədov müstəqil auditora suallarla müraciət etdi. Vəkilin “siz iş materiallarında qeyd edibsiniz ki, kifayət qədər sənədlər əldə edə bilmədiyiniz üçün lazımi şəkildə audit apara bilməyibsiniz. Belə çıxır ki, təqdim etdiyiniz rəy lazımi şəkildə aparılmayan araşdırmanın məhsuludur” sualına auditor dolğun cavab verə bilmədi.
Vəkil Şahmar Məmmədov daha sonra auditdən yazılan rəylə bağlı gəlinən nəticəyə dair bəzi sənədləri tələb etdi. Müstəqil auditor bildirdi ki, mühasibatlıq sənədləri “Yeni Həyat” MMC tərəfindən yandırılıb. “Bunu etmək qanunvericilikdə düzdürmü” sualına isə İlham müəllim “artıq bu, mənim səlahiyyətimə aid olan məsələ deyil” kimi cavab verdi. Auditor həmçinin bildirdi ki, qanunvericiliyə görə, sənədlərin saxlanması vacib olan müddət 5-20 il arasında dəyişir. Sonra, Abuzər Mahmudovun vəkili “Yeni Həyat”ı prosesdə təmsil edən xanım vəkilə bir neçə sual ünvanladı. “Abuzər Mahmudova mənzilin təqdim olunacağı söz verilən bina sizin balansınızdadır” sualına vəkil cavab verdi ki, onların mülkiyyətində heç bir bina, mənzil və ya torpaq yoxdur. Belə olan təqdirdə, qarşı tərəf bəzi faktları məhkəmənin diqqətinə çatdırdı. Məlum oldu ki, iflasa getdiyini elan edən “Yeni Həyat” Bakı Şəhər İcra Hakimiyyətinə Zorge küçəsindəki binaya görə, illik 1872 manat 30 qəpik vəsait ödəyirmiş. “Bina sizə məxsus deyilsə, niyə pul ödəyirsiniz” sualını “Yeni Həyat”ın nümayəndəsi “hüquqlarını bilmədikləri səbəbindən ödəyiblər”- kimi cavab verdi. Vəkil Şahmar Məmmədov “Yeni Həyat”ın Dəmirçizadə küçəsindəki 16 sot torpağa görə də, illik 158 manat rüsum ödədiklərinə dair faktların olduğunu məhkəmənin diqqətinə çatdırdı. Hakim müstəqil auditora “siz bunları araşdırıbsınızmı” sualı ilə müraciət etdikdə, auditor bəzi məsələlərə dair konkret sənəd ortaya qoya bilmədi. Yalnız bildirdi ki, Zorqe küçəsindəki binaya xidməti hansısa naməlum firma həyata keçirir. Ən diqqət çəkən məsələ isə auditorun bu araşdırmanı apararkən “Yeni Həyat”a məxsus olan bəzi dəqiqləşdirmələri hazırda “Meqafan” deyilən yerdəki ofis vasitəsilə etdiyini bildirməsi oldu. Qarşı tərəf də iddia edir ki, “Yeni Həyatı” idarə edənlər hazırda həmin məkanda oturaraq, yalnız adlarını dəyişməklə fəaliyyət göstərirlər. “Yeni Həyatın” məhkəmədəki nümayəndəsi isə bunu sırf təsadüf kimi yozdu. Azinforum.az-ın əməkdaşı bildirdi ki, prosesin sonunda vəkil Şahmar Məmmədov məhkəmə qarşısında bir neçə vəsatət qaldırdı. Qaldırlan vəsatətlərin başlıca məğzi “Yeni Həyat”a aid olan bəzi məlumatların əlaqədər qurumlardan öyrənilməsi ilə bağlı idi. Çünki prosesdə iştirak edən tərəf və auditor MMC-yə məxsus olan mühasibatlıq və digər sənədlərin olmamasını onların yandırılması ilə izah etdilər. Hətta “Yeni Həyat”ın vəkili sənədlərin yandırılması səbəbini öyrənmək məqsədilə ona verilən suala maraqlı cavab verdi : “ Yığmağa yerləri olmayıb yandırıblar”. Məhkəmə verilən vəsatətləri təmin etdi. Qərara alındı ki, müvafiq qurumlara məlumat əldə etmək üçün sorğular göndəriləcək. Proses qeyri-müəyyən vaxta kimi təxirə salındı.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Bu gün, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
|