"Yeni Həyat" 420 min manata görə özünü müflis elan etdirir? - Çəkişmə
Tarix: 29-09-2016, 09:48 | Çap et
 Azinforum.az xəbər verir ki, oktyabr ayının 28-i saat 9-00-da 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Hökümə Babayevanın sədrliyi ilə “Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətin özünü müflis elan etməsilə bağlı iddia ərizəsinə baxılıb. Həmin məhkəmə prosesində iştirak edən əməkdaşımızın verdiyi məlumata görə, “Yeni Həyat”ın iddiasına səbəb kimi vətəndaş Mahmudov Abuzər Məhəmməd oğluna onlar tərəfindən verilməli olan 420 min ABŞ dollarını ödəmək qabiliyyətində olmadığı göstərilir. Proses iddiaçı tərəfin məhkəmədə iştirak etmədiyi səbəbindən sentyabrın 30-na kimi təxirə salındı. Azinforum.az-ın əməkdaşı prosedə qarşı tərəf kimi iştirak edən Abuzər Mahmudovun vəkili Şahmar Məmmədovla məsələnin tam mahiyyəti barədə söhbət edib. Vəkil bildirib ki, onlar “Yeni Həyat”ın özünü müflis etməsilə bağlı məhkəməyə verdiyi iddia ilə razılaşmırlar: “Hesab edirik ki, bu, sözügedən şirkətin məsuliyyətdən yayınmaq üçün ortaya atdığı bir taktikadır. Bilirsiniz ki, barəsində danışdığımız MMC Bakının ən prestij yerlərində binalar tikib. Mənim hüquqlarımı müdafiə etdiyim Abuzər Mahmudovun Nəsimi rayonu, Zorqe küçəsi 6 ünvanında xüsüsi mülkiyyət əsasında müəyyən edilmiş mənzili olub. Həmin ərazidə “Yeni Həyat” bina tikmək istədiyi üçün, ətrafda yaşayan sakinlərdən evləri razılıq əsasında alıblar. Notarial qaydada şirkətlə hüquqlarını müdafiə etdiyim şəxs arasında da, razılaşma təsdiq olunub. 12 mart 2005-ci ildə təsdiqlənən razılaşmanın şərtlərinə görə, “Yeni Həyat”ın hər iki təsisçisi Abuzər Mahmudova tikiləcək binada sahəsi 150 kvadrat metr olan mənzil veriləcəyini imzaları ilə təsdiq ediblər. Üzərlərinə düşən öhdəliyi yerinə yetirmədikləri üçün, tərəflər arasında məhkəmə çəkişməsi olub. Bütün məhkəmə instansiyaları Abuzər Mahmudovu haqlı sayıb və onun xeyrinə qərar çıxarıb. Ali Məhkəmənin 06 avqust 2008-ci il tarixli qərarında “Yeni Həyat”ın üzərinə Abuzər Mahmudova mənzilin dəyəri kimi 350 min ABŞ dollar və əlavə olaraq 70 min faizin ödənilməsinə dair hüquqi məsuliyyət qoyub. Tam qüvvəyə minmiş məhkəmə qərarına görə, “Yeni Həyat” Abuzər Mahmudova 420 min dollar ödəməlidir. Ən son məhkəmə qərarının üzərindən 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq, “Yeni Həyat” həmin pulu ödəməkdən yayınır. İndi də bura iddia ilə müraciət ediblər ki, güya müflis olublar. Məsələnin qısa mahiyyəti bundan ibarətdir”. Azinforum.az “Yeni Həyat”ın uzun müddətdir evini əlindən alaraq, hətta məhkəmə qərarlarına məhəl qoymadan pulunu ödəmədiyi Abuzər Mahmudovla əlaqə saxlayıb. Vətəndaş bizə dedi ki, bütün bu oyunları onun başına açan “Yeni Həyat”ın təsisçisi və rəhbəri Babək Babayevdir: ” Qısası vəziyyət bundan ibarətdir ki, Babək Babayev heç bir qanunları tanımadığını nümayiş etdirir. Mən bütün instansiyalara şikayət etmişəm. Təəssüf ki, haqqı-ədaləti təmin edə bilmirəm. Bu adamlar yaşadığım mənzildən məni çıxarıblar ki, yeni tikdirəcəkləri binada mənə ev verəcəklər. Qeyd edim ki, onlarla mənim aramda olan razılaşma şifai qaydada olmayıb. Notarial qaydada dediklərimin təsdiqi var. Məhkəmə də məsələni obyektiv araşdırıb qərar verib ki, həmin MMC mənə 430 min ABŞ dolları ödəməlidir. Təəssüflər olsun ki, Nəsimi rayon Məhkəmə İcra Şöbəsi də uzun illərdi ki, üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilmir və ya yetirmək istəmir. Babək Babayev mənə açıq deyir ki, hara lazımdır pul xərcləyəcəm, ancaq sənə bir manatda verməyəcəm. Bütün sənədlərə Babək Babayevlə Ramiz Babayev imza atıb. Onların hər ikisi “Yeni Həyat”ın təsisçisidir. Görün vəziyyət nə yerə çatıb ki, Babək Babayev məhkəmə qərarlarına belə məhəl qoymur. Özlərinin də, 5-6 firması var. Lazım gələndə firmanı bağlayıb, adına kiçik bir hərf əlavə edib yeni adla fəaliyyətə başlayırlar. Bununla da, köhnə qanunsuzluqların üstündən xətt çəkmək istəyirlər. İndi də, mənimlə müqavilənin bağlandığı “Yeni Həyat”ı müflis elan edirlər. Bu adamlar necə bankrot olub ki, hazırda televiziyyalarda onların ev satmaqla bağlı elanları gedir. Bu adamlar bütün hissləri itiriblər. Hətta halallığın nə olduğunu anlamaq istəmirlər. Mən sizin vasitənizlə bütün medianı bu işi diqqətdə saxlamağa çağırıram”. Azinforum.az olaraq biz “Yeni Həyat” MMC-nin rəhbərliyilə əlaqə saxlaya bilmədiyimiz üçün, səslənən ittihamlara onların mövqeyini öyrənə bilmədik. Yazıda adı çəkilən Babək Babayevin də mövqeyinə yer verməyə hazırıq. Araşdırmamız davam edir…    


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
• Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35 |
|
|
|
• “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29 |
|
|
|
• Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28 |
|
|
|
• Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16 |
|
|
|
• AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13 |
|
|
|
• İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09 |
|
|
|
• Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03 |
|
|
|
• Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00 |
|
|
|
• İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55 |
|
|
|
• İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53 |
|
|
|
• İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49 |
|
|
|
• “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44 |
|
|
|
• "İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42 |
|
|
|
• “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37 |
|
|
|
• Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30 |
|
|
|
• Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25 |
|
|
|
• Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21 |
|
|
|
• Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12 |
|
|
|
• “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01 |
|
|
|
• Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00 |
|
|
|
• İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55 |
|
|
|
• “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45 |
|
|
|
• QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41 |
|
|
|
• Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33 |
|
|
|
• Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29 |
|
|
|
• 2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25 |
|
|
|
• Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23 |
|
|
|
• Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20 |
|
|
|
• Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18 |
|
|
|
• Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
• Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13 |
|
|
|
• Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10 |
|
|
|
• AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04 |
|
|
|
• İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59 |
|
|
|
• Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58 |
|
|
|
• İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34 |
|
|
|
• Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31 |
|
|
|
• ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16 |
|
|
|
• İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03 |
|
|
|
• SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57 |
|
|
|
• Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44 |
|
|
|
• Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40 |
|
|
|
• ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20 |
|
|
|
• Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23 |
|
|
|
• ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16 |
|
|
|
|