"İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                 

Ceyhun Həsənov bütün kolon rəislərinin ərizəsini alıb - Penitensiar Xidmətdə nə baş verir?
Tarix: 25-08-2016, 09:19 | Çap et
Ceyhun Həsənov bütün kolon rəislərinin ərizəsini alıb
Mədət Quliyevin Milli Təhlükəsizlik Nazirliyinə təyinatından sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi postuna polis general-mayoru Ceyhun Həsənov gətirildi. Xatırladaq ki, Ceyhun Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Heç kim inkar etməz ki, Ceyhun Həsənov bu günə kimi diqqət mərkəzindəki generallardan olmayıb. Onun rəis olduğu idarə prestijli qurum kimi qəbul olunmadığı üçün, bu generalın adı çox hallanmayıb. Bu səbəbdən də onun Penitensiar Xidmətə rəis gətirilməsi sürpriz oldu desək, yanılmarıq.

Doğrudur, ondan əvvəlki rəis Mədət Quliyev də Penitensiar Xidmətə DİN sistemindən gətirilmişdi. Amma M.Quliyevin fəaliyyət tarixçəsi bu posta uyğunluq üçün kifayət edirdi. C.Həsənovun tərcümeyi-halı isə, bu baxımdan olduqca sadədir.

C.Həsənov bu vəzifəyə təyin olunmazdan əvvəl, Penitensiar Xidmətin rəisi postuna bir neçə şəxsin adı hallanırdı. Onların hər biri ilə bağlı təyinat qərarı veriləcəyini əsaslandırmaq da asan idi. Çünki Penitensiar Xidmətin rəisi vəzifəsi təxminən 6-7 ay idi ki, boş qalmışdı. Bunun da səbəbi, bəlkə də, iddialılıran çox olması və onların hər birinin hakimiyyətin yuxarı dairələrində təmsil olunan şəxslər tərəfindən dəstəklənməsi idi.

İddialılara nəzər yetirsək, görərik ki, onlardan birinin bu posta təyinatı daha inandırıcı idi, nəinki C.Həsənovun. Belə ki, Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədov, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov bu posta şanslı sayılıblar.

Hətta bir müddət öncə başqa vəzifəyə təyin olunan İsmayıllının keçmiş polis rəisi Nizami Qocayevin də bu posta iddialı olduğu qeyd edilirdi.

Reyting.az-ı bilgiləndirən şəxsin sözlərinə görə, bu posta iddialı olan şəxslər istəklərini reallaşdırmaq üçün ciddi mübarizə aparıblar. Lakin qruplararası razılaşma əldə olunmadığından rəis postuna təyinat ertələnib və sonda yüksək səviyyədə C.Həsənovla bağlı qərar verilib.

O da iddia edilir ki, C.Həsənov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxınlığı ilə tanınır və bu amil də onun yeni vəzifəyə təyinatında rol oynayıb.

Təbii ki, həbsxanalar kimi strateji bir sahənin rəhbəri ən etibarlı şəxs olmalıdır. Bəlkə də, həm də bu səbəbdən sözügedən posta təyinat bu qədər uzanırdı.

Ədliyyə sistemindən əldə etdiyimiz məlumata görə, C. Həsənovun təyinatından sonra Penitensiar Xidmətdə ciddi kadr dəyişiklikləri başlayıb: В«Yeni rəis işə başladığı gündən bəri yüksək postlarda təmsil olunanların əksəriyyətinin ərizəsini alıb. İlk toplantıda çıxışı zamanı da bildirdi ki, bundan sonra bu qurumda tamamilə fərqli sistem işləyəcək. Kimlər bu sistemə uyğunlaşacaqsa, onunla işləyəcək, əks təqdirdə, vəzifələri ilə vidalaşmalı olacaqlar”.

İddiaya görə, Mədət Quliyevdən sonra Penitensiar Xidmətdə əsas söz sahibi olan Hüseynğa Əlixanov da artıq В«zərərsizləşdirilibВ». Belə ki, Ceyhun Həsənov özünə birinci müavin gətirərək, komandasını yenidən formalaşdıracağı mesajını verib.

Qeyd edək ki, bir müddət əvvəl Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Penitensiar Xidmət rəisinin birinci müavini təyin edilib. Onun da Ceyhun Həsənovun yaxın olduğu iddia edilən qruplaşmanın üzvü olduğu ehtimal edilir.

Onu da qeyd edək ki, əvvəllər Penitensiar Xidmət rəisinin birinci müavini vəzifəsini vaxtilə prezidentin mühafizəçisi olmuş Mahir Musayev icra edirdi. M.Musayev 2015-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ceyhun Həsənov isə həmin posta da özünə yaxın şəxsi təyin etdirərək, komandasını möhkəmlədə bilib.

Ceyhun Həsənov bütün kolon rəislərinin ərizəsini alıb

Məlumatda bildirilir ki, C.Həsənov bütün kolon rəislərinin ərizəsini alıb. Çox güman ki, həmin rəislərin əksəriyyəti yeni şəxslərlə əvəzlənəcək: В«Bu günlərdə 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov da vəzifəsindən azad edildi. Hazırda təcridxananın rəisi vəzifəsini təcridxanaya yeni rəis müavini təyin edilmiş Rəşid Səfərov icra edir”.

Əsas kadr dəyişikliyinin isə Mühafizə alayının komandiri Mehman Məmmədovla bağlı nəzərdə tutulduğu iddia edilir: "Məndə olan məlumata görə, artıq Mehman Məmmədov sərəncama götürülüb. Yəqin ki, yaxın günlərdə onun vəzifədən uzaqlaşdırılması, yaxud təqaüdə göndərilməsi ilə bağlı məlumat veriləcək”.

Onu da xatırladaq ki, Mehman Məmmədov Penitensiar Xidmət rəisi postuna əsas iddialılardan biri sayılırdı. Hətta ayrı-ayrı KİV-lərdə onun delosunun Ədliyyə naziri Fikrət Məmmədovun masasında olduğu da bildirilirdi. Yəqin ki, son qərar fərqli olduğundan Mehman Məmmədovun üstündən xətt çəkilib. Təbii ki, Ceyhun Həsənovun iddialı bir şəxsin sistemdə qalmasını istəməməsi də başadüşüləndir. Odur ki, yeni rəisin ilk həmlədə əsas iddialıları sıradan çıxarması norml qarşılanmalıdır.

Çox güman ki, müəyən müddət sonra Hüseynağa Əlixanov da təqaüdə göndəriləcək. Onun ardınca isə digər iddialıların sıradan çıxarılmasının şahidi ola bilərik.

Amma C.Həsənov məcburdur ki, iddiası onun karyerasına təhlükə yaradacaq qədər böyük olmayan şəxslərlə işləsin. Çünki onun peşəkarlara ehtiyacı böyükdür. Özü və özünə yaxın olduğu üçün Penitensiar Xidmətə gətirdiyi şəxslər isə hələlik bu sahəyə yaddırlar. "Onlar bu işə uyğunlaşana qədər həssas və strateji bir sahəyə nəzarəti itirməmək üçün peşəkarların imkanlarından yararlanmaq lazım gələk. Nəzərə almaq lazımdır ki, bəzən həbsxanalarda proseslər təkcə qanunlarla nəzarətdə saxlanılmır, oradakı rəhbərlərin şəxsi münasibətləri və nüfuzu da bu məsələdə müəyyən əhəmiyyət daşıyır. Bu səbəbdən də kadr dəyişikliyi zamanı bu məqamlar nəzərə alınmalıdırВ»,-deyə Penitensiar Xidmətdəki mənbə bildirib.

Göründüyi kimi, hər bir sahədə olduğu kimi, Penitensiar Xidmətdə də rəhbər dəyişikliyi sistemdə yeniliklərə rəvac verib. C.Həsənovun gətirdiyi yeniliklərin bu sistemdə mənfi fəsadlar yaradıb-yaratmayacağını isə zaman göstərəcək. Çünki yanlış idarəetmə sonda ciddi problemlərə yol aça və həbsxanalara nəzarət müəyyən mənada itirilə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
21-06-2025, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
21-06-2025, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
21-06-2025, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
21-06-2025, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
21-06-2025, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
21-06-2025, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
21-06-2025, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
21-06-2025, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
21-06-2025, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
21-06-2025, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru