"Azəriqaz" bu rayonda "gül vurur"... - ŞİKAYƏT VAR
Tarix: 11-07-2016, 10:01 | Çap et
 Bu günlərdə redaksiyamıza yeni daxil olmuş şikayət məktubunda iddia olunur ki, Cəlilabad rayonu Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən törədilən əməlləri sözün əsil mənasında soyğunçuluqla müqayisə etmək olar. Rayonun Göytəpə qəsəbəsində, O.Eynullayev küçəsi ev 110 ünvanında yaşayan vətəndaş Məlikov Məlik Bəylər oğlu bildirir ki, bu gün Cəlilabadın bir çox ev və obyektlərində təbii qaz istehlakçıları üçün sayğaclar quraşdırılsa da, həmin ünvanlara müvafiq kodlar verilməyib. Bu isə əlbəttə ki, ilk növbədə əhalidən yığılan vəsaitlərin müəyyən hissəsinin mənimsənilməsinə yol açır. Belə ki, kodlaşdırma olmadığından, əhali sərf etdiyi mavi yanacağın pulunu sayğacın göstəricisinə əsasən ya qapı-qapı gəzən əməkdaşlara, ya da bilavasitə Qİİ-nin xəzinəsinə nəğd formada ödəməli olurlar. Digər tərəfdən isə, əhaliyə heç bir sübut-dəlil təqdim edilmədən köhnə tarixlərə, xüsusən də 2009-2011-ci illəri əhatə edən dövrə aid olunan borclar yazılır. Məlik Məlikov da öz ərizəsində göstərir ki, bir müddət əvvəl Qİİ-nin əməkdaşları onun işlətdiyi çayxanaya gələrək, obyektin 270 manat borcu olduğunu bildirmişlər. Qeyd edək ki, vətəndaşın işlətdiyi çayxana Göytəpə qəsəbəsində yerləşən Qonaq evinin nəzdində fəaliyyət göstərir. Açıqlamaya görə, bu gün Cəlilabadın əksər ünvanları belə “gecikmiş borc”ların ödənilməsi üçün vəsait axtarışındadır. Göytəpə qəsəbəsinin sakinləri isə, onlardan yığılan vəsaitlərin yaxınlıqda yerləşən kərpic zavodunun işlətdiyi təbii qazın pulunun ödənişinə məsrəf edildiyini düşünürlər. Qəsəbədə söz-söhbət gəzir ki, Cəlilabad Qİİ-nin rəisi Günəşli müəllimlə zavodun rəhbərliyi arasında əldə olunmuş razılığa görə, müəssisə sərf etdiyi qazın yarı pulunu nəğd formada ödəyir. Bunun müqabilində isə, sakinlərdən borc bəhanəsilə yığılan əlavə vəsaitlər hesabına kərpic zavoduna verilən qazın dəyəri hissə-hissə dövlətə ödənir. Eyni zamanda da təqdim olunan digər açıqlamalarda Cəlilabad Qİİ-nin rəisi rayon əhalisinin təbii qaz yanacağı ilə təmin edilməsi üçün ayrılmış vəsait və materialların davamlı surətdə mənimsənilməsində ittiham olunur. Həm də vurğulanır ki, bu xüsusda ortaya qoyulan iddialar heç də əsassız deyildir. Məlumatlarda bildirilir ki, Günəşli müəllim mütəmadi olaraq rayon ərazisində kilometrlərlə ölçülən məsafələrdə qaz borularının yenilənməsi, həmçinin guya ki, görülmüş cari təmir işləri və sairə haqda saxta sənədlər hazırlayaraq yuxarı instansiyalara təqdim edir və bu vasitəylə külli-miqdarda dövlət vəsaitlərini “silərək” mənimsəyir. Həmçinin iddia olunur ki, rayonun bir sıra kəndlərinə çəkilməsi nəzərdə tutulmuş qaz boruları da rəis tərəfindən satılmışdır. Daha sonra məlumatlarda bildirir ki, idarə rəisi tərəfindən işçilər əliəyriliyə, korrupsiya hallarının icrasına təhrik olunur, bu kimi göstərişlərə əməl etməyənlər isə işdən qovulmaqla cəzalandırılırlar. Eyni zamanda da məlumatlarda Günəşli müəllimin heç də passiv rüşvətxor məmur olmadığı, qazanc əldə etməyin yeni üsullarının daima axtarışında olduğu iddia edilir. Məsələn, daxil olan məlumatlarda vurğulanır ki, idarənin əməkdaşları tərəfindən müxtəlif ərazilərə qaz kəmərinin çəkilməsi və sayğacların quraşdırılması bəhanəsilə tələb olunan vəsaiti ödəyən sakinlər, əvəzində uzun müddət narahatlıq və problemlərdən başqa heç nə əldə edə bilmirlər. Halbuki, sakinlərdən yığılan vəsait hesabına bütün rayonun qaz problemi çoxdan həll oluna bilərdi. Məlumatlarda bildirilir ki, onlarla abonent illərdir ki, idarənin işçilərindən borc haqqında sənəd ala bilmirlər. Qaz İstismar İdarəsinin işçiləri isə günün istənilən vaxtında qapını döyüb vətəndaşları bu bəhanə ilə narahat edirlər. Ümid edirik ki, bu deyilənləri nəzərə alaraq, səlahiyyətli orqanlar lazımi araşdırmaları aparacaq və bütün məsələlərə tam aydınlıq gətirəcəklər.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Bu gün, 18:01 |
|
|
|
• Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Bu gün, 17:57 |
|
|
|
• "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Bu gün, 17:45 |
|
|
|
• ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Bu gün, 17:41 |
|
|
|
• ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Bu gün, 17:39 |
|
|
|
• İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Bu gün, 17:37 |
|
|
|
• Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41 |
|
|
|
• Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40 |
|
|
|
• Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26 |
|
|
|
• ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20 |
|
|
|
• "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
• "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15 |
|
|
|
• Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11 |
|
|
|
• ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02 |
|
|
|
• "Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42 |
|
|
|
• 'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38 |
|
|
|
• Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32 |
|
|
|
• Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29 |
|
|
|
• "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24 |
|
|
|
• Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19 |
|
|
|
• Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
• Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11 |
|
|
|
• Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40 |
|
|
|
• Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00 |
|
|
|
|