Oliqarx-məmurlara qarşı yeni savaş açılır - Kimlər kürsünü boşaldacaq?
Tarix: 29-06-2016, 09:04 | Çap et
 Ölkənin daşınmaz əmlak bazarında qiymətlərin sürətlə aşağı düşməsi prosesi gedir. Buna səbəb daşınmaz əmlak satışı ilə məşğul olan sosial şəbəkələrdə alıcılara təklif edilən bahalı mülklərin və villaların sayının gözlənilmədən kəskin şəkildə artmasıdır. Satış üzrə tanınmış menecerlərin bildirdiyinə görə, hələ indiyədək bu sahədə bu qədər düşük qiymətlər qeydə alınmamışdı. Diqqət çəkən məqam ondan ibarətdir ki, satışa çıxarılan mülklərin real dəyəri onlara qoyulan qiymətlərdən qat-qat yüksəkdir. Abşeron rayonunun Saray, Novxanı, Goradil, paytaxtın Badamdar, Buzovna, Pirşağı, Maştağa və digər qəsəbələrində vaxtilə 5-15 milyona qiymətləndirilən bu cür villaları kifayət qədər ucuz qiymətlərə əldə etmək mümkündür. Əmlak bazarında yaşanan ekstremal situasiyaya səbəb nədir? Gundelik-baku.com-un əməkdaşının araşdırmalarına görə, oliqarx və onların yaxın çevrəsinə aid məmurların əmlakının qeydə alınması prosesinə start verilməsi nəticəsində belə bir vəziyyət yaranıb. Vəzifəli şəxslərin şəxsi mülkiyyətində olmayan, lakin onlara aid olduğu təsdiqlənmiş daşınmaz əmlakın siyahıya alınmasında hansı məqsədin əsas götürüldüyü məlum olmasa da, bu tədbir çoxlarının yuxusunu artıq ərşə çıxarıb. Əlbəttə, əlaqədar dövlət strukturlarında hansı məmurun hansı əmlaka malik olduğu çoxdan bəllidir. Məlumata görə, xüsusi göstəriş verilib ki, cəmiyyətdəki mövqeyindən və nüfuz dairəsinin miqyasından asılı olmayaraq heç bir dövlət məmuru bu yoxlamalardan kənarda qala bilməz. Qeyd edək ki, əmlakını hərraca çıxarmış oliqarxlardan Ziya Məmmədovun və Etibar Pirverdiyevin adı daha çox hallanır. Nəqliyyat nazirinin onun mülklərini satışa çıxaranların çoxu da çevrəsindəki dövlət məmurudur. Paralel olaraq bu məmurlar da əl-ayağa düşərək öz mülklərini dəyər-dəyməzinə satmaq üçün ciddi şəkildə fəaliyyət göstərməkdədirlər. Bildirilir ki, satışda nəqliyyat nazirinin qardaşlarına və yaxın qohumlarına aid villalar da az deyil. Qeyd etdiyimiz kimi, dövlət məmurlarından heç birinin adı villaların rəsmi sahibləri kimi hallanmır. Buna baxmayaraq, çox ciddi araşdırmalar nəticəsində villaların həqiqi sahiblərinin tapılması mümkün olur. Əslinə qalsa, burda sən deyən çətin bir problem yoxdur. Çünki, rayonların icra başçıları, eynən də Bakı meri hansı məmura hansı ərazidən hansı qiymətə torpaq sahəsi ayrıldığını çox yaxşı bilirlər. Villaları hərraca çıxarılan tanınmışlar arasında gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov kimi oliqarxlarla yanaşı orta səviyyəli məmurlar da var. Təəssüflə qeyd etməliyik ki, sosial-iqtisadi inkişafımıza paralel olaraq paytaxtımıza və regionlara ayrılmış milyardlarla manat büdcə pullarının qanunsuz mənimsəmələrində də ciddi artımlar var. Mənimsəmələrin paytaxtdakı villa bumu ilə birbaşa əlaqəsini isə ayrı-ayrı məmurların fəaliyyətinin ciddi araşdırılması nəticəsində üzə çıxarmaq mümkündür.Bu məsələ yəqin ki, ölkənin büdcə və maliyyə nəzarəti strukturlarının işidir. Lakin uzun illər ərzində eyni vəzifədə oturuşmuş yüksək vəzifəli məmurlar arasında formalaşmış çox dayanıqlı tellərin büdcə maxinasiyalarında oynadığı əhəmiyyətli rolu da unutmamalıyıq.Bunun nəticəsidir ki, bir sıra icra başçıları qorxu-hürküsüz və açıq-aşkar şəxsi bizneslə məşğul olmaqdadır.Hədsiz var-dövlət və sərvət toplamağa müvəffəq olmuş bu vəzifəlilər sirr deyil ki, son zamanlar əməllərinin hesabatını vermək kimi ciddi problemlə üzləşəcəklərini yəqin ediblər.Yaranmış situasiyadan ən az ziyanla yaxa qurtarmağa çalışırlar. Oliqarxlar arasında gündən-günə genişlənməkdə olan bu qalmaqallı ajiotaj zəncirvari çox ağır nəticələrə gətirib çıxara bilər. Ümumiyyətlə, belə qənaətə gəlmək olar ki, ölkədə oliqarxlara qarşı ciddi savaş açılır. Hansı oliqarxın bu savaşdan problemsiz çıxacağı isə hələ ki, heç kəsə bəlli deyil... Yazıda adı çəkilən şəxslərin də cavab haqqını tanıyırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Bu gün, 18:01 |
|
|
|
• Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Bu gün, 17:57 |
|
|
|
• "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Bu gün, 17:45 |
|
|
|
• ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Bu gün, 17:41 |
|
|
|
• ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Bu gün, 17:39 |
|
|
|
• İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Bu gün, 17:37 |
|
|
|
• Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41 |
|
|
|
• Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40 |
|
|
|
• Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26 |
|
|
|
• ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20 |
|
|
|
• "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
• "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15 |
|
|
|
• Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11 |
|
|
|
• ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02 |
|
|
|
• "Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42 |
|
|
|
• 'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38 |
|
|
|
• Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32 |
|
|
|
• Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29 |
|
|
|
• "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24 |
|
|
|
• Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19 |
|
|
|
• Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
• Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11 |
|
|
|
• Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40 |
|
|
|
• Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00 |
|
|
|
|