Bura, di gəl, canını əmanət et... - Biabırçılıq...
Tarix: 24-06-2016, 11:46 | Çap et
 Sabirabad rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlarla bağlı yazılarımız Milliel.az saytında gedəndən sonra adıçəkilən rayondan saytımızın ünvanına bir sıra müraciət və şikayət məktubları daxil oldu. Oxucular bizdən rayona gəlməyi, Mərkəzi Xəstəxananın Yolxucu xəstəliklər, Qəbul və digər şöbələrində, o cümlədən kənd xəstəxanalarında, kənd həkim və tibb məntəqələrində baş verənləri gözümüzlə görməyi xahiş edirdi. Biz də onların xahişinə əməl edib, iyun ayının 21-də rayona yollandıq. Həkimsiz Yolxucu xəstəliklər şöbəsi Hər şeyə tibb bacısı Zeynəb cavab verir Birinci üz tutduğumuz Yolxucu xəstəliklər şöbəsi oldu. Bu şöbə adətən əlahiddə binada və ümumi korpuslardan kənarda yerləşir. Sabirabad rayonunda isə bu şöbə demək olar ki, Mərkəzi Xəstəxanaya bitişikdir. Köhnə, uçulub dağılmaqda olan bina (əgər buna bina demək mümkünsə) 1974-cü ildə istifadəyə verilib və indiyədək normal təmir görməyib. Əslində, burada infeksiyadan müalicə olunmaq yox, burada sağlam adamın infeksiyaya yoluxmaq şansı (daha doğrusu, riski) daha çoxdur. Saat 10 -30 olmasına baxmayaraq, şöbəyə girişdə yerləşən kiçik otaqda tibb bacıları və xadimələr nahar (bəlkə də, səhər yeməyi) yeməyi ilə məşğul idilər. Düzünü deyim, onların süfrə açdıqları otaqlarda diqqətimi cəlb edən antisanitariya oldu. Hesabatlarda şöbənin 15 çarpayılıq palatalarının olduğu bildirilsə də, burada iki otaqdan başqa qalan qapılardan qədimi qıfıl asılmışdı. Çarpayılar isə şöbənin koridorunda üst-üstə qalaqlanmışdı. -Bəs xəstələr haradadır?- deyə mən Zeynəb xanımdan soruşduqda, o, xəstələrə iynə vurulduqdan sonra onların evə buraxıldığını dedi. Həkim olmasam da, infksiyaya yoluxmuş xəstənin iynə vurulduqdan sonra evə göndərilməsi mənə anlaşılmaz gəldi. İnfeksiyalı xəstə adətən müalicə olunana qədər evdən, cəmiyyətdən təcrid olunur ki, başqalarını xəstəliyə yoluxdurmasın, ancaq burada hər şey tibb elminin minillik böyük təcrübəsinin əksinə idi. Lakin çox keçmədən öyrənirəm ki, şöbədə gördüyüm yeganə iki xəstə heç də infeksiyaya yoluxmuş adamlar deyillər, onlar buraya sadəcə sistem qoydurmaq üçün gəliblər. Xəstəxanada olarkən öyrəndim ki, şöbənin müdiri Fazil doktor çox nadir hallarda buraya gəlir. Şöbəni əsasən tibb bacısı Zeynəb xanım idarə edir. (Deyirəm, diplom söhbəti olmaya, elə Fazili çıxarıb, yerinə Zeynəbi müdir qoyalar. Fazil doktor da indi necə xəstəxanadankənar işlərlə məşğuldur, həmin işlərini davam etdirə. Bu dəyişiklikdən, məncə, xəstələr də heç nə itirməz. çünki heç bir infekasiya düçar olmuş xəstə canından bezib buraya gəlməz). Qaldı, hesabatlarda yazılan 15 çarpayı məsələsinə, bu, şöbə müdiri ilə baş həkimin fantaziyasından və Səhiyyə Nazirliyinə kəf gəlib, dövlətdən pul qoparmaq məqsədinə xidmətdən başqa bir şey deyil. Bir sözlə, Allah sabirabadlıları hər cür infeksiyadan (o cümlədən müdir və baş həkim) qorusun, çün burada hər hansı infeksiya yayılsa, axırı çox pis qurtaracaq… Ümid edirik ki, Səhiyyə Nazirliyi tezliklə bu infeksiya yivasını dağdacaq… Qəbul şöbəsi Nuhdan qalma “skoralar”a yazılan “putyovkalar” Rayon Mərkəzi Xəstəxanasının nəzdində Təcili Yardım Stansiyası fəaliyyət göstərir. Məlum olduğu kimi, bu stansiya xəstəni ağır vəziyyətdən çıxarmaq üçündür. Ancaq rayonda adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, stansiya öz funksiyasından daha çox xəstəxana rəhbərliyinin korrupsiya əməllərinin yerinə yetirilməsinə yardım xidməti göstərir. Belə ki, stansiyada hər gün 24-25 maşına yol vərəqi yazılır. Halbuki cəmi 5-6 maşın işləyir. Qalan maşınlara benzin yazılır və silinir. Bundan əlavə, həmin maşınlar üçün guya “ehtiyat” hissələri alınır və bu məqsədlə xeyli pul xərclənir. Adının çəkilməsini istəməyən mənbənin bildirdiynə görə, stansiyaya ayrılan dərman pereparatlarının yalnız 25 faizi stansiyaya verilir. Əksər halda dava –dərman “Təcili yardım”la gətirilən xəstənin yaxın adamlarına aldırılır, lakin stansiyanın hesabına “oformit” edilir. Ümumiyyətlə, Təcili Yardım Stansiyasında hər gün yol vərəqi alan maşınların xeyli hissəsi sovet dönəmindən qalma maşınlardır, onları heç felək də yerindən tərpədə bilməz... (Davamı var)


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02 |
|
|
|
|