"İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                 

İcra başçısı yeyintidə ittiham olunur - NARAZILIQ VAR...
Tarix: 30-05-2016, 12:59 | Çap et
İcra başçısı yeyintidə ittiham olunur
Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin bitib-tükənməyən qanundan kənar əməlləri yerli əhalini narazı salmaqla yanaşı, onların yaşayış səviyyəsinə də öz mənfi təsirini göstərib. Belə ki, bu gün rayonda yerli sakinlər normal iş tapa bilmirlər. Buna görə də əhalinin bir hissəsi iş ümidi ilə başqa rayonlara və paytaxta üz tuturlar. Az öncə qeyd etdiyimiz kimi, Beyləqanda sosial problemlərin özünü daha qabarıq şəkildə göstərməsi icra başçısının fəaliyyətindəki qüsurlarla birbaşa bağlıdır. Bu haqda mətbuat səhifələrində çox yazılıb. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, Vaqif müəllim rayona icra başçısı keçdikdən sonra büdcədən ayrılan milyonlarla vəsaitin böyük hissəsini təyinatı üzrə xərcləməyib. Əldə etdiyimiz məlumatlara görə, Vaqif Abdullayev Beyləqan Kommunal Təsərrüfat Birliyinin keçmiş rəhbəri Azil Aslanov və Məhəmməd Həsənovla birlikdə saysız-hesabsız qanunsuzluqlara imza atıb% В«Rayona ayrılan maliyyə vəsaitləri Həsənova məxsus MMC-lər vasitəsi ilə yuyulub. Başçı Beyləqana gəldikdən sonra Azil Aslanovu şəhər Ərazi İnzibati nümayəndəsi təyin edib. Beləcə adıçəkilən şəxslər rayonun mühüm postlarını ələ keçirərək icra başçısının himayəsi altında talan əməliyyatına start veriblər. Maliyyə maxinasiyalarının qanuniləşdirilməsini isə Məhəmməd Həsənov həyata keçirir. Onun bir neçə MMC-si var. Maxinasiyaya cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən "Mirdamət-2008” MMC-dir. 2013-cü ildə Beyləqan rayon Mədəniyyət və Türizm Şöbəsinin təmirini və şəhərin abadlaşdırılması üçün "Mirdamət-2008” MMC-yə üst-üsta 300 min manatdan çox vəsait ayrılıb. Deyilənə görə, icra başçısının göstərişi ilə "Mirdamət-2008” MMC şirkətinə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum şəxslərin arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz В«əməliyyat haqqıВ»verib. 2014-cü il üçün isə Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən Beyləqan şəhərinin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün "Mirdamət-2008” MMC-yə 240 min manat ayrılıb. Bu vəsaitin də yarıdan çoxu mənimsənilib və ayrılan vəsaitin yalnız 13 faizi "Mirdamət-2008” MMC-nin gördüyü işlərə yönəlib. Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi işləyən Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC də bir sıra layihələrin icrasında iştirak edib: В«Bu şirkət kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün ayrılan vəsaitlərin böyük qismini göyə sovurub. Məsələn, ötən il mədəniyyət və turizm şöbəsinə ayrılan 120 min manat Məhəmməd Həsənova məxsus "Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib»». Araşdırmalar göstərir ki, Beyləqan rayonunda təmir-tikinti layihələrinin bir çoxu tendersiz həyata keçirilir. Məsələn, Bir müddət əvvəl icra başçısı В«İSPİKВ» şirkətinin sahibi Qabil Mustafayevi qəbul edib və Beyləqanda olanda stadionun bərpa işlərini onlara təklif edib. Qarşı tərəf bu təklifi qəbul edib. 2014-cü ilin aprel ayında bərpa işlərinə başlanıb. Məlumata görə, şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və Vaqif Abdullayev bununla razılaşıb. Amma maraqlıdır ki, tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-cü ilin aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırıb. Sonda isə icra hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat verilib. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsindəki 2014 və 2015-ci illər üzrə rəsmi hesabatlarda Beyləqan rayon İcra Hakimiyyətinin büdcə vəsaitlərinin qanunun tələblərinə uyğun olaraq necə xərclənməsinə dair rəqəmlərdən məlum olur ki, Beyləqan Mərkəzi Stadionunun əsaslı təmirinə dair bir maddə belə yoxdur. Elə bu yeyintilərin nəticəsində istifadəyə verilən rayon mərkəzi stadionu bir müddət sonra çökdü. Əslində, çökən təkcə stadion yox, dövlət büdcəsinin pulları idi. Maraqlıdır ki, bu qədər yeyinti faktlarına və şikayətlərə baxmayaraq, Vaqif Abdullayev qanunsuz əməllərindən əl çəkmək bilmir ki, bilmir. Rayondan gələn məlumatlar isə belə deməyə əsas verir ki, artıq beyləqanlıların səbr etməyə dözümü qalmayıb. Əgər Vaqif Abdullayev və ona yaxın olan məmurlar dövlət büdcəsinin vəsaitlərini dağıtmaqdan, insanları incitməkdən və onlara əlavə problemlər yaratmaqdan əl çəkməsələr, rayonda vəziyyət qəlizləşə bilər. Odur ki, icra başçısı özbaşına əməllərinə dərhal son qoymalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
21-06-2025, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
21-06-2025, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
21-06-2025, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
21-06-2025, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
21-06-2025, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
21-06-2025, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
21-06-2025, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
21-06-2025, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
21-06-2025, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
21-06-2025, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru