İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                 

“Altes Group”un Eldar Mahmudovla bağlılığını isbatlayan yeni faktlar - İTTİHAM VAR
Tarix: 15-04-2016, 09:32 | Çap et
“Altes Group”un Eldar Mahmudovla bağlılığını isbatlayan yeni faktlar
“Altes Group”la bağlı son vaxtlar Azərbaycan mediasında dərc olunan qalmaqallı araşdırmaların ardı kəsilmir.

Xebervar.com saytının verdiyi xəbərə görə, Azərbaycanın dərman və tikinti sektorunda lider mövqedə olan bu şirkətin adı bir sıra müəmmalarda çəkilməyə başlayıb. Bir müddət əvvəl holdinqin inşa etdiyi “Altes Plaza”nın ən hündür mərtəbələrinin Eldar Mahmudovun oğlu Anar Mahmudov tərəfindən şəxsi ofis kimi istifadə edildiyi, ümumi sahəsi 1400 kv.metr olan bu ofisdən birbaşa Eldar Mahmudovun nazir otağına özl telefon xətti çəkildiyi ilə bağlı araşdırma dərc olunmuşdu. Virtualorg.az saytında dərc olunan bu araşdırmada “Altes Group”un Eldar Mahmudov tərəfindən himayə edildiyinə dair açıq-aşkar mətnlə eyham vurulmuşdu.

Araşdırmada deyilirdi:

“Mahmudovun oğlu 2014-cu ilin iyul ayında “Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.

Başqa məlumata görə isə, Eldar Mahmudov “Altes Group” şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna “haqq” olaraq verilib.

Habelə məlum olub ki, 2014-cü ildə Eldar Mahmudov oğlu ilə birbaşa və qorunan rabitə əlaqəsi saxlamaq üçün Anar Mahmudovun “Altes Plaza”da yerləşən kabinetindəki telefonunu MTN-ə məxsus rabitə qovşağı üzərindən nazirliyin xüsusi rabitə kabellərinə qoşdurub. Və Anar Mahmudovun telefonu atasının MTN-dəki birbaşa rabitə pultuna birləşdirilib. Ötən ilin oktyabrında E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra A.Mahmudovun həmin ofisində də axtarış aparılıb, onun atası ilə birbaşa rabitə saxladığı telefon aşkar edilərək götürülüb və MTN-in rabitə şəbəkəsindən ayrılıb”.

Daha sonra Holdinqin qurucusu və rəhbəri Rüstəm Abdullayev Qaynar.info saytına verdiyi açıqlamada Eldar Mahmudovla bağlantılarını inkar etmişdi. Abdullayevin sözlərinə görə, onlar qanuni alqı-satqı həyata keçiriblər. Heç bir şəriklik və ya himayəçilikdən söhbət gedə bilməz.

Lakin həmin yazılar saytımızda da dərc olunduqdan sonra elektron ünvanımıza mövzu ilə bağlı bir çox maraqlı məlumatlar daxil olub. Bu məlumatlarla tanış olduqda, “Altes Group”un keçmiş MTN naziri və onun “çetesi” ilə bağlarının olması daha inandırıcı görünməyə başlayır. Bunun əksini iddia etmək isə, ağlasığmaz olardı.

Belə ki, holdinqin qurulması və çiçəklənməsi məhz Eldar Mahmudovun nazir işlədiyi dövrlərə təsadüf edir. Bu mənada şirkətin tərkibi və tarixinə qısa nəzər yetirmək yerinə düşərdi.

Holdinq Azərbaycanın ən iri əczaçılıq şirkəti olan “Altes Pharm” (keçmiş “NUR Pharm” ) şirkətindən, “Dr.Lemony” – apteklər şəbəkəsindən, “Nur İnşaaat”, “Fərid-İnşaat” kimi tikinti şirkətlərindən, “Altes Construction” memarlıq-mühəndislik şirkətindən, Avropa və Asiya istehsalçılarının tikinti maşınqayırma məhsullarının və materiallarının MDB ölkələrində distrübutorluğunu həyata keçirən “Altes Trade” şirkətindən, Azərbaycan bazarında və ölkə sərhədləri xaricində daşınmaz əmlakın satışı və icarəsi üzrə ixtisaslaşan “Altes Property” şirkətindən ibarətdir. Holdinqin əsas layihələri Azərbaycan, Rusiya və Qazaxıstanda gerçəkləşib.

Holdinqin rəhbəri Rüstəm Abdullayevdir və 2010-cu ildən etibarən müxtəlif vasitələrlə şəriklərini sıradan çıxarmağa, onların pay və dividentlərini ələ keçirməyə çalışıb. Hətta şəriklərindən birinin özü və qaynı Asim İsgəndərovun təşkilatçılığı ilə döydürməsi, onun həyatını riskə altında qoyması ilə bağlı faktlar artıq məhkəmə predmetidir. Hadisə ilə bağlı artıq iki nəfər həbs olunsa da, məhz himayəçilərinin dəstəyi ilə əsl təşkilatçı və sifarişçilər hələ də azadlıqdadır. Bu barədə daha ətraflı ötən yazıdan tanış ola bilərsiniz.

İndi isə Rüstəm Abdullayevin və “Altes Group”un keçmiş “MTN bandası” ilə əlaqələrinə dair yeni faktlarla tanış olaq.

Bizi məlumatlandıran mənbə, bildirir ki, “Altes Group”la Eldar Mahmudovun əlaqələri uzun illərə dayanır. Məlumata görə, şirkətin vitse-prezidenti və faktiki idarə edəni Fəqan Şükürov məhz “MTN bandası”nın adamıdır. Belə ki, sabiq MTNn aparatının rəhbəri, hazırda həbsdə olan general Fərhad Vahabov Fəqan Şükürovun həyat yoldaşının əmisidir. İlk vaxtlar Eldar Mahmudovun maraqlarını məhz Fəqan Şükürov birbaşa kurasiya etsə də, 2011-ci ildə Vahabovun dəstəyi ilə holdinqin təsisçisi Rüstəm Abdullayevin də Mahmudovun görüşü baş tutub. Bundan sonra qarşılıqlı əlaqələr daha geniş miqyas almağa başlayıb.

Məhz bu əlaqələrin nəticəsində Rüstəm Abdullayevin qaynı, adı şəriklərin döyülməsində təşkilatçı kimi keçən və “Altes Group”un mühafizə rəisi Asim İsgəndərovun qardaşı Vasif İsgəndərov MTN-in xüsusi təyinatlılarında işə düzəlir. Hazırda da Vasif İsgəndərovun MTN-in bazasında yenidən qurulan DTX-da heç nə olmamış kimi fəaliyyətini davam etdirdiyi və yüksək vəzifələrdən birinə təyinat almağa çalışdığı bildirilir.

Göründüyü kimi, “Altes Group”la Eldar Mahmudov “çetesi”ni bağlayan tellər hədsiz çoxdur. Bu faktlar həm də bəzi məsələlərə aydınlıq gətirmiş olur. Məlum olduğu kimi, şərikləri ilə məhkəmə çəkişmələri nəticəsində məhkəmə “Altes Group”un tikdiyi bina və mənzillərə həbs qoyulub, onların satışı, icarəsi, habelə rəhbəri Rüstəm Abdullayevə şirkət adından hər hansı hərəkət etmək qadağan edilib. 2012-ci ildə verilən məhkəmə qərarı daha sonra 2015-ci ildə Ali Məhkəmənin qərarı ilə təkrar qüvvədə saxlanılıb. Amma bu illər ərzində holdinqin vitse-prezidenti Fəqan Şükürov məhkəmə qarşısında yazılı öhdəlik götürməsinə rəğmən saxta möhürlə əməliyyatlar həyata keçirməkdə davam edir. Holdinqin keçmiş payçılarından olan Fətəli Novruzəliyevə qarşı təşkil olnmuş sui-qəsddə sifarişçi və təşkilatçı kimi adları keçən Rüstəm Abdullayev və Asim İsgəndərov isə hələ də azadlıqladır. Dünənə qədr onları Mahmudov və “şetesi” himayə edirdisə, bu gün bəs kimə arxalanırlar?

Mənbə, holdinqə daxil olan və ölkənin əczaçılıq sahəsində ən böyük oyunçusu hesab edilən “Altes Pharma”nın Azərbaycandakı gizli sexləri, sabiq deputatlardan birinə məxsus olan bank vasitəsi ilə Londona və Avropanın digər ölkələrinə şübhəli pul köçürmələri haqqında da yaxın zamanlarda əlavə məlumatlar verəcəyini vəd edir.

Fikrimizcə, bura qədər ortaya çıxan faktlar da illərdir “Altes Gorup”la bağlı məhkəmə labirintlərində ilişib qalan məsələlərin hərəkətə gəlməsinə, yeni istintaq tədbirlərinin həyata keçirilməsinə bəs edir.

Necə deyərlər, hər kəs əməlinə görə əvvəl-axır qanun qarşısında cavab verməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Bu gün, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Bu gün, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Bu gün, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Bu gün, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Bu gün, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Bu gün, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru