Sabirabadlı məmura qarşı korrupsiya ittihamları - "Borc adı ilə yığılan vəsaitlər"...
Tarix: 15-03-2016, 09:09 | Çap et
 Sabirabad sakini Ağaəli Cabbarov teref.info-ya məktub göndərib. DİA.AZ xəbər verir ki, məktubda Sabirabad Telekommunikasiya Qovşağında baş verən korrupsiya hallarından bəhs edilib. “Qovşaq rəisi telefon çəkdirmək və digər məsələlər üçün müraciət edən vətəndaşları süründürür. Borc adı ilə yığılan vəsaitlər bir neçə il qabaq yığılıb qalmış borclar kimi təqdim olunur. Əgər vətəndaş bir il əvvəl evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu ödəmədən qeydiyyatdan çıxırsa, borc evi alan şəxsin üzərində qalır. Belə ki, həmin evi alan digər vətəndaş yeni telefon xətti çəkdirərək abunəçi statusu alır. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə almış vətəndaşdan tələb edirlər. Əks halda onun telefon xətti kəsilir. Baxmayaraq ki, vətəndaşın köhnə nömrəyə və abunəyə, eyni zamanda danışıq qiymətinə aidiyyəti yoxdur”,-deyə məktubda qeyd olunub. Məktub müəllifi yazıb ki, əhali internetdən istədiyi kimi istifadə edə bilmir: “Çünki internetin nə sürəti normaldır, nə də keyfiyyəti. Bunların hamısı qovşaq rəisinin uğursuz fəaliyyəti ilə bağlıdır. Uzun müddətdir yaşanan eyni problemlərin həlli məsələsi qovşağın rəhbərliyi üçün artıq qeyri-mümkün hesab oluna bilər. Hətta problemlər o qədər dərinləşib ki, bəzi aylar ərzində Sabirabadda internet istifadəçiləri gündəlik norma ilə, yəni 4-5 saat verilən internet əlaqəsi ilə kifayətlənməli olur. Problemin həlli üçün vətəndaşların müraciətlərini qəbul edən qovşağın işçiləri isə yalnız quru vədlər verməklə kifayətlənirlər”. Şikayətçi məlumat verib ki, qovşaq rəisi Tapdıq Bağırov “Aztelekom” rəhbərliyi, xüsusən həbsdə olan sədr Məhəmməd Məhəmmədovla yaxın dost imiş: “Buna görə ona “gözün üstə qaşın var” deyən yoxdur. Qovşaq rəisi ancaq özü üçün çalışır. Bu müəssisə hazırda özünün ən çətin dövrünü yaşayır. Onun adı indiyə kimi bir çox qalmaqallı məsələdə çəkilib. Bir müddət əvvəl işçilərin rüblük mükafatları, müalicə xərclərini və 13-cü maaşlarını kəsmişdi. İşçilər rəisin bu özbaşınalığına ən kəskin formada etirazlarını bildirmişdilər. Həmin vaxt qovşaq rəisi bərk narahat oldu, hətta onun işdən xaric ediləcəyi gözlənilirdi. Lakin dostu Məhmməd Məmmədov ona heç nə demədi. Görünən odur ki, Tapdıq müəllim həmin şansı boşa verib. Sabirabad Telekommunikasiya Qovşağında hələ də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur, əmək müqaviləsi bağlanılmadan işə adam götürülür və ikili mühasibat aparılır. Rəis rayonda stasionar telefon xətti çəkilişinin qiymətini özbaşına olaraq qaldırıb. Vətəndaşlardan dövlət rüsumundan başqa ödənişlər tələb olunur. Sakinlər buna etiraz edəndə isə əlavə problemlə üzləşməli olurlar. Rayonda dayaq dirəklərinin yenisi ilə əvəzlənməsi üçün kifayət qədər vəsait ayrılır, amma kabellər köhnə, qəza vəziyyətinə düşmək təhlükəsi daşıyan şalbanlara bağlanılıb. Rayonda belə bir fikir formalaşıb ki, Sabirabad Telekommunikasiya Qovşağının rəisinin ümumiyyətlə vəzifə borclarının öhdəsindən gələ bilmir, daha dəqiq desək bu vəzifə borclarının nədən ibarət olduğunu belə bilmir. Qovşaq rəisi iş vaxtının çox hissəsini rayonun səfalı guşələrində yerləşən əyləncə-istirahət mərkəzlərində keçirməyə üstünlük verir. Ona həvalə olunmuş strukturun işini kiçik rəhbər işçilər yönləndirdikləri səbəbindən, yuxarı instansiyalara təqdm olunan hesabat və məruzələrin məzmunu belə bu məmur üçün qeyri-müəyyən və anlaşılmaz qalır. “Aztelekom”-un sədri həbs ediləndən sonra Tapdıq müəllim indidə özünə yeni hami tapıb. “Aztelekom” Texniki direktoru Zahir Vəliyevin onun yaxın dostu olduğunu iddia edən Tapdıq Bağırov bundan sonra ona heç kimin bata bilməyəcəyini dilinə gətirib”. Qarşı tərəfi dinləməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40 |
|
|
|
• Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15 |
|
|
|
• Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14 |
|
|
|
• Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10 |
|
|
|
• Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00 |
|
|
|
• Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Dünən, 13:55 |
|
|
|
• Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Dünən, 13:53 |
|
|
|
• Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Dünən, 13:38 |
|
|
|
• Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Dünən, 13:34 |
|
|
|
• “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Dünən, 13:27 |
|
|
|
• İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Dünən, 13:23 |
|
|
|
• Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Dünən, 11:09 |
|
|
|
• Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Dünən, 11:06 |
|
|
|
• “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Dünən, 11:05 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:03 |
|
|
|
• “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Dünən, 11:01 |
|
|
|
• “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Dünən, 10:59 |
|
|
|
• Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Dünən, 10:53 |
|
|
|
• Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Dünən, 10:52 |
|
|
|
|