Abid Şərifov açıq-aşkar deyir ki, "pul qalmayıb, olan kimi həll edəcəyik"... - Bakıda dəhşətli həyat mənzərəsi
Tarix: 18-02-2016, 12:48 | Çap et
 Bu yataqxana Əhmədli qəsəbəsi ərazisində yerləşir. "Tağıyev kombinatı"nın keçmiş yataqxanası kimi tanınan "bina"da onlarla ailə yaşayır. Sakinlər yataqxananın qəzalı vəziyyətdə olduğunu söyləyirlər. Ancaq çəkiliş zamanı gördük ki, yataqxana nəinki qəzalı vəziyyətdədir, hətta onun hər an uçması və böyük faciələrə səbəb olması risqi var. Hər ailə, demək olar ki, bir otaqda yaşayır. Və təsəvvür edin, bu insanlar hamam-tualet olan otaqda yatır, yeməyi orada yeyir və evə gələn qonağı orada qəbul edirlər. Əgər otaq deyiriksə, bunu adi otaq kimi qəbul etməyin. Təsəvvür edin, evin içində gəzdiyiniz yerdə anidən alt mərtəbəyə düşmə ehtimalınız var. Yeri gəlmişkən, 4-cü mərtəbədə çəkiliş apardığımız ərəfədə 3-cü mərtəbəyə yıxılmaqdan son anda xilas ola bildik. Evin ortasındakı dairəvi uçuq dəhşətli mənzərə yaratmışdı. Armaturlar, beton qatı bərbad vəziyyətdə, nəmişlikdən isə içəridə durmaq mümkün deyil. Bu evlərdə mədəni ev heyvanı da yaşamağa çətinlik çəkər. Hətta evin içində mamırlar açıq şəkildə gözə görünməyə başlayıb. Rütubətdən binanın üzündə ağac da bitib. Bu insanlar düşmən deyil. Öz qanımızdan, öz millətimizdən olan vətəndaşlardır. Dövlət onlara köçürülmə ilə bağlı dəfələrlə söz versə də, illərdir məsələ həllini tapmamış qalır. "Hər gün ərizə yazırıq, hər gün icra hakimiyyətinə gedirik, bizə vəd etdikləri kompensasiya ilə maraqlanırıq. Ancaq konkret cavab ala bilmirik. Bizə özləri söz vermişdilər ki, yanvar ayının sonunadək probleminiz həll olunacaq və kompensasiya ödəniləcək ki, gedin özünüzə ev alın. Hanı bəs? Niyə səsləri çıxmır? Gözləyirlər ki, ölək, ondan sonra işə başlasınlar?!", —deyə yataqxana sakini Zülfiyyə İsmayılova Sputnik-in əməkdaşı ilə söhbətində bildirdi. Xətai rayonu üzrə millət vəkili seçilən Fuad Muradovun bu həftənin sonu onlarla görüşəcəyini deyən sakinlər, bu görüşdən çox şey gözlədiklərini qeyd etdilər: "Millət vəkilini kim seçir? Xalq seçir. Biz seçirik. Ona görə seçirik ki, problemlərimizi həll etsin. Amma hələ də doğru-düzgün işlərinin şahidi olmamışıq. Biz burda ölümlə üz-üzəyik. Onlar isə isti otaqlarında rahat istirahət edirlər. Sanki heç nə olmamış kimi, məsuliyyətsiz yanaşırlar. Hansı nazirin ailəsi burada, tualetlə çarpayıların iç-içə olduğu otaqda 1 dəqiqə dayana bilər?". Sakinlər dövlətin onlar üçün 45 min manat kompensasiya ayırdığını, lakin həmin pulların kimlərinsə cibinə getdiyini iddia edirlər: "Bu ərazidə biz qaldığımızdan başqa 2 yataqxana da var idi. Lakin ilk tikilən, ən qədimi və yararsız olanı bu idi". Onların dediyinə görə, həmin digər yataqxanalar sökülüb, kompensasiyalar ödənilib: "Ancaq iş bizimkinə çatanda dedilər ki, pul yoxdur. Səbr edin, pul düzələndə verərik. Abid Şərifov açıq-aşkar deyir ki, "pul qalmayıb, olan kimi həll edəcəyik". Maraqlıdır, bəs bu qədər yeni tikililərə, saraylara pulu haradan tapırlar?". Sakinlərin müraciət etdiyi dövlət orqanlarından onlara qəribə cavab da verilib. "Deyirlər ki, bizə ödənilməli olan və büdcədən ayrılan kompensasiya, ötən il Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binası yandıqdan sonra, şəhərdəki binaların təmirinə, üzlüklərinin təzələnməsinə xərcləndiyi üçün, pul qurtarıb. Anlamırıq ki, büdcədən ayırmalar konkret, ünvanlı olduğu halda, necə ola bilər ki, həmin vəsait başqa məsələyə sərf olunsun?!", —deyə sakinlər vurğuladılar.
         


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15 |
|
|
|
• Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14 |
|
|
|
• Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10 |
|
|
|
• Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55 |
|
|
|
• Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53 |
|
|
|
• Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38 |
|
|
|
• Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34 |
|
|
|
• “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27 |
|
|
|
• İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23 |
|
|
|
• Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09 |
|
|
|
• Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06 |
|
|
|
• “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03 |
|
|
|
• “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01 |
|
|
|
• “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59 |
|
|
|
• Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53 |
|
|
|
• Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52 |
|
|
|
• Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17 |
|
|
|
• "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15 |
|
|
|
• Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10 |
|
|
|
• Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05 |
|
|
|
• Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48 |
|
|
|
• Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41 |
|
|
|
• Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53 |
|
|
|
• İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48 |
|
|
|
• Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44 |
|
|
|
• "Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29 |
|
|
|
• Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25 |
|
|
|
• Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21 |
|
|
|
• Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18 |
|
|
|
• Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06 |
|
|
|
• Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03 |
|
|
|
|