ZİYA MƏMMƏDOV DAHA BİR RAYONU İTİRƏ BİLƏR
Tarix: 5-03-2012, 16:20 | Çap et
GÖYÇAYDA İNQİLAB HAZIRLIĞI
Xəbər verdiyimiz kimi, Müstəqil Media İnstitutu (MMİ) bir müddət əvvəl regionlarda ümumi vəziyyətə dair monitorinqlər aparmaq barədə qərar vermişdi. Ötən günlərdə MMİ-nin rəhbərliyi və ölkənin aparıcı media nümayəndələri Göyçay rayonunda olublar. Təşkilatın hazırladığı hesabatı qısa ixtisarlarla diqqətinizə çatdırır:
Göyçayda işsizlik tüğyan edir
MMİ-nin hesabatında deyilir ki, Göyçayda insanların həyat səviyyəsi həddindən artıq aşağıdır. Aran bölgəsinin ən aparıcı rayonlarından biri olmuş Göyçayın bu vəziyyətə düşməsinin səbəbi isə səriştəsiz rəhbərlər, korrupsiya və rüşvətxorluq olub. Yerli sakinlərlə söhbət əsnasında belə məlum olub ki, hal hazırda rayonda işləyən müəssisələrin sayı həddindən artıq məhduddur. Bundan başqa, işsizliyin səviyyəsi də dəhşətli həddədir. Bəzi insanların çörək dalıyca Rusiyaya getdiyi, bəzilərinin də rayonda qalaraq, güzaranlarını qurmağa çalışdıqlarını bildirən göyçaylılar deyirlər ki, durum hər gün pisləşməyə doğru gedir.
İşləyən dövlət idarələrində isə işə düzəlmək üçün iki yol var. Birinci yol ondan ibarətdir ki, Göyçayın icra başçısı Mənsur Məmmədovun və ya onun yaxın ətrafının qohumu olmalısan. Bu mümkün olmadıqda isə yaxşı pulun olmalıdır ki, səni işə götürsünlər.
Göyçaylılar deyir ki, Mənsur Məmmədov icra başçısı təyin olunandan sonra daha çox öz yaxınlarına, qohumlarına və adamlarına köməklik edir. Rayon sakinlərini isə ümumiyyətlə, saya salacaq qədər münasibət saxlamır. Gələn şikayətçiləri isə birtəhər başından edir ki, sabah Bakıdan ona hansısa söz deyilməsin.
Hər şey icra başçısına məxsusdur
Göyçayda yeni iş yeri açmaq və ya kiçik bizneslə məşğul olmaq isə məşəqqətli məsələdir. Təbii ki, rayonda yeni iş yerinin açılması xəbərinə icra başçısı Mənsur Məmmədov çox sevinir. Amma bu sevinc onunla bağlı deyil ki, biznes adamı yeni iş yeri açdıqdan sonra göyçaylılara xidmət edəcək və ya işsizliyin qismən də olsa, aradan qaldırılmasına şərait yaranacaq. Həmin sevinc onunla bağlıdır ki, görülən işlərdən icra başçısına da haqq çatacaq.
Bu barədə MMİ-yə müraciət edən yerli sahibkarlardan bir neçəsi bildirib ki, hələ bir müddət əvvəl Göyçayda xidmət, iaşə və istehsalat sahələri yaratmaq üçün çalışıblar. İlk mərhələdə onlara toxunulmasa da, sonradan İcra Hakimiyyətindən xəbər gəlib ki, bura qədər bəsdir. «Bizə dedilər ki, Göyçayda işləmək istəyirsinizsə, Mənsur Məmmədoun haqqını çatdırmalısız. Əvvəlcə təəccüblə qarşıladıq bunu. İnanmadıq. Lakin sonradan vergi müfəttişlərinin gəlib, min bir bəhanə ilə bizi cərimələməsini gördükdən sonra hər şeyin həqiqət olduğunu anladıq».
Sahibkarlar deyirlər ki, hal hazırda rayonda hər şey icra başçısına məxsusdur. Yəni, daşı-daş üzərinə qoyduqda belə onun xəbəri olmalıdır. Əks təqdirdə, ya vergi müfəttişləri, ya polis, ya da başqa dövlət qurumlarının nümayəndələri gəlib, həmin daşı vətəndaşın başına vurur. O səbəbdən də bir çoxları rayonda iş görməkdən çəkinərək, qonşu ölkələrə üz tuturlar.
İş adamları deyirlər ki, Göyçayda iş o yerə çatıb ki, hətta marketlərdən də haqq yığmaq barədə düşünüblər. Lakin sonradan bunun ağır fəsadlar verə biləcəyini hesabladıqdan sonra prosesi dayandırıblar. Amma əgər market əlverişli və ya əhalinin gur olan yerində fəaliyyət göstərirsə, qısa müddət ərzində onun sahibini ya şantaj edib, ya da qorxudub əlindən obyektini alacaqlar.
Lətifəyə çevrilmiş Mənsur Məmmədov
Bildirək ki, Göyçay rayonunun icra başçısının bu qədər əmin şəkildə hərəkət etməsinin səbəbi təkdir. O da Mənsur Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğlu olmasıdır. Nazirə arxalandığı üçün kimsənin ona bir söz deməyəcəyinə əmin olduğundan rahatlıqla hərəkət edən əmioğlu isə rayonda artıq lətifəyə çevrilib.
Hələ bir müddət əvvəl ölkə mətbuatında belə bir xəbər yayılmışdı ki, Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mənsur Məmmədov təxminən bir ay əvvəl icra başçısı Rusiyanın məşhur istirahət zonası sayılan Kislovodska gedib. Orada isə tək olmayıb. Məlumatlarda vurğulanır ki, icra başçısı ilə birlikdə orada xanım deputatlarından biri də olub. O da bildirilir ki, bu istirahət cəmi 5 gün çəkib və xanım deputat Azərbaycana dönüb.
Bundan bir neçə gün sonra isə icra başçısı Kislovodskdakı restoranların birində yeyib-içəndən sonra restorandakı xanımların biri ilə tanış olmaq istəyib. Həmin xanımla birlikdə restoranda əylənən şəxslər M.Məmmədovun bu hərəkətindən qəzəbləniblər və onların arasında mübahisə başlayıb. Sonradan əlbəyaxa davaya çevrilən insident zamanı M.Məmmədov möhkəm döyülüb və ciddi xəsarətlər alıb.
Məlumata görə, küt alətlərlə yetirilən xəsarətlər nəticəsində icra başçısı huşunu itirib və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti o qədər ağır olub ki, hətta həkimlər M.Məmmədovun həyata qaytarılacağına ümid etmədiklərini bildiriblər. Amma bir neçə gündən sonra M.Məmmədovun səhhətində müsbətə doğru dönüş olub.
Bu hadisə rayonda lətifəyə çevrilib. İndi göyçaylılar restoranda bir qədər yeyib-içdikdən və ya çay içdikdən sonra başqa stola baxarkən gülürlər. Və zarafatla bir-birinə deyirlər ki, «Çox baxma, yoxsa səni də Mənsurun gününə salarlar».
Prezidentin portretinin zibil yığnağının içində nə işi var?
Rayonda olan zaman belə bir xəbər də eşitdik ki, Göyçayda icra başçısının özünə inşa etdirdiyi dükanın qarşısında yerləşən böyük tablodakı prezident İlham Əliyevin şəkili bir müddət əvvəl yerə düşüb. Məlumatın təfsilatı isə belədir:
Bir müddət öncə icra başçısı rayonun mərkəzindəki ərazidə ağacları kəsdirərək orada dükan tikdirməyə başlayıb. Tikinti işlərinə Göyçay Rayon İcra Hakimiyyəti (RİH) hüquq şöbəsinin müdiri Ruslan Əlizadə rəhbərlik edib.
Dükanın bir hissəsi tikiləndən sonra məlum olub ki, Heydər və İlham Əliyevlərin böyük portretləri olan lövhə obyektin damına birləşəcək. Ona görə də şəkillər görünməyəcək. İcra başçısı hər iki portreti oradan götürmək istəyəndə isə bədbəxt hadisə baş verir. Belə ki, ustalar şəkilləri sökdükdən sonra dəmir lövhəni qaynaq aparatı ilə kəsiblər. Lövhənin iri bir parçası həmin vaxt oradan keçən və yaxınlıqda tikilməkdə olan muzeydə iş icraçısı işləyən Səfixan adlı şəxsin başına düşüb. İş icraçısı başından aldığı ağır xəsarətlər nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Amma RİH işçiləri yaralının ailəsinə onu Bakıda müalicə etdirməyə imkan vermir. Səbəb də o göstərilir ki, onu guya ağır vəziyyətdə yola çıxartmaq olmaz. Əlində isə icra başçısı bu işin böyüməyindən qorxur. Məsələ böyüsə, Əliyevlərin şəkillərinin oradan çıxarılmasının üstü açıla bilər.
Göyçayda olduğumuz zaman görüşdüyümüz Göyçay Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbəsinin müdiri Eldəniz Məmmədov da təsdiqləyib ki, İlham Əliyevin nəhəng portreti yerə düşüb və bu səbəbdən də onu yenidən yerinə qoymaq üçün çalışırlar. E.Məmmədov belə bir hadisənin baş verməsinin səbəbi kimi isə küləyi «günahkar» çıxarıb. Onun sözlərinə görə, külək portreti yerə salıb.
Hərçənd Heydər və İlham Əliyevlərin nəhəng portretinin yerə düşdükdən sonra harada saxlandığına da şahid olduq. Təsadüf nəticəsində, Göyçay İcra Hakimiyyətinin binasının içində olarkən, divarın bir küncünə yığılmış zibil yığınağının içinə atılmış həmin portretlə qarşılaşdıq. Əzilmiş vəziyyətdə olan həmin portretin belə bir yerdə saxlanılması isə bizə təəccüblü gəldi. Görünür, Mənsur Məmmədovun prezidenti İlham Əliyev deyil, elə Ziya Məmmədovdur.
Xatırladaq ki, bir müddət əvvəl yanğın baş verməsi səbəbindən Göyçay İcra Hakimiyyətinin binası təmirə dayandırılıb.
Göyçayda inqilabın ayaq səsləri
Göyçayda əhalinin narazılıq etdiyi əsas problemlərdən biri işıq və təbii qazla bağlıdır. Çünki qışın oğlan çağında bu iki nəsnədən əziyyət çəkən rayon sakinləri əvvəlcə düzələcəyini ümid etsələr də, sonradan vəziyyətin dəyişməyəcəyinə əmin olublar.
Bildirək ki, Göyçay Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Şamil Şahbazovdur. Sakinlər deyirlər ki, bu şəkildə davam edərsə, Göyçayda da Quba variantı olacaq. Çünki başqa şəkildə işıq və qazla bağlı problemlərini həll edə bilmirlər. İcra başçısına da edilən şikayətlərin qulaqardına vurulması isə onların canlarını boğaza yığıb.
Qeyd edək ki, əslən Kürdəmirdən olan Şamil Şahbazov Göyçay REŞ-in rəisi olmaqla yanaşı, həm də rəis əvəzidir. Əvvəlki rəis Cavanşir Məhərrəmovdan fərqli olmayaraq, əhalini və sahibkarları texniki sərt adı altında incidən Ş.Şahbazov yaxşı bəhanə də tapıb. Belə ki, o, texniki şərtin olmamasını bəhanə edərək 10 il işləyən obyektlərə verilən elektrik enerjisini kəsir. Yalnız rüşvət aldından sonra yenidən enerjini bərpa edir.
Söhbət etdiyimiz insanlar bildirirdilər ki, Ş.Şahbazov üçün dövlət başçısının verdiyi fərmanların heç bir dəyəri yoxdur. Bunun əyani misalı kimi, sakinlərin istifadə etdiyi işığa görə pul poçta ödənməli olduğu halda pulu nağd almasını göstərirlər. Üstəlik, qanunda vətəndaşlara verilən elektrik enerjisinin bildirişsiz kəsilməsi qadağan edilsə də, Şahbazov buna məhəl qoymur. Hətta iş o yerə çatıb ki, işıq idarəsinin rəisi iki övladını şəhid vermiş Elnur Rəhimlinin icarəyə götürdüyü çayxananın da az miqdarda işıq borcu olduğu üçün elektrik enerjisini xəbərdarlıq etmədən kəsib. Halbuki şəhid ailəsinin maddi durumu yaxşı olmayıb və ehtiyacı üzündən gözünü o obyektə dikib.
Azərbaycan Beynəlxalq Universitetini (ABU) bitirən rəisin işıq idarəsinə rəsi təyin edilməsinin sirrini isə icra başçısı bilir. O da məlumdur ki, sözügedən şəxs oxuduğu məktəbin diplomunu belə almayıb. Vaxtıyla çay fabrikində işləyən Şahbazovun belə bir posta gətirilməsinin səbəbi isə şübhəsiz «şirinlik» olub.
Amma Şahbazovun qazanc yeri çəkcə elektrik xətlərinin kəsilməsi deyil. O həmçinin işçilərini işdən çıxaracağı ilə hədələyib, onlardan pul almağa da qazanc yeri kimi baxır.
Bir başqa qazanc yeri isə alqı-satqıdan əldə olunan gəlirdir. Belə ki, Ş.Şahbazov ev alqı-satqısı zamanı “təmizlik” sənədinin verilməsi üçün 50-100 manat tələb edir. Sakkinlərin dediyinə görə, Göyçay REŞ-də ev və obyekt tikintisi üçün verilən qərara möhür vurulması və qol çəkilməsi üçün sakinlərdən 100 manatdan 500 manata qədər pul istənilir. Bütün bunlar əvvəllər də var idi. Lakin Şamil Şahbazov qiymətləri bir neçə dəfə qaldırıb ki, icra başçısı olmaz üçün lazım olan məbləği yığa bilsin.
Üstəlik, o, bacarmadığı bir sahəyə rəhbərlik etdiyi üçün işin mahiyyətini bilmir və nəticədə, bədbəxt hadisələrə də yol açan qərarlar verir. Məsələn, hələ bir müddət əvvəl Şamil Şahbazov idarənin işçisi, Şəkili kənd sakini Şahin Sadıqova sahibkarın enerjisini yağışlı havada kəsməyi əmr edib. Nəticədə, onu tok vuraraq, öldürüb.
Onu da bildirək ki, rayon sakinləri bu şəkildə davam edərsə, Qubada olduğu kimi, Göyçayda da üsyan çıxacağını indidən bəyan edirlər. Onlar deyirlər ki, problemlər içində boğulan göyçaylıların başqa yolları qalmayıb.
5 min manata müəllim
Göyçay rayonunda təhsilin də durumu dəhşətlidir. Çünki burada da rüşvət və korrupsiya at oynadır. Asif Nəbiyevin başçılıq etdiyi şöbənin işləri sayəsində rayonda hər şey pulla-alınıb satılır. Məsələn, bu gün Göyçay məktəblərində müəllim işləmək istəyən şəxsin saxta diplomlu olmasının önəmi yoxdur. Önəmli olan bu istəkdə olan şəxsin 4-5 min manatının varlığıdır.
Şöbənin müdiri dərs saatı almaq istəyən müəllimlər üçün də «preskuryant» müəyyənləşdirib, amma onları direktorlara həvalə edib. Məsələn, bunun üçün müəllimlər direktora rüşvət verir. Eyni zamanda, Asif Nəbiyev məktəblərdə gündəlik və test satdırır. Hal hazırda rayonda gündəlik 1, testlər isə 2-4 manatdır. Ötən ildən isə attestatın qiyməti 400-500 manata qalxıb.
Saxta diplomlu müəllimlər isə ayrı bir mövzudur. Elə bu səbəbdəndir ki, Göyçaydakı orta məktəblərdə əsas fənlər üzrə dərsləri ali təhsilli müəllimlər yox, texnikum və kollec bitirənlər keçir. Ən maraqlı məqam isə odur ki, bu rayonda müəllimlər işə əsasən texniki işçi adı ilə götürülür.
Bizimlə söhbət edən təhsil işçiləri bildirir ki, sinif nümayəndəsinin seçilməsi üçün 100 manat rüşvət tələb edilir. Şagirdlərdən isə hər ay təmirə, qəzet-jurnala abunə yazılmaq üçün pul yığılır. Bundan başqa, aond pulu artıq məcburi hala çevrilib. Qırmızı Xaç və ”Qızıl Aypara" cəmiyyətləri, Bakıdan Göyçaya gələn artist və müğənnilər üçün də şagirdlərdən pul yığılır. Pul verməyən şagirdləri müəllim lövhənin qarşısına çıxararaq “uşaqlar, bunun pul verməyə imkanı yoxdur, hərəniz 20 qəpik artıq gətirin” deyir. Bu yolla şagirdləri utandırmaqla yanaşı, etiraz etməsinin də qarşısını alırlar. Bunlar Asif Nəbiyevin göstərişi ilə edilir.
Göyçayda təhsilin vəziyyəti o qədər «yüksək»dir ki, şagirdlər repetitor yanına getməli olurlar. Müəllim yanına gedən şagirdlər hər ay direktora 50-100 manat, bir gün dərsə gəlməyən müəllim isə 10 manat verir. Müəllimlərdən hər ay məcburi vergi tutulmalarından başqa onların xəbəri və razılığı olmadan digər tutulmalar da olur. Bu əməliyyatlarda 3 mindən yuxarı müəllimin hər birindən ayda azı 5-6 manat tutulur. Məktəb direktoru olmaq istəyənlər isə 30 min manat rüşvət verməlidir. Məsələn, 3 saylı məktəbin direktoru təyin olunan İlqar müəllim bunun üçün 30 min manat verib. Bu məktəb bahalı sayılır, yeni təmir olunub və orada vəzifəli şəxslərin, imkanlı ailələrin övladları təhsil alır.
Bayraq Meydanını tikən həkimlər
Göyçayda xəstələrə göstərilən xidmətin səviyyəsi isə sıfır həddindədir. Çünki bazar prinsipləri ilə fəaliyyət göstərən rayonun Mərkəzi Xəstəxanası əsasən pulu olanlar üçün işə yarayır. Məələn, burada adi rentgen müayinəsinin 10-15 manat xərci var. Bundan əlavə USM müayinəsi üçün 15-20 manat, bir iynənin vurulması üçün 2-5 manat arasında, reseptin yazılması üçün 4-5 manat pul tələb olunur.
Göyçaylılar deyir ki, xəstəxananın baş həkimi Famil Zeynalovun hər şeydən xəbəri var. Amma özünü elə göstərir ki, sanki baş verənlərdən xəbərsizdir. Əslində isə bu yığım kampaniyasının başında onun şəxsən özü dayanır.
Ən acınacaqlı vəziyyətlərdən biri də xəstəxananın Doğum Şöbəsində yaşanır. Vəziyyət belədir ki, Doğum Şöbəsinə gətirilən qadınlara, dərhal əməliyyat olunmasını məsləhət görürlər. Kiminin pulu var razılaşır, kimin yoxdu Mingəçevir rayon Mərkəzi Xəstəxanasına üz tutmaq məcburiyyətində qalırlar.
Rayondakı Uşaq Xəstəxanası isə tamamilə bərbad vəziyyətdədir. Sakinlər deyirlər ki, otaqlarda üstünə nimdaş ədyal örtülmüş çarpayılardan başqa heç bir şey yoxdur. Şüşələri sınmış qapı, pəncərələr, suvağı tökülmüş divarlar, döşəmələri dəlmə-deşik olan palatalar isə «göz oxşayır».
Xəstəxananın baş həkim Şaban Osmanovun «hünər» və «bacarığı» sayəsində isə yalnız öz otağı təmir olunub. Qalanlarını da həkimlərə tapşırıblar ki, şəxsi vəsaitləri hesabına təmir işlərini həyata keçirsinlər. Hətta o da deyilir ki, Göyçay Uşaq Xəstəxanasının təmiri üçün Səhiyyə Nazirliyi bu yaxınlarda 30 min manat vəsait ayırıb. Amma həmin pulun hara getdiyini bilən yoxdur.
Göyçay rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri isə başlarına gələnlərdən narazıdırlar. Onlardan biri ilə söhbət zamanı məlum olub ki, dolanışıqları acınacaqlı vəziyyətdədir. Bir tərəfdən maaşlarının azlığı, digər tərəfdən də bahaçılıq daha ağır günlərə düşməsinə gətirib çıxarıb. Di gəl, buna baxmayaraq, Göyçay Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mahir Abdurəhmanovun göstərişi ilə onlardan mərkəzin təmirinə pul yığırlar.
Lakin həkimlərdən təkcə işlədikləri xəstəxananın təmiri üçün pul yığmırlar. Həmçinin Göyçayda inşa olunan Bayraq Meydanının tikintisinə görə də, onlardan pul tələb edirlər. Və bu tapşırıq da, birbaşa icra başçısı Mənsur Məmmədovdan gəlib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05 |
|
|
|
• “MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02 |
|
|
|
• "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34 |
|
|
|
• “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30 |
|
|
|
• Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40 |
|
|
|
• BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38 |
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Dünən, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Dünən, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Dünən, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Dünən, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Dünən, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Dünən, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Dünən, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Dünən, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Dünən, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Dünən, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Dünən, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Dünən, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Dünən, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Dünən, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Dünən, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Dünən, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Dünən, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Dünən, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Dünən, 15:00 |
|
|
|
|