GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                 

Kürdlər bayram, Qərb razılıq edir, AKP isə... - Türkiyədə seçkisonrası
Tarix: 8-06-2015, 09:50 | Çap et
Kürdlər bayram, Qərb razılıq edir, AKP isə...
53 milyon 765 min seçicinin iştirak etdiyi seçkilər Türkiyə vaxtı ilə səhər saat 8-də başlayıb.

Səsvermə məntəqələri yerli vaxtla dünən axşam saat 17:00-də bağlanıb.
Səsvermə bitəndən sonra səslərin sayılmasına start verilib və bu proses hazırda davam etməkdədir.
Seçkilərdə 20 siyasi partiya, 165 müstəqil namizəd iştirak edirdi.
Bu seçkilərdə 1 milyon 103 min 258 gənc ilk dəfə olaraq seçici hüququndan istifadə ediblər.
Milli.Az BBC-yə istinadən bildirir ki, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi proqnozlaşdırılırdı.
Bu dəfəki seçkilərin nəticəsi hakim partiyanın Konstitusiyaya dəyişikliklər etmək iqtidarında olub-olmayacağını müəyyən etməli idi.
Prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasına böyük üstünlüklə qələbə lazımdı kı, Türkiyənin prezident respublikasına çevrilməsini Konstitusiya yolu ilə həyata keçirə bilsin.

Əsl şok...

Türkiyənin iqtidar partiyası parlament seçkilərində mütləq əksəriyyəti itirib. Bu, prezidentə daha geniş səlahiyyətlər verəcək prezident demokratiyasının yaradılması üçün konstutisiyaya dəyişikliklər edilməsini istəyən Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan üçün böyük məğlubiyyət hesab edilir.

"Amerikanın səsi" bildirir ki, səslərin 80-dən çox faizinin hesablandığı bir vaxt cənab Ərdoğanın islama əsaslanan Ədalət və İnkişaf partiyası səslərin 41 faizini alıb. Bu, partiyanın 2011-ci il seçkiləri zamanı aldığı səslərin 50-dən az hissəsi təşkil edir.

Kürd tərəfdarı Demokrat Partiyası ik dəfə olaraq parlamentə daxil olmaq üçün lazım olan 10 faiz səs alaraq, parlamentdə 74 yer qazanıb. Digər yerləri başqa partiyalar qazanıb.

Seçkilərin nəticələri 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra cənab Ərdoğanı ilk dəfər olaraq koalisiya hökuməti formalaşdırmağa vadar edə bilər.

Təhlilçilərin fikrincə, belə görünür, yeni parlamentdə 85 yer alan MHP Ərdoğanın partiyası ilə koalisiya yaradacaq. Lakin partiyanın bir rəsmisi deyib ki, bunu indidən söyləmək hələ tezdir.

Ərdoğanın partiyası uddu, özü uduzdu

"Kürd partiyası" kimi tanınan müxalif Xalq Demokratik Partiyası - HDP Türkiyəni prezident dövlətinə çevirmək planlarını alt-üst etdi.

Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bazar günü keçirilən seçkidə hakimiyyətdə olduğu müddətdə ilk dəfə həlledici çoxluğu qazana bilməyib.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, özünün prezident səlahiyyətlərini son dərəcə artırmaq istəyən Ərdoğan-a Konstitusiyanın dəyişdirilməsi, bunu etmək üçünsə partiyasının mandatların üçdə ikisini qazanması lazım idi.
Bu planların pozulmasına başlıca səbəb isə kökləri ilə ölkənin kürd əhalisinə bağlı HDP-nin 10 faizlik həddi aşa bilməsi olub. Beləliklə HDP parlament partiyasına çevrilib və indi 13 il şəriksiz hökumət edən AKP digər partiyalarla koalisiya hökumətinin yaradılması üçün ağrılı və uzun danışıqlara girməli olacaq.
Dünyanın və əsas etibarilə Qərbi Avropanın bütün diqqəti bu seçkilərdə idi.
Koalisiya nəticəsində yaranacaq yeni hökumət ölkədəki stabilliyi qoruyub saxlaya bilməsə, qarşıda erkən və ya Qərb mətbuatının yazdığı kimi qəfil seçkilər keçirilə bilər.

Hazırkı seçkinin nəticələrinə görə, AKP 40 faizdən bir qədər çox səs toplaya bilib, halbuki partiya 2011-ci ilin seçkilərində az qala 50 faiz səs toplamışdı.
Tərəfdarlara təskinlik verən baş nazir Əhməd Davutoğlu deyib ki, AKP-nin bu seçkidən də qalib çıxdığını hamı gördü və "qoy heç kəs məğlubiyyətindən qələbə düzəltməsin".
Bir sıra tənqidçilər isə bildirirlər ki, "Ərdoğan-Davutoğlu tandemi" Türkiyədə "Putin-Medvedev modeli" kimi işləyə bilməyib.
Bununla belə, AKP-nin bu seçkidəki nəticələri artıq öz təsirini göstərməyə başlayıb. Milli valyuta lirə-dollar nisbətdə özünün ən aşağı həddinə çatıb.

Kürdlər bayram edirlər

Əhməd Davutoğlunun "heç kəs qələbə düzəltməsin" məsləhətinə rəğmən Diyarbəkir şəhərində kürdlər küçələrdə məhz "qələbə bayramı" ediblər.
Türkiyədə icraçı prezident vəzifəsi və diktatorluq barədə müzakirələrə son qoyuldu.
İlkin nəticələrə görə, səslərin 13 faizinə sahib olan HDP-nin lideri Selahattin Demirtaş artıq bu başdan AKP ilə heç bir koalisiya danışıqlarına daxil olmayacağını elan edib: "Türkiyədə icraçı prezident vəzifəsi və diktatorluq barədə müzakirələrə son qoyuldu".
Ərdoğan və Davutoğlu seçkidən əvvəl xəbərdarlıq etmişdilər ki, bu səsvermə "yeni Türkiyə" ilə keçmişin koalisiyalı hökumətləri arasında seçim olacaq.

Təhlilçilər bildirirlər ki, bu seçkidə HDP-nin taktikası düzgün olub. O, mövqeyini sırf "kürd gündəliyi"ndən kənara çıxara bilərək, solçu, dünyəvi, bir sözlə anti-Ərdoğan elektoratı cəlb edib.

Şərhçilər, həmçinin maraq edirlər ki, bundan sonra Türkiyə dövləti ilə separatçı PKK-nın danışıqları hansı axarda davam edəcək.

Bu seçkidə Cümhuriyyət Xalq Partiyası - CHP yenə də parlamentin ikinci böyük partiyası olub.

Partiyanın İstanbul üzrə lideri Murat Karayalçın deyib ki, nəticə icraçı prezidentlik institutuna "aşkar yox" deyib.

Koalisiya indidən qəliz görünür

AKP-nin mümkün koalisiya müttəfiqlərindən sayılan Milliyyətçi Hərəkat Partiyası səslərin 16 faizini əldə etməklə üçüncü böyük partiya sayılır.

Birinci variant AKP və HDP koalisiyasıdır, ikinci variant AKP, CHP və HDP-dir. Əgər bunlar alınmasa, onda erkən seçki keçirilməlidir
Lakin partiyanın lideri Dövlət Baxçalı də AKP ilə hər hansı ittifaqı istisna edib və deyib ki, belə vəziyyətdə çarə erkən seçkinin çağırılmasıdır.

"Birinci variant AKP və HDP koalisiyasıdır, ikinci variant AKP, CHP və HDP-dir. Əgər bunlar alınmasa, onda erkən seçki keçirilməlidir" - deyib MHP lideri.

Öz növbəsində AKP də MHP ilə hər hansı koalisiyanı mümkün saymır. Partiya liderləri bildirirlər ki, əgər belə bir ittifaqa girsələr, gələn seçkilərdə bundan da zəif nəticə göstərə bilərlər.

Orxan Hun
Milli.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru