Donald Tramp ABŞ-ın 47-ci və Klivlenddən sonra yenidən hakimiyyətə qayıdan ikinci prezident kimi and içdi. Və mesajlarını verdi. Trampın dövründə mümkün gözləntilər nələrdir? - Amerikada kontinentalizmin ön plana çıxması; - Avropada ultra-sağın güclənməsi, Ukrayna müharibəsi fonunda bölünmələr və siyasi böhranlar; - NATO daxilində mümkün mübahisələrin yaşanması; - Yaxın Şərqdə proseslərin İran ətrafında fokuslanması; - Uzaq Şərqdə və müxtəlif coğrafiyalarda Çinlə qarşıdurmanın güclənməsi, Rusiya ilə məsafəli təmaslar və qeyri-rəsmi müstəvidə olsa belə əməkdaşlıqlar; - Dünyada liberalizmin daha da zəifləməsi; - Və kosmik yarışın güclənməsi; Trampla birlikdə ABŞ-da olduğu kimi, dünyada da yeni dövr başlanır.