Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                 

Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Tarix: 20-12-2024, 07:10 | Çap et
Müharibədə “hərbi zadəganlıq” illüziyası
General-leytenant İqor Kirillov Moskvada qətlə yetiriləndən və bu terror aktına görə məsuliyyəti Ukrayna xüsusi xidmət orqanları öz üzərinə götürdükdən sonra bir çox şərhçilər bu cür təxribat aktlarının guya müharibə adətlərinə zidd olması barədə danışmağa başlayıblar. Deyirlər ki, vəhşiliyi və asiyalılığı ilə Avropa şəhərlərinin küçələrində sifarişli qətllər təşkil etmək Putinə yaraşır, Ukraynaya isə yaraşmır.

Onların sözlərinə görə, Ukrayna özünü Avropanın bir hissəsi elan edir və bununla da Avropa adətlərinə riayət etmək öhdəliyini üzərinə götürür. Digər şərhçilər isə birinci ilə mübahisə edərək deyirlər ki, düşmən ordusunun komandiri hətta cəbhə xəttindən uzaqda, evinin girişində öldürülürsə, bu, mübahdır. Çünki qanuni hədəfdir.

Bu müzakirələr müharibənin yazılmamış qanunlarının mövcud olmasından irəli gəlir. Guya nəcib bir mübarizə yolu var. Deyirlər ki, orta əsrlərdə nəcib cəngavərlər düşməni məğlub etsə də, ona hərbi cəhətdən tərifləyirdilər, hətta düşməni öz süfrələrində əyləşdirir və əziz qonaq kimi qəbul edirdilər. Bu, cəfəngiyatdır!

Orta əsrlər haqqında dəqiq məlumatım yoxdur. Ola bilsin ki, onlar kimisə süfrəyə əyləşdirib, hansısa düşmənə hərbi təriflər yağdırıblar. Amma məncə, bütün bunlar salnaməçilərin uydurmasıdır və ya “Knyaz İqor” operasının süjetidir...

Hesab edirəm ki, məğlub olan tərəfə məxsus şəhərlərdə işgəncə törədilir, insanlara əzablar verilir, onlar alçaldılırlar, öldürülürlər. Mən üç müharibədə olmuşam və heç vaxt müharibənin nəcib qanunlarını görməmişəm. Yalnız qan, hiylə və qəddarlıq görmüşəm. Müharibəyə başlayan və ya davam etdirən hər kəs bilməlidir ki, istər-istəməz terror aktları, təxribat, dinc əhalinin məhvi və dinc şəhərlərin dağıdılması, hətta bəzən heç bir ağlabatan bəhanə olmadan, heç bir “qanuni məqsəd” və ya “hərbi infrastruktur obyektləri” olmayan yerlər bombalanır.

Təcrübəmdə müharibələrdə nəciblik, ədalətlilik cəmi bir gün çəkir. İkinci gün əsgərlər öz yoldaşlarını itirib qan daddıqda, ordunun özünü müdafiə etməsindən və ya hücum etməsindən asılı olmayaraq, istənilən savaş ətçəkən maşına çevrilir. Dəxli yoxdur, hücuma məruz qalır, yoxsa hücum edilir. Çünki döyüşün nəcibliyi yoxdur. Mən görmədim. Yalnız rəzil və qəddarlıq var.

Həm də qəribədir ki, indiki müharibədə müharibənin bir çox yaramaz adətləri tətbiq edilmir. Məsələn, qaz kəməri partladılıb, elektrik stansiyaları bombalanır, amma nədənsə qatarlar relsdən çıxarılmır. Düşünürəm ki, onlar belə bir praktikanın mövcud olduğunu sadəcə unudublar. Yoxsa relsdən çıxan qatarların nəyə görə mənasız olmasının texniki izahı var? Texniki, sırf texniki, mənəvi deyil. Yoxdur!

Adətən hərbi zadəganlıq nümunəsi kimi göstərilən Napoleon Bonapart haqqında məlumdur ki, onun Rusiya imperiyasını işğal etdikdən sonra ilk işi ələ keçirdiyi ərazilərdə saxta pul dövriyyəsi etmək olub. Niyə Rusiya indi saxta qrivnaları çap etmir? Yaxud da, Ukrayna saxta rubl çap etmir? Məncə, izah həm də sırf texniki xarakter daşıyır. Onlar yəqin ki, belə bir təcrübənin mövcud olduğunu unudublar və ya nağd pul 19-cu əsrin əvvəllərində olduğu kimi, sadəcə olaraq, artıq əhəmiyyət kəsb etmir.

İşgəncələr, əsirlərin edam edilməsi, dinc əhalinin qətli, terror aktları, təxribat - bunlar istənilən müharibənin əsas atributlarıdır və müharibənin ikinci günündən hər iki tərəf bundan istifadəedir. Həmişə belə olub. Mən bunu üç dəfə öz gözlərimlə görmüşəm və indiki müharibənin əvvəlkilərdən fərqli olduğuna heç vaxt inanmayacam.

Və tamamilə əminəm ki, hərbi cinayətlərin məhkəmələri istənilən müharibənin sonunda təsadüfən həyata keçirilir. Sadəcə olaraq, məğlub olan ordunun generalları arasından təsadüfi bir neçə nəfər seçir və onları pisləyirlər. Çünki onlar həm məğlub, həm də qalib ordunun bütün digər generalları və əsgərləri kimi, həqiqətən də cinayətkardırlar. Çünki müharibədə cinayətkar olmamaq mümkün deyil. “Hərbi zadəganlıq” deyə bir şey yoxdur. Yalnız qan, hiylə və qəddarlıq var.

Müəllif: Valeri Panyuşkin – Rusiyalı jurnalist, yazıçı
Mənbə: “The Moscow Times”
Tərcümə AYNA-ya məxsusdur









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru