"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" .....                     Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                 

İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Tarix: 19-12-2024, 14:02 | Çap et
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI...
Dekabrın 8-də Suriyada silahlı müxalif qruplar hökumət mövqelərinə sürətli hücum təşkil edərək Dəməşqə nəzarəti ələ keçiriblər. Bundan sonra Prezident Bəşər Əsəd rejimi devrilib və, ölkə başçısı Rusiyaya qaçıb. Hazırda Suriyada müvəqqəti hökumət idarəçiliyi mövcuddur və xarici güclərin, xüsusən də Türkiyənin aktiv iştirakı ilə Suriyada normal dövlətin qurulması prosesi başlayıb. Hazırkı qarışıqlıqdan istifadə edən İsrail isə Suriyada əməliyyatlara başlayıb və maraqlarını təmin etmək istiqamətində hərbi aktivliyini artırıb.

Belə ki, İsrail Hərbi Hava Qüvvələri Əsəd rejimi devrildikdən sonra Suriyada 250-dən çox hərbi obyektə hücum edib. İsrail ordusunun “Qalei İDF” radiosunun yaydığı məlumatda qeyd olunur ki, “bu, İsrail Hərbi Hava Qüvvələri tarixindəki ən böyük hücum əməliyyatlarından biridir”. Ölkənin müdafiə strukturlarındakı mənbə radiostansiyaya bildirib ki, zərbələrin hədəfi Suriya Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı, onlarla zenit-raket kompleksi, silah istehsalı və anbar obyektləri, həmçinin yer-yer tipli raket anbarları olub.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Suriyada üç böyük aviabaza hücuma məruz qalıb: ölkənin şimalında Qamışlıda, Homsdakı bazalar və Dəməşqin Mezze hava limanı. Zərbələr nəticəsində onlarla döyüş təyyarəsi və helikopter məhv edilib. İsrail qüvvələri Dəməşqin şimalındakı Bərzə bölgəsinə də hücum edib. Oraya 15 raket atılıb. Nəticədə elmi-tədqiqat institutlarının bir neçə binası dağıdılıb. Bundan əlavə, “Al Mayadeen”in məlumatına görə, Cemraya (Dəməşqin şimalında yerləşir) və Masyafda (Həma əyalətinin qərbində) elmi mərkəzlər bombardmana məruz qalıb. Zərbələrdən biri Suriya paytaxtının cənub-şərqindəki Aqraba bölgəsində Elektron Müharibəyə Nəzarət Mərkəzinə endirilib.

Bundan əvvəl İsrail Suriya ordusunun Aralıq dənizi sahilində yerləşən Latakiyadakı mövqelərinə, həmçinin Dəra vilayətinin İzra şəhəri yaxınlığındakı silah anbarına hücum edib.

Xatırladaq ki, İsrail quru qüvvələri demilitarizasiya zonasını keçərək 1973-cü ildə Yom Kippur müharibəsindən və 1974-cü il atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Suriya ərazisinə daxil olub. İsrail hərbçiləri əraziyə nəzarət etmək üçün Hermon dağında, eləcə də bir sıra başqa yerlərdə strateji mövqelər tutublar. Bu, Əsəd rejimini devirmiş silahlı müxalifətin Qolan təpələri yaxınlığındakı hərbi obyektlərə nəzarəti ələ keçirməsinin və daha sonra onlardan İsrailə qarşı istifadəsinin qarşısını almaq üçün edilib.

“Axios” yazır ki, İsrail bufer zonada nəzarət yaratmaq planları barədə Birləşmiş Ştatları xəbərdar edib və bunun sərhəddə təhlükəsizlik vəziyyəti sabitləşənə qədər bir neçə gündən bir neçə həftəyə qədər davam edəcək müvəqqəti tədbir olduğuna əmin edib. Qəzetin iki mənbəsinin bildirdiyinə görə, Təl-Əviv son günlər Suriya hökumət əleyhinə qüvvələrinə İsrail ordusunun sərhədə yaxınlaşacağı təqdirdə hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq göndərib.

Yerli və beynəlxalq ekspertlərin qənaətincə, İsrailin bu əməliyyatları “müvəqqəti” adlandırılsa da, heç də müvəqqəti olmaya bilər. İsrailin “təhlükəziliyin təmini” adlandırdığı əməliyyatların davamlı ola biləcəyini istisna etməyən analitiklər vurğulayırlar ki, İsrailin niyyəti Suriyadan ərazi qoparmaq ola bilər. Bu isə bölgənin əsas gücü olan Türkiyənin maraqlarına uyğun deyil və vəziyyət belə davam edərsə, Türkiyə ilə İsrailin Suriyada üz-üzə gəlməsi ehtimalı artır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, İsrail əvvəllər də, Əsəd rejiminin dövründə də əməliyyatlar həyata keçirib:

- İsrail çalışırdı ki, Suriyadakı “Hizbullah” cəbhəxanalarını məhv etsin. İsrail özü üçün əsas təhlükə gördüyü “Hizbullah”ı Suriyada maksimum neytrallaşdırmaq məqsədi güdürdü. Eyni zamanda, İsrail “Hizbullah”ın Suriya ərazisindən Livana daşınma xətlərini kəsmək məqsədi ilə əməliyyatlar keçirirdi. Məlumdur ki, “Hizbullah” demək olar ki, məhv edilib. Qruplaşma Suriyadan da çıxıb gedib. Əsədin devrilməsindən sonra İsrail yeni əməliyyatlar həyata keçirməyi fürsət bildi. Təl-Əviv Suriyada hakimiyyətə gələcək qüvvələrə etibar etmir. Çünki Əsədi devirən əsas qrup olan “Heyət Təhrir əş-Şam” (HTŞ) qrupu radikal islamçı ekstremist təşkilat kimi tanıyırlar, onu “əl-Qaida” terror təşkilatı ilə bağlayanlar da var. Görünən odur ki, İsrail bu qruplaşmanın əlinə Suriya ordusundan qalma cəbhəxananın, silah-sursatın keçməsinə imkan verməmək istəyir. Eyni zamanda, Suriyada kimyəvi silahların olması ilə bağlı faktlar vardı ki, İsrail bu silahların yeni qurulacaq hökumətin əlinə keçməsi qorxur. Ona görə də, əməliyyatlarla bu təhlükələri aradan qaldırdığını düşünür.

- Sizcə, belə bir təhlükə varmı və İsrail bunu aradan qaldıra bilirmi?

- Hər halda İsrail düşünür ki, təhlükə var. Amma məncə, İsrailin belə davranışı düzgün deyil. Bu gün Suriyadakı qarmaqarışıqlıqdan, dövlətin olmamasından istifadə edilir. İndi İsrail belə addımlar atır, amma əvvəl-axır Suriyada normal dövlət qurulacaq. Bu zaman düşmənçilik daha da böyüyəcək. İsrailin məqsədi düşmənliyi daha da dərinləşdirmək yox, sülhü, əmin-amanlığı bərpa etmək olmalıdır. Nəzərə almaq lazımdır ki, İsrailin İordaniya və Misirdən fərqli olaraq, Suriya ilə sülh sazişi yoxdur. İndi bu cür davranmaq düşmənçiliyi daha da dərinləşdirə bilər ki, bu, gələcəkdə İsrailin özü üçün daha təhlükəli vəziyyətə gətirib çıxaracaq. Əksinə, Təl-Əviv Suriyada dövlətin normal vəziyyətə qayıtmasında, ərazi bütövlüyünün təminində maraqlı olmalıdır və buna töhfə verməlidir. Hər bir dövlət istəyər ki, sərhədindəki dövlətdə sabitlik olsun.

- İsrailin bu addımlarına Türkiyə qarşıdır. Ankara istəyir ki, Suriya yenidən qurulsun, sabitlik olsun. İsrailin isə Suriyanı bombalamaqla vəziyyəti daha da gərginləşdirməsi Türkiyəni İsraillə Suriyada üz-üzə qoyur...

- Söhbət Türkiyə ilə İsrailin Suriyada hərbi cəhətdən üz-üzə gəlməsindən getmir, maraq toqquşmasından gedir. İki ölkənin maraqları Suriyada toqquşur. Türkiyə çalışır ki, Suriyada dövlət bərpa olunsun. Biz deyirik ki, Türkiyə Suriyanın parçalanmasını istəmir. Suriya onsuz da parça-parçadır. Əsəd rejimi dövründə vahid Suriya əslində yox idi. Əsəd rejimi devriləndən sonra isə ümumiyyətlə, boşluq yaranıb ki, oradakı silahlı qruplar təhlükə mənbəyidir. Suriyanın indiki vəziyyətdə qalması, xaosun davam etməsi təkcə Türkiyə yox, İsrail üçün də, bütün qonşu dövlətlər üçün də təhlükə mənbəyidir. İsrail Suriyada Türkiyənin dövləti bərpa etmək istəklərinə qarşı çıxırsa, gələcəkdə öz başı ağrıyacaq. Suriyadakı xaotik vəziyyət İsrail üçün müsbət nəsə vəd etmir. Düşünmürəm ki, İsrail Suriya ərazisini bombalamaqla təhlükəsizliyini təmin edir. İsrail təhlükəsizlik axtarırsa, Türkiyə ilə dialoq aparmalıdır, Ankara ilə birgə Suriyada dövlətçiliyin bərpasına yardım etməlidir.

Yenə deyirəm, Türkiyənin məqsədi Suriyadakı terror qruplarını zərərsizləşdirmək, qonşuluğunda olan dövlətdə sabitliyin bərqərar olmasıdır. Bu istiqamətdə Türkiyə lazımi addımlarını atacaq və nəticə əldə edəcəyinə şübhə yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" - REAKSİYA
Bu gün, 08:39
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru