“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Tarix: 27-11-2024, 11:36 | Çap et
 İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi təhlükəsizlik məsələlərini, münaqişə zonalarındakı vəziyyəti və Yaxın Şərqlə artan gərginliyi müzakirə ediblər. Aydındır ki, toplantıda əsas mövzu Rusiya-Ukrayna müharibəsi olub. Bu səbəbdən toplantıya Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da dəvət olunub. Ukraynalı baş diplomat ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə minnətdarlığını bildirib və onları Rusiyanın işğalı qarşısında həmrəy olmağa çağırıb. Sibiqa həmkarlarının diqqətini Rusiyanın müharibəni genişləndirmək üçün atdığı son addımlara, Şimali Koreya qoşunlarının bölgədə yerləşdirilməsinə, Ukraynanın nüvə enerji obyektlərinə zərbələrin endirilməsinə və orta mənzilli ballistik raketlərin tətbiqinə yönəldib. Sibiqa Ukraynaya dəstəyin xeyriyyəçilik olmadığını, Avroatlantik birliyə və dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayə olduğunu söyləyib. Ukraynanın xarici işlər naziri Rusiya-Şimali Koreya ittifaqı üzərində xüsusi dayanıb. Nazirin sözlərinə görə, Rusiya-Şimali Koreya ittifaqının yalnız Avropa üçün deyil, Avropanın Asiyadakı tərəfdaşlarına da təhlükə yaratdığını vurğulayıb. Çünki Şimali Koreya Rusiyaya verdiyi hərbi dəstək qarşılığında Kreml Şimali Koreyanın Cənubi Koreya, Yaponiya və ABŞ-la qarşıdurmasına əməli dəstək verəcək. Bu isə Hind-Sakit okean bölgəsində vəziyyəti gərginləşdirəcək. Andriy Sibiqa Avropa və Hind-Sakit okean bölgəsinin təhlükəsizliyinin bir-birinə sıx bağlı olduğunu bildirib. Ukrayna xarici işlər nazirinin xüsusi olaraq bu mövzuya diqqət yetirməsinin məqsədi aydındır. Şimali Koreyanın Rusiyaya on minlərlə hərbçi göndərməsi Ukraynada müharibənin miqyasını artıracaq və problemi qloballaşdıracaq. “Böyük yeddilik” Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsini tənqid etsə də, üzv ölkələr Ukraynaya hərbçi göndərmək fikrində deyillər. ABŞ və Avropa dövlətlərinin Çindən gözləntiləri var ki, Pekin Şimali Koreya ilə yaxınlığından istifadə edərək bu dövləti Rusiyaya hərbçi göndərmək fikrindən daşındıracaq. Ancaq Pekinin bu məsələyə qarışmaq fikri yoxdur. Əksinə, Çin Rusiya-Ukrayna müharibəsinin qlobal miqyas almasından istifadə edərək bölgədəki öz hədəflərinə çatmaq istəyir. Bu hədəflərdən ən başlıcası Tayvanı Çinə birləşdirməkdir. Çinin hərbi təyyarələri və hərbi gəmiləri Tayvan ətrafında patrul xidmətini davam etdirirlər. Tayvan rəhbərliyi iddia edir ki, Çin kəşfiyyat məqsədilə ada üzərinə hava şarları buraxıb. Pekin Tayvanın hava şarları ilə bağlı iddialarını rədd edərək, onların meteoroloji məqsədlər üçün istifadə olunduğunu açıqlayıb. Bu fakt ötən il də qeydə alınmışdı. Amerika Birləşmiş Ştatlarının hava sahəsi üzərində Çinə məxsus kəşfiyyat şarları vurulmuşdu. Beləliklə, “Böyük yeddilik” həm Avropa və Asiya qitəsinin təhlükəsizlik problemlərini düşünməli, həm də Yaxın Şərqdə qarşıdurmanın dayandırılmasına çalışmalıdır. Vaşinqtonun vasitəçiliyi ilə İsraillə Livan hökuməti arasında nisbi atəşkəs barədə razılıq əldə olunsa da, bu qarşıdurmanın sonu deyil.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26 |
|
|
|
• Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16 |
|
|
|
• Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07 |
|
|
|
• “Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06 |
|
|
|
• Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02 |
|
|
|
• "City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57 |
|
|
|
• Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52 |
|
|
|
• "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49 |
|
|
|
• "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47 |
|
|
|
• “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
• Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41 |
|
|
|
• “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36 |
|
|
|
• “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
|