Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                 

Ukraynaya kömək etmək niyə Qərb üçün sərfəlidir? - GƏLİŞMƏ
Tarix: 15-10-2024, 00:16 | Çap et
Ukraynaya kömək etmək niyə Qərb üçün sərfəlidir?
Oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfər edib. “Le Monde”un məlumatına görə, siyasətçi Berlində kansler Olaf Şolz və Prezident Frank-Valter Ştaynmayerlə görüşüb.

Nəşr yazır: “Ukrayna liderinin yenidən ABŞ-dan sonra ən böyük hərbi yardım tədarükçüsü olan Almaniyaya daha çox silah, xüsusən də uzaqmənzilli raketlər təqdim etmək istəyi ilə müraciət edəcəyi gözlənilir”.

Bununla bağlı qeyd edim ki, Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla Ukraynada sülh mövzusunu müzakirə etməkdən imtina edib. “Reuters” agentliyi xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib: “Ukrayna ədalətli sülhə hazırdır. Putin isə, hətta Almaniya kansleri ilə telefonla danışmağa da hazır deyil”.

Berbok Putinin sülh yolu ilə həll yollarını axtarmaqdan imtina etdiyini vurğulayıb: “O, sülhü qəbul etməkdən imtina edir və bu günlərdə o, Almaniya kansleri ilə telefonla danışmağa belə, hazır deyil”.

Xüsusilə, Berbok diqqətə çatdırıb ki, Ukrayna yalnız öz ərazisi hücuma məruz qaldıqda cavab vermək məcburiyyətindədir: “Gələcək hücumların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Ukraynanın özünümüdafiə hüququ o demək deyil ki, raket özünü müdafiə etməyə icazə verilməzdən əvvəl əvvəlcə sərhədi keçməlidir və ya Xarkov kimi şəhərə girməlidir. Hətta ən yaxşı hava hücumundan müdafiə sistemi də heç də həmişə bunun qarşısını ala bilməz”.

Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, o, Ukraynanın Rusiya ərazisinə nə dərəcədə dərindən zərbə vura biləcəyini açıq şəkildə müzakirə etmək istəmir.

Hər halda, rəsmi Berlinin Rusiya-Ukrayna müharibəsinə münasibətinin köklü şəkildə dəyişdiyini görürük. Almaniyada, deyəsən, artıq öz təhlükəsizlikləri naminə dəstəyi gücləndirməyin vacibliyini anlayıblar. Bəli, bu, doğrudur.

Bir nümunə: Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Almaniya səmasında “naməlum” pilotsuz təyyarələr tez-tez uçmağa başladı. Xüsusilə ukraynalı əsgərlərin təlim keçdiyi poliqonların yaxınlığında. Bununla belə, Berlinin bu dronlarla mübarizə aparmaq planları olmadığı görünür.

“Hartpunkt” nəşrinin yazdığına görə, alman deputatlar bu yaxınlarda ölkənin Müdafiə Nazirliyinə problemi hansısa yolla həll etməyi düşündükləri ilə bağlı sorğu göndəriblər. Ancaq cavab məyusedici olub. Almaniya Müdafiə Nazirliyi hesab edir ki, pilotsuz təyyarələr hərbi hədəflər üzərində uçsa belə, onları polis vurmalıdır. Müdafiə Nazirliyi onu da bildirir ki, bu gün Bundesverlə polis arasında onların belə vəziyyətlərdə necə hərəkət etmələri və koordinasiya etmələri ilə bağlı konkret razılaşmalar yoxdur.

“Hartpunkt”un qeyd etdiyi kimi, bu, faktiki olaraq o deməkdir ki, alman hərbçilər hərbi baza üzərində pilotsuz uçan aparat peyda olanda polisə müraciət etməlidirlər. Axı, bir qayda olaraq, kiminsə mülki dronunu təsadüfən orada uçurduğunu düşünməlidirlər.

Eyni zamanda, alman polisinin, təbii ki, pilotsuz təyyarəni məcburi yerə endirmək üçün avadanlıqları (elektron müharibə) yoxdur. Buna görə də pilotsuz uçan aparatın casus missiyası yerinə yetirdiyinə, hətta hərbi obyektə partlayıcı qurğu atmağa hazırlaşdığına əminlik olsa belə, alman polisi və hərbçilərinin edə biləcəyi maksimum şey pilotsuz təyyarəni xidməti tapançalarla və ya pulemyotlarla vurmağa cəhd etməkdir. Ukraynadakı müharibə təcrübəsi göstərdi ki, bu üsul son dərəcə səmərəsizdir.

Beləliklə, nəşr belə qənaətə gəlir ki, Almaniya təhlükəsizlik qüvvələri, xüsusən də Bundesver düşmənin pilotsuz təyyarələri ilə mübarizə üçün nə hazır prosedurlara, nə də texniki vasitələrə malikdir. Və görünən odur ki, hazırda kimsə bu problemi həll etməyə çalışmır.

Ancaq bu da hamısı deyil. Bu yaxınlarda Kiel Dünya İqtisadiyyatı İnstitutu (IfW) “Avropa və Almaniyanın Rusiyaya qarşı yavaş silahlanması” adlı tədqiqat hesabatını dərc etdi. Xüsusilə Almaniya ordusunun uzun illərdən sonra mümkün müharibəyə hazır ola biləcəyi bildirilən hesabatda koalisiya hökumətinin müdafiə xərclərinin Rusiyadan gələn hazırkı təhlükəni nəzərə alaraq, tamamilə yetərli olmadığına işarə edilirdi. Bu templə Almaniyanın iyirmi il əvvəlki hərbi ehtiyatlara çatması 100 il çəkəcək.

Bildirilir ki, hazırkı tədarük tempi ilə Almaniya Ordusu 2004-ci ildəki döyüş təyyarəsi ehtiyatına təxminən 15 ilə, döyüş tankı ehtiyatına 40 ilə yaxın, artilleriya haubitsa ehtiyatına təxminən 100 ilə çata bilər. Hesabatda qeyd edilir ki, Rusiya müharibə başlayandan sonra mühüm silah sistemlərinin istehsal gücünü əhəmiyyətli dərəcədə artıra bilib, xüsusən də ruslar uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin istehsalını iki dəfə, tank istehsalını isə üç dəfə artırıb.

Hesabatda Rusiyanın müasir döyüş sistemlərində əhəmiyyətli irəliləyişlər əldə etdiyi və pilotsuz uçuş aparatlarının imkanlarını 6 dəfədən çox artırdığı vurğulanıb, həmçinin Rusiyanın yüksək səsdən sürətli raketləri ilə NATO üçün yüksək təhlükəsizlik riski yaratdığı bildirilib. Onlar effektli dağıdıcı gücdür və özünüzü onlardan qorumaq demək olar ki, mümkün deyil.

Bu hesabat hər şeyi çılpaqlığı ilə ortaya qoydu. Bunu əsas götürərək, bir daha başa düşürsünüz ki, Almaniya və bütün NATO ölkələri üçün sonradan hərbi sahədə geri qalmalarının nəticələrindən dəhşətə gəlməmək üçün Ukraynanı indi lazım olan hər şeylə dəstəkləmək daha sərfəlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru