Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı .....                     "Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." .....                     Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır .....                     65 yaşlı direktora "stop" qoyuldu .....                     FHN-nin "kapitan Əliyev"i həbs edildi .....                     BQXK-nin də SONU ÇATDI .....                     Valeh Kərimov teatrı tərk etdi: .....                     “Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” .....                     AYNA-nın bəlaya saldığı Sumqayıt... .....                     Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                     Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? .....                     İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? .....                     Azərbaycanlı müğənni narkotikə görə həbs edildi .....                     Azərbaycanlı müğənni qəzaya düşdü .....                     Paşinyan deputatlara xəbərdarlıq edib: .....                     İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi .....                     Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi .....                     Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək .....                     “Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat .....                     Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir .....                 

Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Tarix: 14-10-2024, 11:19 | Çap et
Müharibə Ağ Evdə kimi prezident edəcək?
ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrail - Livan sərhədində, həmçinin Qəzza zolağında gərginliyin azaldılması və atəşkəsin təminini vacib hesab edir.

O, bu barədə jurnalistlərə açıqlamada deyib.

"Biz həm Livanda, həm də Qəzza zolağında baş verənlərlə bağlı atəşkəsə nail olmalıyıq. Bu istiqamətdə gecə-gündüz çalışırıq. Bu müharibələr bitməlidir və gərginliyin azaldılmasına nail olmalıyıq", - deyə o, əlavə edib.

Harrisin bu sözləri İsrailin İranın 1 oktyabr raket hücumlarına cavab hazırlaması fonunda diqqəti çəkir.

“Axios”-un xəbər verdiyi kimi, ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrana qarşı planlaşdırdığı cavab zərbəsinin miqyasını müəyyənləşdirməyə çalışıblar.

Yaxın Şərqdə vəziyyət 7 oktyabr 2023-cü ildə Qəzza zolağından Fələstin HƏMAS hərəkatının döyüşçülərinin İsrail ərazisinə soxulmasından sonra kəskin şəkildə pisləşib. Bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab kimi təqdim ediblər. İsrail isə Qəzzanın tam blokadasını elan edib və həmçinin Livan və Suriyanın bəzi bölgələrinə cavab zərbələri endirib. Bundan sonra isə Fələstin anklavında quru əməliyyatı həyata keçirilib.

Regionda gərginliyin yeni dalğası İsrailin 23 sentyabrdan etibarən Livana kütləvi zərbələr endirdiyi "Şimal oxları" adlı hərbi əməliyyata başlamasından sonra baş verib. Bu hava hücumlarının hədəfi "Hizbullah"ın liderləri idi. Daha sonra Livan ərazisindən İsrailin şimal bölgələrinə raket hücumlarının intensivliyi artıb, o cümlədən Təl-Əvivə hücumların sayı çoxalıb.

1 oktyabrda isə İran İsrail dövlətinə qarşı kütləvi raket hücumu həyata keçirib. Vəziyyət gərgin olaraq qalır və İsrailin İrana hücumu gözlənilir.

İsrailli politoloq Yuri Boçarov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, amerikalı siyasətçilərin bugünkü çıxışları 99% hallarda yalnız öz seçicilərinə yönəlir. Onun sözlərinə görə, Kamala Harrisin siyasi komandası Co Baydenin “sülhsevər” xəttini davam etdirərək münaqişənin bütün tərəflərini danışıqlar masasına əyləşməyə çağırır:

"Bununla da onlar aydın şəkildə ikiüzlülük edirlər, çünki bu cür təkliflərlə yalnız rəsmi şəxslərə - İsrail, Livan, hətta İran rəhbərliyinə müraciət olunur. Lakin əsas hərbi münaqişə təşkilatçıları olan HƏMAS, “Hizbullah”, “Müsəlman Qardaşlar”, Suriyadakı İranpərəst milislərin liderlərini və digər müxtəlif terror təşkilatlarının rəhbərlərini diqqətdən kənarda qoyurlar.

Bu təşkilatlar İranın tam maliyyə və hərbi dəstəyi ilə İsrailə qarşı müstəqil müharibə aparırlar. Bununla belə, bir variant da var. İsrail ABŞ-dən Livanda hərbi əməliyyatların dayandırılmasını Qəzza sektorundakı bütün girovların geri qaytarılması ilə əlaqələndirməsini tələb edib.

Amma HƏMAS-ın lideri Sinvarın hazırda Livanın və “Hizbullah”ın problemlərini həll etmək istəyəcəyi ehtimalı azdır. Çünki o, həyatını xilas etmək üçün girovlardan istifadəni düşünür. Sinvar İsrailə qarşı döyüş bölgəsini bütün region üzrə genişləndirməkdə maraqlıdır.

Bu da Qəzza sektorundakı terrorçulara təzyiqlərin zəifləməsinə və ona hakimiyyəti saxlamağa imkan verəcək. O, döyüşlər bitdikdən sonra onun həyatına zəmanət verilməsi xahişi ilə Qətər hakimiyyətinə müraciət edib. Cavab isə belə olub ki, əvvəlcə girovlarla bağlı məsələ, sonra isə digər məsələlər həll oluna bilər”.

“Donald Trampın prezidentliyi dövründə ABŞ-nin xarici siyasəti necə olacaq? Yaxın Şərqdə və Ukraynada müharibələr Trampın prezident seçilməsinə səbəb ola bilərmi?” suallarına cavab verən ekspert qeyd edib ki, istənilən namizədin seçki zamanı dediyi sözlər yalnız qalib gəlmək məqsədi daşıyır:

“Seçkilərdən sonra reallıq qalibin ritorikasını və planlarını tamamilə dəyişə bilər. Tramp ABŞ-də İsrail lobbisinə və hökumətinə verdiyi bütün vədlərində çox ardıcıl olub. Nəticədə, çox ciddi və siyasi cəhətdən problemli olan öhdəliklərinin əksəriyyətini yerinə yetirib. O, ABŞ səfirliyini Qüdsə köçürdü, Qüdsü İsrailin paytaxtı kimi tanıdı və ABŞ-nin İsrailin 1967-ci ildə Suriyanın işğal etdiyi Colan yüksəklikləri üzərində suverenliyini tanıdığını bəyan etdi.

ABŞ, əslində, İsrailin ilhaqını tanıyan yeganə ölkədir. Təbii ki, Trampın mövqeyi və Yaxın Şərq üzrə verdiyi bir çox bəyanatlar İsrail hökumətində çox müsbət qarşılanır. Bununla belə, ABŞ-nin daxili seçkilərində beynəlxalq məsələlər əksər amerikalı seçicilər üçün əsas prioritet deyil. Onları daha çox yerli iqtisadiyyat və hökumətin sosial gündəliyi maraqlandırır.

Lakin Bayden administrasiyasıın Yaxın Şərqdəki “məğlubiyyəti” və onun dünyadakı ciddi münaqişələri, o cümlədən Ukrayna cəbhəsindəki qarşıdurmanı həll edə bilməməsi Trampa öz rəqibləri ilə mübarizədə müəyyən üstünlüklər verir. Belə ki, Baydenin Yaxın Şərqdəki istənilən uğursuzluğu indi Trampın gələcək uğuru kimi təqdim olunur.

Ona görə də İsraildə hakimiyyətdə Benyamin Netanyahu və onun ultrasağ hökuməti olduğu müddətdə Livanda və Qəzza sektorunda hərbi əməliyyatların mümkün qədər uzun davam etməsi üçün əllərindən gələni edəcəklər. Bu halda İsrail, əsasən, terrorçu strukturları bölgədən təmizləməklə öz problemini həll edir. O, ABŞ-nin təzyiqinə baxmayaraq, dolayı yolla Trampa rəqibi ilə mübarizədə kömək edir, demokratlar isə beynəlxalq məsələləri həll edə bilməməkdə ittiham olunur.

Bunun Trampa qələbə qazandıracağını söyləmək çətindir, amma hələlik hər kəs öz cari problemləri ilə məşğuldur. Adətən strateji tərəfdaşlıqlar buradan yaranır. Öz problemlərini həll etmək üçün başqa bir dövlətə kömək etməlisən, onun problemlərini həll etmək sonda sənə kömək etməlidir. Bu, adi merkantil hesablamadır. İndi isə buna beynəlxalq çoxvektorlu siyasət deyilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı - SƏN DEMƏ...
Bu gün, 17:10
"Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." - ŞƏRH
Bu gün, 17:01
Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır - Britaniya kəşfiyyatı
Bu gün, 16:58
65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Bu gün, 16:45
FHN-nin "kapitan Əliyev"i həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Bu gün, 16:41
Valeh Kərimov teatrı tərk etdi: - “Borcum deyildi, bunları etməli deyildim”
Bu gün, 16:36
“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” - deputat
Bu gün, 16:34
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Bu gün, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Bu gün, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Bu gün, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Bu gün, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Bu gün, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Bu gün, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Bu gün, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Bu gün, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Bu gün, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Bu gün, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Bu gün, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Bu gün, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Bu gün, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Bu gün, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Bu gün, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32
“Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08
Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06
Xəzər Universitetinə rektor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:03
Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər - KİV
Bu gün, 12:01
Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... - YOL ADI ALTINDA TALANAN MİLYONLAR...
Bu gün, 12:00
Azərbaycanda su tapılmayacaq? - AKTUAL
Bu gün, 11:55
Naxçıvanın blokadasına Brüsseldən diqqət - niyə indi?
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru