DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                     Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? .....                     Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                 

Yaxın Şərqdə nə baş verir?! - İNCƏLƏMƏ
Tarix: 5-01-2024, 07:43 | Çap et
Yaxın Şərqdə nə baş verir?!
Kirmanda törədilən və 80-dən çox insanın həyatına son qoyan terror aktının ardınca İraqdakı İrana bağlı "Harakat əl-Nucəba" silahlı birləşməsinin komandiri Müştaq Cavad Kazım əl-Cəvarinin qətlə yetirilməsi təkcə son aylar Yaxın Şərqdə baş verənlərlə bağlı deyil, həm də həmin hadisələr zəncirinin tərkib hissəsi sayıla bilər.

Kirmanda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə İŞİD, İraqdakı qətlə görə isə Pentaqon götürdü. ABŞ ordusunun açıqlamasında bildirilir ki, əl-Cəvari İraqdakı və Suriyadakı ABŞ mövqelərinə qarşı həyata keçirilmiş 100-ə qədər hücuma görə məsuliyyət daşıyırdı və buna görə də məhv edilib.

Amma bütün bunların keçən il oktyabrın 7-də Həmasın İsrailə qarşı həyata keçirdiyi əməliyyatdan başlayan hadisələrlə sıx əlaqəli və onların davamı olduğunu desək yəqin ki, yanılmarıq. Təsadüfi deyil ki, Həmas-İsrail savaşının ardınca prosesə ilk aktiv qoşulan Yəməndəki İranla sıx əlaqəli, adətən "husilər" kimi təqdim olunan şiə təmayüllü "Ənsər Allah" silahlı qüvvələri oldu.

Qırmızı dənizdə hərəkətə keçən husi silahlıları iki istiqamətdə fəaliyyətə başladılar: İsrailə raket və PUA hücumları; Qırmızı dəniz hövzəsində hərəkət edən gəmilərə basqın etməklə bölgəni daşımalar üçün təhlükəli məkana çevirmək. Bununla da Yaxın Şərq üzərindən əsas dəniz daşımalarını iflic vəziyyətə salmaq.

Sadalananlara paralel olaraq İraqda və Suriyadakı silahlı Iran tərəfdarları (proxy-ləri) ABŞ mövqelərinə hücumları gücləndirdilər. Nəhayət, İsrail-Livan sərhədlərində yəhudi dövlətinin ordusu ilə İranın bölgədəki əsas və ən güclü tərəfdaşı sayılan "Hezbollah" silahlı qüvvələri arasında artilleriya və raket zərbələri mübadiləsi müntəzəm xarakter almağa başladı.

Son belə hücumlardan biri Beyrutda Həmas liderlərindən olan, hərəkatın Siyasi Bürosunun sədr müavini Saleh əl-Ərurinin qətlə yetirilməsi ilə nəticələndi. Bir qədər əvvəl isə İsrail aviasiyasının Suriyaya hava zərbələri nəticəsində Sepah-ın briqada generalı Seyyid Reza Musəvi qətlə yetirilmişdir.

Gördüyümüz kimi, Yaxın Şərqdə proxy- müharibələr öz pik nöqtəsinə çatmaqdadır, amma bunlar hadisələrin görünən tərəfidir. Onların görünməyən və ya daha az diqqətçəkən tərəfi isə bölgə ətrafında cərəyan edən geosiyasi gəlişmələrdir.

Həmin gəlişmələrə start verən də Hindistanda keçirilən G-20 sammiti zamanı 8 dövlət və Avropa Birliyi tərəfindən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə (IMEEC) dair imzalanan memorandum idi.

Amma bu gün artıq yüksək ehtimalla demək olar ki, həmin memorandum ya "ölü doğulmuş uşaq" idi, ya da Yaxın Şərq ətrafında hadisələri sürətləndirməyə hesablanmış böyük təxribat.

Hər bir halda, onun ardınca HƏMAS-ın İsrailə hücumu ilə başlayan və bu gün az qala bütün Yaxın Şərq coğrafiyasını əhatə edən proxy-savaşın həmin memorandumun imzalanmasına reaksiya olduğu inkar edilə bilməz.

Əslində isə Yaxın Şərq uğrunda böyük savaş bizim bölgədən baıladı. 2020-ci ilin iyulunda Tovuzda Azərbaycan-Ermənistan sərhəddində təxribatdan başlayan və ardınca da 44 günlük müharibə ilə davam edən hadisələr həmin həlledici geosiyasi savaşın "ilk qaranquşu" idi.

Bunu elə 44 günlük müharibə ərəfəsində də demişdik. Hələ o zaman bildirmişdik ki, savaşa start verən Rusiyanın 3 hədəfi var: Azərbaycan ərazisinə sülhməramlı adı altında silhalı qüvvələr yeritmək, Gəncə dəhlizinə və digər kommunikasiyalara nəzarəti ələ keçirmək və Ermənistandakı Paşinyan hakimiyyətini dəyişmək.

Amma o zaman Türkiyənin savaşa aktiv müdaxiləsi və Azərbaycan Ordusunun uğurları həmin planı qismən pozdu. Sülh adına imzalanan bədnam 10 noyabr üçtərəfli bəyanatı əslində geosiyasi mübarizə tərəfləri üçün time-out idi. İlk növbədə də Rusiya üçün

Öncə bir suala cavab verək: Yaxın Şərqi geosiyasətin əsas hədəfinə çevirən nədir? Əslində bu, cavabı ən sadə olan sualdır: qlobal ticarət və daşımalar üçün nəzərdə tutulan əhəmiyyətli 3 layihənin üçü də son iki minillikdə olduğu kimi Yaxın Şərq üzərindən keçir:

1. Şərq-Qərb Dəhlizi; Şimal-Cənub Dəhlizi və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi. Deməli, Yaxın Şərq heç bir halda vazkeçiləcək bölgə deyil. Həmin səbəbdən də həlledici savaş Yaxın Şərq uğrunda olacaq və o, artıq başlayıb. Düzdür, hələlik ancaq proxy-savaş şəklində

Bu savaşda da nə qədər təəccüblü də olsa ən güclü tərəf qlobal güclər olan ABŞ, Rusiya və ya Çin deyil. Yuxarıda sadalananlardan da göründüyü kimi, həmin dövlət İrandır. Bu da ən azı 20-30 il ərzində yürüdülən siyasətin nəticəsidir.

İranın xarici siyasətinin və milli təhlükəsizlik doktrinasının da əsas prinsiplərindən biri "bufer zonalar" vasitəsilə təhlükəni öz ərazisindən uzaqlaşdırmaq, savaşları proxylər vasitəsilə öz sərhədlərindən kənarda başqa dövlətlərin ərazisində daşımaqdır.

Görünür elə həmin siyasəti pozmaq və İran rejimini daxildən sarsıtmaq nəqsədilə həmin savaşın İranın daxilinə qaytarılmasına cəhdlər edilir. Hər halda son hadisələrin görünən ümumi mənzərəsi bunu deməyə əsas verir.

Bu kontekstdə Kirman terrorunun ardınca Tehran tərəfindən atılan iki diqqətdən addım maraqlı olmaya bilməz: İranın ali dini rəhbərinin ABŞ-la birbaşa toqquşmadan çəkinmək çağırışı və SEPAH qüvvələrinin ölkənin mərkəzi hakimiyyətinin nəzarətinin zəifliyi və separatçılıq tendensiyaları baxımında ən həssas bölgəsi olan Sistan və Bəlucistan bölgəsinə yeridilməsi.

Görünür Tehranda artıq anlayırlar ki, başladılmış proxu-savaşın uğuru gözlənildiyi qədər effektiv olmayacaq. Bu da o deməkdir ki, birbaşa İran-İsrail və İran-ABŞ toqquşması qaçılmaz ola bilər. Belə toqquşmanın başlanğıcının ən real olduğu bölgə (ölkə) isə Suriyadır.

Suriya Yaxın Şərq uğrunda gedən savaşda qarşı-qarşıya dayanan Çin xaric bütün tərəflərin hərbi güclə təmsil olunduğu yeganə ölkədir. Bu da böyük savaşın səbəbi (və ya bəhanəsi) ola biləcək birbaşa toqquşma meydanı ola bilmək deməkdir.

(davamı var)

Ərəstun Oruclu, siyasi və təhlükəsizlik məsələləri üzrə ekspert
diaaz.space

Qeyd: Yazıdakı təşkilat və şəxs adları ingilisdilli mənbələrdən götürüldüyü üçün dilimizə çevirmədə yanlışlıqla verilmiş ola bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru