İrəvanda “artsax nümayəndəliyi”: .....                     “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi .....                     Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər .....                     “Azərenerji”nin 24 milyon manatlıq tenderini .....                     MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib .....                     23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                     Paşinyanın növbəti hiyləsi: .....                     "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər" .....                     Vardanyanın Paşinyanı Bakıya gətirmək planı .....                     Zelenski Qərbə çağırış etdi: .....                     "Hələ də anlaya bilmirəm ki,..." .....                     Paşinyan II Qareginin yerinə namizəd tapıb .....                     Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara .....                     “Qarabağ”ın Lissabon FƏTHİ .....                     "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb .....                     Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı .....                     "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." .....                     "Qarabağ"ın hər hücumu təhlükəli idi" .....                     Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? .....                     Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                 

Yaxın Şərqdə ikinci cəbhə: müharibə daha geniş coğrafiyaya yayıla bilər - İNCƏLƏMƏ
Tarix: 23-12-2023, 10:56 | Çap et
Yaxın Şərqdə ikinci cəbhə: müharibə daha geniş coğrafiyaya yayıla bilər
Yaxın Şərqdə müharibənin daha da genişlənməsinin əlamətləri hiss olunur. İsrail “Hizbullah” təşkilatını şimal sərhədindən uzaqlaşdırmaq üçün Livanı işğal etməyi planlaşdırır və Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirməklə hədələyir.

“The Times” yazır ki, həftələrdir davam edən sərhədyanı atışmalardan sonra İsrail Müdafiə Ordusu (TSAXAL) Livanın cənubuna qurudan hücuma keçmək və “Hizbullah”ı Litani çayından şimala itələmək istəyir.

İsraildəki hərbi və hökumət rəsmiləri “Hizbullah”ın basqınının miqyasının HƏMAS-ın hücumundan daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edərək, oktyabrın 7-də Qəzzaya hücumun təkrarlanmasının qarşısını almaqda qərarlı olduqlarını bildiriblər.

Yüksək rütbəli İsrail zabiti “The Times”a bunları deyib: “Cənubda baş verənlər onların burada edə biləcəkləri ilə müqayisədə heç nədir. İsrailin hədəfi müharibəni digər tərəfin ərazisinə keçirməkdir”.

Aydındır ki, vəziyyət onsuz da ağırdır. Bəs başqa bir cəbhənin - Livan cəbhəsinin açılması ehtimalını necə qiymətləndirmək olar? Bunun baş verə biləcəyinə dair hər hansı əlamət varmı? Yoxsa “Hizbullah” və onun himayədarı İran ABŞ-ın belə bir gedişata mümkün müdaxiləsindən ehtiyat edəcəkmi?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

İsrailli publisist Aleksandr Nepomnyaşiy:

“Oktyabrın 7-də HƏMAS-ın İsrailin Qəzza zolağının yaxınlığındakı şəhər və qəsəbələrinə hücumu “Hizbullah”ın planının (qondarma Raduan planı) real icrası idi - hansı ki, məhz belə bir hücumu nəzərdə tuturdu, lakin yalnız Livandan və daha geniş miqyasda. Çünki bu iranpərəst terror qruplaşması HƏMAS-dan qat-qat güclüdür.

Müharibənin əvvəlində “Hizbullah”ın oxşar hücumundan qorxan İsrail Livanla sərhədə yaxın onlarla yaşayış məntəqəsindən 60 minə yaxın sakini təxliyə etmək məcburiyyətində qaldı. Həmin insanlar hələ də öz evlərinə qayıda bilmirlər, çünki “Hizbullah” terrorçuları həm hərbi, həm də mülki hədəfləri olan sərhəd yaşayış məntəqələrini atəşə tutur və bu, artıq onlarla mülki israillinin ölümünə səbəb olub.

İsrail belə bir təhdidlə barışmağa hazır deyil və Livandan BMT Təhlükəsizlik Şurasının bütün “Hizbullah” terrorçularının İsrailin şimal sərhədindən geri çəkilməsinə dair 1701 saylı qətnaməsinə əməl etməsini tələb edir. İsrail hökuməti “Hizbullah”ın özü qətnaməni yerinə yetirməsə, İsrailin onu buna məcbur edəcəyinə eyham vurub.

ABŞ “Hizbullah”a qarşı hərbi əməliyyatları dayandırması üçün İsrailə təzyiq edir, lakin İsrailin başqa variantı yoxdur. Çünki ölkə on minlərlə sakininin onlarla şəhər və qəsəbədən faktiki olaraq qovulması ilə barışa bilmir.

Eyni zamanda İsrail rəhbərliyi ordumuzun iki cəbhədə müharibəyə hazır olduğunu vurğulayır. Təbii ki, İsrail Qəzza zolağının əksər hissəsində HƏMAS-ın sıxışdırılmasından sonra hərbi əməliyyatlara başlamağa üstünlük verəcək.

Odur ki, ABŞ və Fransa “Hizbullah”ı İsrailin şimal sərhədindən geri çəkməyə və oradakı bazalarını sökməyə məcbur edə bilməsə, İsrailin şimal sərhədində təhlükəsizliyi təmin etmək üçün müstəqil şəkildə zəruri tədbirlər görməyə məcbur olması tamamilə mümkündür”.

Ukraynalı analitik, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:

“İsrailin Livanın cənubuna hücumu ehtimalı kifayət qədər yüksəkdir. Qüdsdə Qəzza zolağında quru əməliyyatı başlayandan sonra “Hizbullah”ın ikinci cəbhə açmasından böyük qorxu yaranıb. Oktyabr ayında bunun qarşısını almaq üçün ciddi cəhdlər edildi. Bunda ABŞ-ın münaqişəyə girmək istəyi mühüm rol oynadı. ABŞ-ın müdaxiləsi böyük müharibənin qarşısını aldı, lakin sərhədyanı hücumları dayandırmadı.

Livanın cənubundan gələn təhlükə yüzminlərlə israillini evlərini tərk etməyə məcbur edib. İsrailin şimalında iqtisadiyyat aylarla iflic vəziyyətində qalıb. Aydındır ki, belə qeyri-sabit vəziyyət uzun müddət davam edə bilməz və İsraildə Qəzzada əməliyyat gözlənildiyindən daha uğurla inkişaf etdiyi üçün Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması imkanlarını müzakirə etməyə başladılar.

Öz növbəsində İran və onun satellitləri HƏMAS ilə atəşkəs danışıqlarında İsrailin atəşə tutulmasından təzyiq vasitəsi kimi istifadə edir. İndi iranlılar üçün vacib olan sadəcə olaraq HƏMAS-ı istənilən formada qorumaqdır ki, gələcəkdə ondan istifadə etsinlər. Buna nail olmaq üçün iranlılar İsraili girovlar və humanitar məsələlərlə bağlı HƏMAS-la danışıqlara cəlb etmək istəyirlər.

Əməliyyatda hər belə fasilə HƏMAS və ya onun liderlərini qorumaq şanslarını artırır. Və atəşkəsdən bir az əvvəl “Hizbullah” atışmalarını gücləndirərək, İsrailin güzəştə getməyəcəyi təqdirdə eskalasiyaya hazır olduğunu açıq şəkildə bildirir.

Beləliklə, dinamik bir mühit yaranır ki, tərəflər hər bir növbəti addımını bir əməliyyat istiqaməti ilə bağlı deyil, regiondakı ümumi vəziyyət, düşmənin niyyətləri haqqında fikirlər və onun zəifliyinin qiymətləndirilməsi əsasında ölçüb-biçirlər. Belə bir vəziyyətdə Livanın cənubunda eskalasiya ehtimalı kifayət qədər yüksəkdir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Bu gün, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Bu gün, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Bu gün, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Bu gün, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
"Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru