Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib .....                     41 dərəcəyədək isti gözlənilir .....                     ABŞ ordusu Cənubi Qafqazda: .....                     Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi .....                     Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? .....                     Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar .....                     Məşhur “tender kralı” yarım milyon borca düşüb .....                     Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... .....                     Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu .....                     Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək .....                     Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar .....                     Ərdoğan Kiyevə səfər edəcək .....                     İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal .....                     İran “Müdafiə Şurası”nı niyə yaradıb? .....                     Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... .....                     Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir .....                     İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik .....                     "Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb .....                     Səhiyyə Nazirliyində yeni təyinat .....                     Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... .....                     Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? .....                     “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” .....                     Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, .....                     Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq .....                     Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                     Naxçıvan Ali Məclisinin nəşriyyatı .....                     Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi .....                     Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ .....                     "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" .....                     Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır .....                     İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti .....                     Vahid Məhkəmə Portalında növbəti çətinlik .....                     Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb .....                     Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı .....                     Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq .....                     Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj .....                 

Xurafat eyni, siyasət fərqli… - Tehranın “Taliban” dərdi
Tarix: 13-08-2023, 06:50 | Çap et
Xurafat eyni, siyasət fərqli…
Əfqanıstandakı “Taliban” hökuməti ilə İrandakı rejim mahiyyət və davranış baxımından bir-birindən o qədər də fərqlənmir.

İranda teokratik rejim 44 ildən çoxdur mövcuddur. Çoxsaylı etirazlara və sanksiyalara baxmayaraq, bu rejim hərbi-polis qüvvələrinin, Rusiya və Çinin dəstəyi sayəsində mövcudluğunu saxlayır. Heç şübhəsiz, bura Avropa İttifaqı ölkələrinin İrandakı hakimiyyətə loyal münasibətinin də əlavə etmək olar.

“Taliban”ı isə Əfqanıstana ikinci dəfədir gətirirlər. Qeyd edək ki, birinci dəfə 1996-cı ildən 2001-ci ilədək hakimiyyətdə olublar. 2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror hadisəsindən sonra onları hakimiyyətdən qovdular. İkinci dəf isə 2021-ci il avqustun 15-də hökuməti ələ keçirdilər.

Elə zənn edilirdi ki, bu dəfə onlar daha mütərəqqi olacaqlar. Ancaq qadağaları və davranışları ilə dəyişmədikləri məlum olub. Bunu onların tətbiq etdikləri qadağalar da təsdiqləyir. “Taliban”ın qadınlara qarşı 30 maddəlik qadağaları Tehran hakimiyyətinin tətbiq etdiyi yasaqların az qala eynisidir. Məsələn, kollektiv təhlükəsizlik və həyatı vacib məsələlər baxımından Əfqanıstan İnqilabının Qadınlar Birliyi qadınlar üçün yasaqlanan məsələlərin siyahısını tərtib edib. “Taliban” iddia edir ki, qadınların təhlükəsizliyi üçün mühit yaratmağa cəhd göstərirlər. Həmin qadağalardan bəzilərini diqqətinizə çatdırmaqla, Tehran rejimi ilə uyğunluqlarını göstərmək istərdik: Qadınların ayağından tutmuş saçınadək heç bir yeri görünməməlidir;

Qadınlarla kişilər nəqliyyatda bir yerdə gedə bilməz;

Kişi həkim qadınları müalicə edə bilməz;

Qaydalara uyğun geyinməyən qadınları təhqir etmək olar;

İctimai yerdə topuğu açıq olan qadınlar əhalinin gözü qarşısında şallaqlanmalıdır;

Ər və ya digər yaxın kişi qohumu olmasa, onunla danışa və ya əl sıxa bilməzlər;

Qadının səsini başqa kişi eşitməməlidir, ona görə də onlara nəinki danışmaq, hətta ictimai yerlərdə gülmək də qadağandır;

Dabanlı ayaqqabı geyinmək qadağandır, çünki kişi qadının addımlarını eşitməməlidir;

Radioda, televiziyada, internetdə, ictimai yığıncaqlarda danışmaq olmaz;

Qızlar və qadınlar idman salonlarına və ya fitnes mərkəzlərinə gedə bilməzlər; Velosiped və ya motosiklet sürmək olmaz;

Parlaq rəngli paltarlar cinsi cəlbedici olduğundan onları geyinmək qadağandır; Coğrafi və digər adlarda “qadın” sözü olmamalıdır. Məsələn, Kabildəki “Qadınlar bağı”nın adı dəyişdirilərək, “Bahar bağı” adlandırılıb.

Hər iki rejimin tətbiq etdiyi qaydalara görə, yeni doğulan uşaqlara ancaq müsəlman adları verilə bilər. Qəzetlərdə və kitablarda qadınların fotoşəkillərini dərc etmək, eləcə də evdə və iş yerində onların portretlərini asmaq qəti qadağandır. “Taliban” musiqinin dinlənilməsini də yasaqlayıb. Musiqi alətlərini müsadirə edərək, yandırırlar. Bundan başqa, “hökumət” nümayəndələri avtomobillərdən maqnitofonları və flaş-kartları da yığışdırırlar. Qadınların rəqs etməsi, mahnı oxuması yasaqlara daxildir.

Bunlar İranda da qadağan olunan məsələlərdir. Düzdür, bəziləri ilə bağlı rejim göz yumur, ancaq təzyiq göstərmək üçün pozulan qaydalardan bəhanə kimi istifadə edir.

Ötən il sentyabrın 17-də İranda başlayıb, bu günədək davam edən etiraz aksiyaları Tehranın “Taliban”dan fərqlənmədiyini bir daha təsdiqlədi.

Bu qədər yaxın olan rejimin bir-biri ilə əlaqəsi və əməkdaşlığı çox aşağı səviyyədədir. İran hakimiyyəti “Taliban”ı hökumətə gələndə sərt qarşılamadı, hətta yardım əlini uzada biləcəyini belə vəd elədi.

Bu qədər yaxın olmalarına baxmayaraq, Tehranla “Taliban” bir-birindən bir o qədər uzaqdır. Onların yaxınlaşması və ya bir yerdə olması isə çox çətin məsələdir.

Bu ilin mayından Əfqanıstan-İran münasibətləri gərginləşib. “Taliban”ın İrana su verməməsi səbəbindən tərəflər arasında gərginlik daha da ağırlaşıb.

İmam Xomeyni adına İmdad Cəmiyyətinin Əfqanıstan ərazisində fəaliyyətinin qadağan edilməsi və ofisinin bağlanması tərəflər arasında münasibətlərin normallaşması, yaxınlaşması ilə bağlı yaxşı heç nə vəd etmir.

Yayılan məlumatlara əsasən, Komitənin Kabil, Məzari-Şərif və Heratdakı ofisləri bağlanıb. “Taliban” Tehranın Xomeyni komitəsinə Almaniya, Böyük Britaniya və Türkiyə şirkətləri ilə eyni mövqedən yanaşıb. Halbuki hər ikisi islamı “təmsil etdiklərindən” komitəyə münasibət fərqli ola bilərdi. Yaxud, xeyriyyəçi sayılan bu qurum elə fəaliyyət göstərərdi ki, “tələbələr” onu saxlayıb, o birilərini ölkədən çıxarardı.

Bu istiqamətdə də “Taliban”la Tehranın ulduzu barışmır.

Ehtimal etmək olar ki, İran rejimini təmsil edən bu qurum Əfqanıstanın, daha doğrusu, “Taliban”ın fəaliyyətinə mane olur, daxili işlərinə müdaxilə edir. O da istisna deyil ki, “tələbələr” ayrı-seçkilik etmədiyini digər xarici missiyalara göstərmək üçün təşkilatı ölkədən çıxarıb. O biriləri ilə İranın komitəsini müqayisə etmək istəmirik. Ancaq İmdad cəmiyyətinin Azərbaycandakı fəaliyyətindən xəbərdar olanlar onun məşğuliyyət sahəsini unutmayıblar.

Qeyd edək ki, İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub. Azərbaycanın Ədliyyə Nazirliyi 2011-ci ildə bu qurumun qeydiyyatını ləğv edib. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstərib.

Ancaq sirr deyil ki, Xomeyni komitəsi Azərbaycanda mandatına uyğun fəaliyyətlə məşğul olmayıb. İranın Azərbaycandakı səfirliyi yanında mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onun başçısı da daxil olmaqla, İranın 4 diplomatının ölkədən qovulması Tehran rejiminin müsəlman ölkəsindəki fəaliyyətinin, yaxud mandata uyğun olmayan əməllərinin göstəricisi sayıla bilər. Bu baxımdan, ehtimal etmək olar ki, hətta “Taliban” belə Xomeyni komitəsinin fəaliyyətində Əfqanıstanın təhlükəsizliyinə zidd amillər aşkarlayıb Bu səbəbdən də onun ölkə ərazisində fəaliyyətini qadağan edib. Yeri gəlmişkən, Komitə Əfqanıstanda 18 il fəaliyyət göstərib. Yəni “Taliban” hökuməti birinci dəfə ələ keçirəndə də bu cəmiyyət ölkədə olmayıb.
Sədrəddin Soltan - Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22
41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12
Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08
Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar - “Nezavisimaya qazeta”
Bu gün, 12:05
Məşhur “tender kralı” yarım milyon borca düşüb - TƏFƏRRÜAT
Bu gün, 12:01
Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... - GƏLİŞMƏ
Bu gün, 11:57
Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:53
Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək – Vaşinqtonda sülh mesajı
Bu gün, 11:51
Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar - FOTO
Bu gün, 11:44
Ərdoğan Kiyevə səfər edəcək
Bu gün, 11:41
İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal - Məhkəmə qərar verdi
Bu gün, 11:36
İran “Müdafiə Şurası”nı niyə yaradıb? – ŞƏRH
Bu gün, 11:28
Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Bu gün, 11:24
Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir
Bu gün, 11:22
İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik - TƏFƏRRÜAT
Bu gün, 11:20
"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03
Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02
Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47
Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40
Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29
Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30
Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28
Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05
Biz harda nə qədərik?
Bu gün, 09:03
“Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59
Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49
`Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35
Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru