Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi .....                     Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? .....                     Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar .....                     Məşhur “tender kralı” yarım milyon borca düşüb .....                     Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... .....                     Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu .....                     Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək .....                     Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar .....                     Ərdoğan Kiyevə səfər edəcək .....                     İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal .....                     İran “Müdafiə Şurası”nı niyə yaradıb? .....                     Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... .....                     Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir .....                     İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik .....                     "Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb .....                     Səhiyyə Nazirliyində yeni təyinat .....                     Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... .....                     Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? .....                     “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” .....                     Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, .....                     Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq .....                     Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                     Naxçıvan Ali Məclisinin nəşriyyatı .....                     Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi .....                     Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ .....                     "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" .....                     Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır .....                     İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti .....                     Vahid Məhkəmə Portalında növbəti çətinlik .....                     Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb .....                     Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı .....                     Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq .....                     Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj .....                     Rusiya-NATO gərginliyi VƏ... .....                     Rusiyadan Bakıya sıçrayan təhlükə .....                     Biz harda nə qədərik? .....                 

Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin: - “Bu, iftira və qisas cəhdidir”
Tarix: 11-08-2023, 10:35 | Çap et
Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin:
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq Prezident Mixail Saakaşvilinin ünvanına ağır ittihamlar səsləndirib. Baş nazir 2008-ci ildə baş vermiş hadisələrdə əsas günahkarın Saakaşvili olduğunu bəyan edib.

“Saakaşvili Gürcüstan torpaqlarının işğalına səbəb olub. Əgər kimsə Rusiya üçün işləyibsə, deyə bilərik ki, bu, Saakaşvili olub. Çünki onun siyasəti nəticəsində Gürcüstan əraziləri işğal olunub. Onun hakimiyyətinin hərəkətləri xəyanət idi. “Axmaq siyasət” və “Saakaşvilinin məsuliyyətsizliyi” olmasaydı, müharibədən qaçmaq olardı”, - deyə Qaribaşvili söyləyib.

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Saakaşvili bu ittihamlara cavab verib. O, “Facebook” paylaşımında Gürcüstanın gizli xəritələrinin və məlumatlarının Rusiyaya ötürüldüyünü iddia edib. Bildirib ki, Gürcüstanın yüksək vəzifəli rəsmiləri Rusiya agentlərini qarşılayır və onların məxfi obyektlərə səfərlərini təşkil edirlər.

Saakaşvili hakimiyyəti dövründə Rusiya vətəndaşları üçün vizasız səyahət müddətinin 3 ay olduğunu, Rusiyanın Gürcüstandakı kəşfiyyat şəbəkəsinin çökdürüldüyünü əlavə edib: “Vizasız səyahətin məqsədi o idi ki, ruslar təbliğata inanmaq yerinə, bizim necə bir uğurlu dövlət olduğumuzu görsünlər və Rusiyada da islahatları tələb etsinlər ki, bu da Gürcüstanın təhlükəsizliyi üçün çox vacib idi. Onlar şok içərisində bizim küçələrimizdə gəzdilər və yeni Gürcüstana baxdılar. İndi isə yüksək rütbəli təhlükəsizlik rəsmiləri Rusiya agentlərini qarşılayır, onlar üçün süfrə açır və onları gizli obyektlərə səfərə aparırlar. Rusiya vətəndaşları Gürcüstanda həm leqal, həm də qeyri-leqal biznesə başlayırlar. Onlar vergi vermirlər”.

Bu arada, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yolu ilə getdiyinə dair iddia ilə çıxış edib: “Vaşinqtonun və Brüsselin marionetlərinin taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbəti Zelenskidir. Saakaşvili ancaq qalstuk çeynəməklə yadda qalır. O, indi yad adamdır, Eyni aqibət Zelenskini də gözləyir”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində deyib ki, Saakaşvilinin Rusiyaya bağlı olmasını iddia etmək mənasız siyasi cəhddir: “Saakaşvili aşırı iddiaları olan adamdır. İstər prezidentliyi, istər Ukraynada fəaliyyəti, istərsə də Gürcüstana son qayıdışı bunun bariz nümunəsidir. O, Rusiyaya və Putin adminstrasiyasına qarşı amansız mövqeyi ilə fərqlənib. Hesab edib ki, regionun parlaq gələcəyi Rusiyanın iştirakı olmadan mümkündür. Məhz bu mövqeyinə görə, dəfələrlə Kremlin təqiblərinə məruz qalıb”.

“Rusiyanın Gürcüstana hücumu, işğalçılıq siyasəti, Saakaşvilinin hakimiyyətdən getməsinə nail olunması, bu gün ağır şərtlər daxilində həbsxana həyatı yaşaması - bütün bunlar Rusiyanın diqtəsi ilə baş verir. Moskvanın onunla anlaşmaq və ya nəzərətə almaq üçün bir balaca şansı olsaydı, bu gün o, ağır məhrumiyyətlər altında məhbus həyatı yaşamazdı”, - deyə Hüseynli vurğulayıb.

DİA.AZ bildirir ki, politoloq Şahin Cəfərli də AYNA-ya şərhində Mişaya qarşı iddiaları əsassız hesab etdiyini söyləyib: “Hakim “Gürcü Arzusu”nun rəhbərliyi Saakaşvilidən qisas alır. Mixail Saakaşvili demokratik Gürcüstan dövlətinin qurucusudur. Məhz onun rəhbərliyi dövründə qonşu ölkədə dərin islahatlar aparıldı. Korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi mübarizə başladı. Hansı ki, ona qədər Gürcüstan da avtoritar üsullarla idarə olunurdu. Saakaşvili istər Gürcüstandakı, istərsə də Ukraynadakı fəaliyyəti ilə Rusiyaya, Putin adminstrasiyasına qarşı qətiyyətli mübarizə aparıb. Moskvanın regional dayaqlarının zəiflədilməsində onun xidmətləri olub”.

“İndi durub demək ki, Saakaşvili Rusiyanın adamıdır, bu, uğursuz siyasi ritorika və blefdir. Saakaşvili mövcud Gürcüstan iqtidarının rusmeyilli siyasətini ifşa edirdi. Buna qarşı mübarizə aparırdı. Onun ağır şərtlər daxilində həbsxanada saxlanılması həm hakim “Gürcü arzusu”nun, həm də onlara yaxınlığı şübhə doğurmayan Moskvanın qisas cəhdidir”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

Onun fikrincə, Saakaşvilinin islahatları zorakılıqla aparması onun məğlubiyyətini şərtləndirən başlıca amil oldu: “Düzdür, bəlkə də alternativ yol qalmırdı. Saakaşvili islahatları bəzən zorakılıqla aparırdı ki, bu da Gürcüstan cəmiyyətini qane etmirdi. “Gürcü arzusu” isə bundan öz xeyrinə yararlandı. Onların seçkilərdə qələbə qazanması da bununla bağlıdır”.

“Digər yandan “Gürcü arzusu” elə rəy yaratmağa çalışır ki, daxildə sabitlik məhz onların yürütdüyü siyasətin nəticəsində yaranıb. Ukrayna nümunəsini misal göstərirlər. Baxmayaraq ki, ukraynalılar öz azadlıqları və gələcəkləri uğrunda döyüşürlər, bu yanaşma heç də hamı tərəfindən qəbul olunmur. Elə insanlar var ki, sabitliyi gələcəkdən üstün tuturlar. Görünür, Gürcüstanda da belə yanaşanların sayı çoxdur”, - deyə Cəfərli fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12
Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08
Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar - “Nezavisimaya qazeta”
Bu gün, 12:05
Məşhur “tender kralı” yarım milyon borca düşüb - TƏFƏRRÜAT
Bu gün, 12:01
Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... - GƏLİŞMƏ
Bu gün, 11:57
Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:53
Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək – Vaşinqtonda sülh mesajı
Bu gün, 11:51
Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar - FOTO
Bu gün, 11:44
Ərdoğan Kiyevə səfər edəcək
Bu gün, 11:41
İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal - Məhkəmə qərar verdi
Bu gün, 11:36
İran “Müdafiə Şurası”nı niyə yaradıb? – ŞƏRH
Bu gün, 11:28
Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Bu gün, 11:24
Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir
Bu gün, 11:22
İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik - TƏFƏRRÜAT
Bu gün, 11:20
"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03
Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02
Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47
Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40
Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29
Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30
Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28
Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05
Biz harda nə qədərik?
Bu gün, 09:03
“Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59
Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49
`Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35
Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru