Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək .....                     "Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                 

Ağ Evin Çin planında çip faktoru: - Tayvan və Cənubi Koreyadakı fabriklər Amerikaya daşınır
Tarix: 12-06-2023, 12:51 | Çap et
Ağ Evin Çin planında çip faktoru:
Ukraynanın kremlyönlü prezidenti Viktor Yanukovychin gedişindən cəmi bir neçə gün sonra-2014-cü ilin fevralın 27-də səhərin qaranlığında Rusiyaya bağlı hərbi birləşmələr Ukraynanın Krım yarımadasının paytaxtı Simferopolda parlamentə hücum etdi. Onlar parlament binasının üzərinə Rusiya bayrağı sancdılar. Beləliklə Rusiya Krımı işğal etdi.
Nə ABŞ, nə də Avropa İttifaqı bu işğala elə bir təpki göstərmədi. 2008-ci ildə Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsini işğal edəndə də Qərbdən elə bir səs çıxmamışdı...
Rusiya Krımı Ukraynadan qopatmaqla kifayətlənmədi. 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya yenidən hücum etdi. Bu hücumdan bir neçə gün əvvəl Rusiya separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını rəsmən müstəqil dövlət kimi tanımışdı. Bu hücumla Rusiya keçmiş SSRİ-ni bərpa etmək üçün son dərəcə önəmli bir addım atdı. Ancaq bu dəfə hər şey nəzərdə tutulduğu kimi olmadı...
Rusiya, daha doğrusu Vladimir Putin əmin idi ki, bu dəfə də ABŞ və Avropa İttifaqı tərəfindən elə bir etiraz olmayacaq. Əslində olmamalıydı da . Çünki Rusiyanın Avropa İttifaqının açar ölkələri olan Almaniya və Fransa ilə sıx əlaqələri vardı. Ancaq Amerika bütün imkanlarını səfərbər etdi, Almaniya və Fransanı anti-Rusiya koalisiyasına qoşulmalı oldu. Şübhəsiz ki, Ukrayna xalqının Rusiya işğalına göstərdiyi dirəniş də bu işdə ciddi rol oynadı. Ukrayna prezidenti Volodimir Zelenski şəxsi nümunə göstərdi. Qərbin çağırışlarına baxmayaraq Kiyevi tərk etmədi.
Rusiya-Ukrayna savaşı indi də davam edir. O da bəllidir ki, Qərb Ukraynaya bütün sahələrdə ciddi dəstək verir. Əslində Qərb Ukrayna üzərindən Rusiyaya qarşı beynəlxalq terminologiya ilə desək “proxy war” aparır, yəni Ukraynanın əli ilə Rusiya ilə vuruşur.
Qərbin ən böyük problemlərindən biri Rusiyaya bağlıdır. Hazırda Rusiyanın tədricən əldən salınması prosesi gedir.
Ancaq Qərbin əsas problemi Rusiya yox, Çindir. Niyə Çin? Çünki Rusiya çağdaş sivilizasiyadan və inkişafdan ciddi şəkildə geridə qalıb. Ukrayna ilə müharibə isə Rusiyanın çöküşünü sürətləndirir. Çin isə sürətlə inkişaf edir. Hazırda Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadi gücü sayılır. 2030-cu ildə isə Çinin ABŞ-ı arxada qoyacağı gözlənilir...
ABŞ dünyanın super-dövləti statusunu itirmək ərəfəsindədir. Rəsmi Vaşinqton bunun fərqindədir və Çin təhlükəsini dəf etmək üçün hərəkətə keçib.
Yuxarıda vurğuladığımız kimi, Rusiya məsələsində ABŞ-la Avropa İttifaqının maraqlarında ciddi fərqlər vardı. Bu fərq indi də aydın görünür. Eyni mənzərə Çinə münasibətdə daha qabarıq nəzərə çarpır. Avropa İttifaqının Çinlə son dərəcə sıx ticarət əlaqələri var. Bütövlükdə Avropa İttifaqı-Çin münasibətləri ən yüksək səviyyədədir. Tərəflər arasında mal mübadiləsi 15 trilyon dollardan yuxarıdır.
Almaniya və Fransa rəhbərlərinin bəyanatlarından aydın görünüür ki, onlar ABŞ-ın Çin planından məmnun deyillər. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Pekinə səfərdən sonra “Avropanın ABŞ-ın “vassalı” olmaması gərəkir” kimi bəyanatlar səsləndirdi. Soruşdu ki, biz avropalılar Tayvan məsələsindəki gərginlikdə maraqlıyıqmı? “Xeyr. Ən pisi odur ki, biz avropalılar bu mövzuda Amerika ritminə köklənməli və Çinə qarşı Amerikanın həddindən artıq aqressiv reaksiyasına uyğun hərəkət etməliyik”. Və cənab Makron bu reallığa etiraz etdi...
Bu isə Amerikanın ürəyincə deyil. Amerika Çinə qarşı mübarizədə Avropa İttifaqını da yanında görmək istəyir. Avropa İttifaqı isə var gücü ilə buna müqavimət göstərir...
Amerika nə istəyir? İstəyir ki, Rusiya-Ukrayna müharibəsi ssenarisini eyni ustalıqla Cin-Tayvan müharibəsinə transfer etsin. Avropa İttifaqına isə bu, qətiyyən lazım olmayan bir şeydir. Üstəlik, bu, son dərəcə təhlükəlidir. Çin həm hərbi, həm də ideoloji baxımdan xüsusi ilə güclüdür. Yəni Rusiya variantı Çində keçərli olmaya da bilər...
Tayvan məsələsində önəmli bir nüans da var. Bu ölkənin “Taiwan Semiconductor Manufacturing Company, Limited (TSMC)” şirkəti fantastik imkanlara malik bir istehsal sahəsidir. Düşünün ki, bu şirkətin 4 trilyon dollara yaxın aktivi var. Hər il 600 milyard dollara yaxın qazanc əldə edir. Çip istehsalı Tayvanın əsas gəlir mənbəyidir və bu sahədə Tayvan dünyanın lider ölkəsidir. Şirkətin dünyanın müxtəlif ölkələrindəki müəssisələrində 650 min mütəxəssis çalışır. Yəni Çin Tayvanı ələ keçirsə və çip texnologiyasına əl qoysa, bu, ABŞ üçün sarsıdıcı zərbə olacaq. Amerika bunu yaxşı başa düşür və bu problemi aradan qaldırmaq üçün bu sahədə çalışan Tayvan şirkətlərini ABŞ-a köçürür. Özü də təcili şəkildə.
Tayvan “4 Asiya pələngi” (Honq Konq, Sinqapur və Cənubi Koreya) adlanan qrupa daxildir. Bu qrup da Amerikanın nəzarəti altındadır.
Çip məsələsi ilə bağlı Cənubi Koreya da xüsusi statusda olan ölkədir. Amerika bu ölkədə olan çiplə bağlı müəssisələri də Amerikaya köçürür.
Amerika ona da hazırdır ki, Çin Tayvanı zorla da olsa ələ keçirə bilər. Belə olduqda Amerika Çinə qarşı sanksiyaların ən radikal formasına əl atacaq.
Bəllidir ki, Kommunist Blokuna qarşı Birinci Soyuq Müharibədən Amerika qələbə ilə çıxdı. Hazırda ABŞ Çin, Rusiya və İrana qarşı yeni bir plan hazırlayır. Birinci Soyuq Müharibə sübut etdi ki, belə bir strategiya ABŞ üçün məqbuldur və ona uğur gətirir.
Hesablamalara görə, artıq 5 ildən sonra ABŞ süni intellekt, kvant kompüter hesablamaları və kosmosa sənaye nəzarəti (Space X proqramı üzərindən) suverenliyinə görə hərbi və iqtisadi cəhətdən Çin üzərində üstünlük əldə edəcək. Belə bir ortamda Qərbin hətta Ukrayna və Tayvanı itirməsi elə də böyük itki sayılmayacaq. Əsas olan odur ki, ABŞ-ın dünya üzərində texnoloji nəzarəti daha da güclənəcək.
Bu məqamı da nəzərdən qaçırmaq olmaz: Hindistan böyük texnoloji potensiala malikdir və Hindistan bu illərdə Çindən daha yüksək artım templərinə nail olub. Hindistan isə Çinlə düşməndir və üstəlik, tarixi keçmişi ilə bağlı anqlo-sakson ittifaqına yaxınlığı ilə tanınır.
Diqqətə layiq daha bir məqam var. Son dövrlərdə Səudiyyə Ərəbistanı Amerikanın nəzarətindən çıxır. Bu isə bütövlükdə varlı Körfəz ölkələrinin əldən çıxması anlamına gəlir. Bu işdə də Çinin barmağı var. Belə ki, Çin Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliyi ortadan qaldırdı. Səudiyyə ilə Yəmən arasında münasibətlər səhmana düşməkdədir. Amerikanın özünə düşmən bildiyi Suriya diktatoru Bəşər Əsəd yenidən Ərəb Ölkələri Liqasına dəvət olunub. Başqa sözlə desək, Çin ABŞ-la Ərəb Dünyası arasında olan münasibətlərin müsbətdən mənfiyə doğru inkişafına təkan verir. Rəsmi Vaşinqton bu prosesi sadəcə seyr etmir, həm də bundan nəticə çıxarır...
ABŞ-ın Çini qabaqcıl texnologiya, iqtisadiyyat və ultra-müasir hərbi vasitələrlə geriyə atmaq şansı varmı? Mütəxəssislər bu suala müsbət cavab verir...
Əlbəttə, Qərbin Ukrayna üzərindən Rusiyanı divara dirəməsi fonunda Qərbin Çinə qarşı da cəbhə açması qətiyyən arzuolunan deyil. Bu, dünyamızın müvazinətdən çıxmasına səbəb ola bilər.
Qərbdə ABŞ və Çinin sağlam rəqabətə söykənən harmonik münasibətdə olmasını arzu edənlər də az deyil. Təəssüf ki, onların sözünü eşidən azdır.
Elbəyi Həsənli, Sürix
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİQQƏT
Bu gün, 06:21
"Mənim niyə bahalı maşınım olmasın?"
Bu gün, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Dünən, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Dünən, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Dünən, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Dünən, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Dünən, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Dünən, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Dünən, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Dünən, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Dünən, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Dünən, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Dünən, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Dünən, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Dünən, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Dünən, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Dünən, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Dünən, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Dünən, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Dünən, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Dünən, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Dünən, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Dünən, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Dünən, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru