Finlandiya NATO-ya rəsmi üzv olub
Tarix: 4-04-2023, 15:01 | Çap et
 Finlandiya NATO-ya rəsmi üzv olub.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, Finlandiyanın Alyansa qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib. Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam edir. İlk olaraq alyansın bütün ölkələrinin xarici işlər nazirləri Finlandiyanın qəbul protokollarının ratifikasiya olunmuş əsillərini ABŞ-nin dövlət katibi Entoni Blinkenə (ABŞ NATO-nun bütün sənədlərinin saxlancıdır) təhvil verəcəklər, daha sonra mənzil-qərargahın qarşısındakı 31-ci bayraq dirəyində Finlandiya bayrağı qaldırılacaq, təntənəli çıxışlar ediləcək. Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir. Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib. İsveç də NATO-ya üzv olmaq üçün ərizə verməklə uzunmüddətli neytrallıq öhdəliyindən imtina edib. Rusiyanın Ukraynaya təcavüzü 1949-cu ildə sovet təhlükəsindən müdafiə məqsədilə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatına yeni təkan verib. ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövründə Əfqanıstandakı uğursuzluqlar və daxili ixtilaflardan, eyni zamanda Fransa Prezidenti Emmanuel Makronun NATO-nun “beyinləri ölür” iddialarından və Çinin artan ambisiyalarından sonra Rusiyanın işğalı durğunluqda olan ittifaqın özünəgüvənini, deyəsən, qaytarıb. Finlandiyanın NATO-ya qəbulu hansı dəyişiklərə yol açacağı məsələsinə gəldikdə, demək olar, çox şey yerində qalacaq. Köklü yeniliklər olmayacaq: Finlandiya 1994-cü ildə NATO-nun rəsmi tərəfdaşı olub, Alyansın orduları ilə sıx əlaqə saxlayır, onun bütün texniki və institusional tələblərinə cavab verir. Əsas dəyişiklik Şimali Atlantika Müqaviləsi üzrə NATO-nun bir dövlətinə hücumu bütün alyansa hücum kimi qiymətləndirən beşinci maddədir. “Prezident Putinin ən mühüm siqnallarından biri... NATO-nun daha da genişlənməsinə qarşı olması idi. O, daha kiçik bir NATO istəyirdi. İndi prezident Putin öz sərhədlərində daha çox NATO əldə etmiş oldu”, - NATO-nun Baş katibi Stoltenberq qeyd edib. Şübhəsiz ki, Baş katibin fikirləri mübahisə olunmazdır: Finlandiya ilə Rusiya arasındakı quru sərhəd 1 300 km-dən çoxdur. Üstəlik, məhz Finlandiya ilə həmsərhəd ərazilərdə Rusiyanın qitələrarası ballistik raketlərinin strateji bazaları və Şimal Donanmasının bazaları cəmləşib. Bundan başqa, bu bazaların təminatı bir dəmir yolu xətti və bir magistral yolu ilə gerçəkləşdirilir. Bu, Alyansın qüvvələrinə bu təchizat xəttini təqribən 500 km məsafədə istənilən yerdə kəsmək üçün nəzəri imkan verir. 2022-ci ilin yanvarında Moskva NATO-dan Şərqə doğru genişlənmədən imtina etməyi, keçmiş sovet ölkələrini, o cümlədən Ukraynanı alyansa qəbul etməməyi, onlarla hər hansı hərbi əməkdaşlıqdan vaz keçməyi, həmçinin NATO qoşunlarını Mərkəzi və Şərqi Avropa, həmçinin Baltikyanı ölkələrin hələ Alyansa qoşulmadığı 1997-ci ildəki mövqelərə qaytarmağı tələb edib. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əks-effekt verdi. Bununla belə, Rusiyanın baş verənlərə reaksiyası gözləniləndən daha sakit olub. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasına Rusiyanın cavabı alyansın infrastrukturunun genişlənməsindən asılı olacaq. Putinin sözlərinə görə, “heç nədən problemlər yaradılsa da”, Rusiyanın Ukraynadan fərqli olaraq İsveç və Finlandiya ilə “problemi yoxdur”. “Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz var, halbuki Ukrayna potensial olaraq NATO-ya üzv ola bilər və o zaman Rusiya ittifaqda olan dövlətlə ərazi mübahisəsi yaşayar ki, bu da bütün qitə üçün nəhəng risklər daşıyır”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb. Ekspertlərin fikrincə, Putin üçün NATO həmişə hərbi-strateji yox, mahiyyətcə geosiyasi-tarixi problem olub. Belə ki, Putin NATO-nun Rusiyanın təsir məkanı və ya “tarixi” saydığı ərazilərdə (hazırkı dönəmdə söhbət başda Ukrayna olmaqla Gürcüstan və Moldovadan gedir) genişlənməsini qəbuledilməz hesab edir. Bununla belə, mütəxəssislərin qənaətincə, Rusiya liderini hərbi blokun Qərb daxilində genişlənməsi o qədər də narahat etmir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Turan dəhlizi artıq İran ərazisindən keçir..." - FAKT BUDUR!
Bu gün, 10:29 |
|
|
|
• Sahib Məmmədovun onlayn "putyovka biznesi" - Möhbalıyev yolu gedir
Bu gün, 10:20 |
|
|
|
• Azərbaycan və Avropa İttifaqı: diplomatik illüziyadan strateji realizmə doğru - İNCƏLƏMƏ
Bu gün, 10:18 |
|
|
|
• Azərbaycan və Türkiyənin güclənən hərbi sənayesi türk dünyasının təhlkəsizliyinə nə vəd edir? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
• Nazirin rəhbərlik etdiyi federasiyanın vergi borcu yarandı
Bu gün, 10:11 |
|
|
|
• Yalnız DMA-nın tenderlərini udan şirkət - “AGRO BEST” 5 ildə 280 milyonluq sifariş alıb
Bu gün, 10:08 |
|
|
|
• Rusiya Moldovanı “işğal etməyə” hazırlaşır?
Bu gün, 10:05 |
|
|
|
• Starmer Trampla görüşəcək
Bu gün, 10:01 |
|
|
|
• Kreml Qafqazda dəhşətli ssenariyə hazırlaşır – İrəvan və Bakı hədəfdə, 3 ölkə meydanda
Bu gün, 09:55 |
|
|
|
• Ermənistan müxalifəti çarəsiz vəziyyətdədir - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:53 |
|
|
|
• `İrşad Telekom` müştərisinə ÇİLƏ YAŞADIR... - "Kreditin vaxtı çatanda isə..."
Bu gün, 09:47 |
|
|
|
• Şirvan Şəhər İşıqları İdarəsi bəzi xərclərini kəskin artırıb - DETALLAR
Bu gün, 09:35 |
|
|
|
• Paşinyan yenidən məzuniyyətə çıxıb
Bu gün, 09:27 |
|
|
|
• Asiya İnkişaf Bankı Azərbaycanın daxil olduğu region üzrə yeni baş direktor təyin edib
Bu gün, 09:10 |
|
|
|
• “Təmiz Həyat”ın təmizliyə dəxli yoxdur - GİLEY
Bu gün, 09:06 |
|
|
|
• Əsl manşetlik xəbər! - Nəşr eləməyə qəzet tapılsa…
Bu gün, 09:00 |
|
|
|
• "Nə qədər ki Zakir İbrahimov ordadır..." - Culfa sakinləri DƏRDƏ DÜŞÜB...
Bu gün, 08:53 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı dünyaynan bir edib... - BU DA FAKT!
Bu gün, 08:43 |
|
|
|
• "Heç olmasa Allahdan qorxun..." - ETİRAZ VAR...
Bu gün, 08:35 |
|
|
|
• Hakimiyyət böhranı: - Putin xalq arasına çıxdı
Bu gün, 07:25 |
|
|
|
• Orban Avropa İttifaqını qurumun yeni büdcəsini bloklamaqla hədələyib
Bu gün, 07:23 |
|
|
|
• ABŞ və Çin tarifləri daha 90 gün donduracaq - SCMP
Bu gün, 06:14 |
|
|
|
• Xəzər dənizi üzərində TƏHLÜKƏ SİQNALI - Təyyarə məcburi eniş etdi
Bu gün, 05:57 |
|
|
|
• Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 02:02 |
|
|
|
• Tehranın Moskva ilə birləşmək planı - GƏLİŞMƏ
Bu gün, 01:58 |
|
|
|
• ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək - Ursula fon der Lyayen
Bu gün, 01:46 |
|
|
|
• Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI - Dövlət büdcəmizin anası belə ağlar günə qalır...
Bu gün, 01:38 |
|
|
|
• MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... - AFFA-nın yeni sözçüsü nəyə yarıyacaq?
Bu gün, 01:28 |
|
|
|
• Səfirliklərin Bakı “döyüşü” - NƏ BAŞ VERİR?
Bu gün, 01:22 |
|
|
|
• “Onu lüt soyundurdular, ac qoydular və...” – Rusiya əsirliyində yaşananlar
Bu gün, 01:20 |
|
|
|
• Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz - BU NƏDİ BELƏ?
Bu gün, 01:11 |
|
|
|
• “Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” - ETİRAZ
Bu gün, 01:08 |
|
|
|
• Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu - SİYAHI
Bu gün, 01:03 |
|
|
|
• SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… - TƏFƏRRÜAT
Bu gün, 01:01 |
|
|
|
• Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Dünən, 19:23 |
|
|
|
• “Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Dünən, 19:21 |
|
|
|
• İran yola gəlməsə... - ŞƏRH
Dünən, 16:47 |
|
|
|
• Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Dünən, 16:43 |
|
|
|
• FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Dünən, 16:40 |
|
|
|
• NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Dünən, 16:38 |
|
|
|
• "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Dünən, 14:51 |
|
|
|
• Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Dünən, 14:48 |
|
|
|
• SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:42 |
|
|
|
• "Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:03 |
|
|
|
• “Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Dünən, 12:00 |
|
|
|
• "Nazir o vaxt yeni gələndə demişdi ki..."
Dünən, 09:17 |
|
|
|
• Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Dünən, 09:15 |
|
|
|
• "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Dünən, 07:44 |
|
|
|
• "Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Dünən, 07:40 |
|
|
|
• "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Dünən, 07:17 |
|
|
|
|