Axı, o, niyə susur? .....                     Tehranın “ikinci Ermənistan” planı .....                     Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib .....                     Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı .....                     Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır .....                     “Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” .....                     Erməni əsgəri ildırım vurub öldürdü .....                     Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib .....                     Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib .....                     Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu .....                     Paşinyan “Hraparak”ı məhkəməyə verir .....                     Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi .....                     "Şükür Allaha, bu ad günümdə tək deyiləm" .....                     Mirzoyanın arvadına yüksək vəzifə verildi .....                     Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj .....                     Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA .....                     “Niyə haram iş görürsünüz?!” .....                     Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır .....                     Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI .....                     İrəvanda açıq savaş: Kim kimi devirəcək? .....                     “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır .....                     İrəvan Bakını yenə haqlı çıxardı .....                     Berlinlə bundan sonra .....                     “Liseylər sosial status simvoluna çevrilərsə, .....                     2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                 

Türkiyə NATO və Rusiya arasında: Ankara kimin maraqlarını önə çəkir? - İNCƏLƏMƏ...
Tarix: 24-12-2022, 10:03 | Çap et
Türkiyə NATO və Rusiya arasında: Ankara kimin maraqlarını önə çəkir?
Türkiyə NATO üzvü olsa da, alyansla bir çox mövzudakı inciklikləri mövcuddur.
Ankaranın xarici siyasət kursundakı NATO gündəliyi nahamar müstəvidə inkişaf edir. Problemlərə baxmayaraq, Türkiyənin böyük strategiyasının mərkəzində NATO xüsusi yer tutur. Elə bu səbəbdəndir ki, Ankaranın Moskva ilə əməkdaşlıq sferasını genişləndirməsi alyansı sancılandırır.
Normaldır, çünki NATO da Türkiyəyə ehtiyac duyur və özünün aydın əlamətlərlə girə bilmədiyi regionlara Ankara vasitəsilə soxulmağa can atır.
Ankara geosiyasi proseslərdə strateji tarazlaşdırıcıdır
Onu da nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun Rusiya və Çin ilə rəqabətində bufer zonasıdır. Hətta yeri gələndə Ankara NATO üçün elçilik edərək Moskva ilə münasibətlərdə tarazlaşdırıcı missiya ilə çıxış edir.
Ankaranın belə gizli missiyası onu Avropa və Asiyanın kəsişməsində qlobal güc olmasına münbit zəmin yaradır.
Elə buna görədir ki, Türkiyə sürətlə regional çərçivələri aşıb qlobal oyunçu statusu qazanmağa namizəd rolundadır. Bu istiqamətdə Ankaraya Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında baş verən hadisələr stimullaşdırıcı dəstək verir.
Türkiyənin bu iki ərazi ilə yanaşı digər regionlarda da oyunçuluq bacarıqlarını inkişaf etdirməsi Rusiyaya da, NATO-ya da sərf edir. Elə isə sual olunur: Türkiyə daha çox hansının maraqlarını təmin edir?
Hesab etmək olar ki, bu, regionun xarakterindən asılı olaraq dəyişir. Lakin Türkiyə müvazinətini maksimal saxlamaqla təhlükəli böyük planların ortasında qalmaqdan kənarlaşır.
Türkiyə Rusiya-NATO qarşıdurmasından və onun mümkün nəticələrindən özünün milli maraqlarını inkişaf etdirmək üçün istifadə edir. Məsələn, Cənubi Qafqaz regionunda Ankara çəkisini Rusiya vasitəsilə artırır, atdığı addımların nəticələri isə NATO-nun xeyrinə işləyir.
Cənubi Qafqazda Türkiyənin təsirinin artması Azərbaycanın marağındadır
Türkiyənin çəkisinin Cənubi Qafqaz üzərində böyüməsi Azərbaycanın hədsiz marağındadır, çünki Ankara regional təhdidlərin önündə dayanmaq üçün böyük potensiala sahibdir.
Türkiyə Cənubi Qafqazda strateji maraqlarının təmini üçün Rusiya ilə əməkdaşlıq formatına üstünlük verir, çünki Moskvanın region üzərindəki nəfəsi kəsilməyib və Qərb hələ də ofsaydda qalmaqda davam edir.
Ankara isə gözləmək niyyətində deyil, çünki qlobal toqquşmalardan qopan qəlpələrin ona dəymək risklərini hesablayır, buna görə də qonşu regionlarda hansısa formada möhkəmlənməyi qarşıya məqsəd qoyur.
Cənubi Qafqazda Türkiyə üçün uyğun format Azərbaycanla dərinləşən strateji müttəfiqlik əlaqələrini Rusiyaya qarşı cəbhə kimi inkişaf etdirməməkdir. Lakin Ankaranın Bakıya dəstəyi də Moskvadan əsən küləklərin xəfiflədilməsində mühüm çəki qazanır.
Cənubi Qafqazda Azərbaycanla Türkiyəni narahat edən digər məsələ Gürcüstan-Rusiya gərginliyidir. Bakı ilə Ankara Tbilisinin təhlükəsizlik zolağında mövqelənməsi üçün çalışır və bu amil Kremli Gürcüstana hansısa məqamda hərbi müdaxilə etməkdən çəkindirir.
Yəni başıbəlalı və taleyində qara səhifələr çox olan bu regionda göründüyündən də artıq problemlər mövcuddur, Azərbaycanın Qarabağ münaqişəsini həll etməsi ilə Türkiyənin regiona gəlişi xoşagələn presedentlər üçün həlledici amil sayıla bilər.
Gürcüstan amili Azərbaycan-Türkiyə-NATO üçbucağında kanalların açıq qalması üçün bir mövzudur, çünki Şimali Atlantika Müqaviləsi Təşkilatı Cənubi Qafqazda Tbilisini öz bucağı altına çəkə bilib.
Göründüyü kimi Türkiyənin həm Qərblə, həm də Rusiya ilə mübahisələri, fikir ayrılıqları olsa da, bir-birinə əks qütbə dayanan oyunçular Ankara ilə bağlı xarici siyasət gündəminə praqmatik ideyaları gətirməyə məcburdurlar.
Rusiya və NATO-nun TDT-yə olan marağı
Rusiya və NATO-nu cəlb edən digər platforma Türk Dövlətləri Təşkilatıdır və onların hər ikisi bu qurumu regional güc kimi dəyərləndirdiyindən ondan müdafiə zolağı kimi yararlanmaq prioritetləri üzərində işləyirlər.
TDT-nin hansı strateji şüurla – Avroatlantik, yoxsa Avrasiyaçı – inkişaf edəcəyi suallar yaratsa da, hesab edirik ki, Türkiyə onu məhz öz proqramı çərçivəsində, yəni “həm Rusiya, həm də Qərb” modeli ilə meydana atmağı hədəfləyir.
Sadəlikdən mürəkkəbliyə doğru yön aldıqca, ortaya digər bir fərqli oyunçu olan Çinin çıxdığını görürük. Pekin də TDT-dən maksimal faydalar götürməkdə israrlı olduğu üçün onun Mərkəzi Asiyadakı maraqları Cənubi Qafqazdakı prioritetləri ilə düz mütənasib şəkildə qurulur.
Azərbaycanla Türkiyə NATO üçün rəqib, Rusiya üçün mehriban düşmən olan Çinin maraqlarının artmasından narahatlıq keçirmir. Çünki Pekin regiona ərazi təhdidləri gətirmir və iqtisadi prioritetlərlə əməkdaşlıq təklif edir.
Uzaq perspektiv üçün proqnoz
Rusiya-Ukrayna müharibəsinin gedişatı və hesablanan nəticələri digər oyunçuların maraqlarını redaktə etməsinə gətirib çıxaracaq. Lakin Türkiyənin Moskva ilə əməkdaşlıq xəttini sarsıdacağı real görünmür.
Cənubi Qafqaz bölgəsində hələ uzun illər Rusiya-Türkiyə birgə prioritetləri ilə proseslər inşa ediləcək. Əgər Ukraynadakı müharibədən Moskva məğlub çıxsa, onun bu regionda təsir imkanları zəifləyəcək. Bu zaman Türkiyə strateji dərinliklərdə NATO-nun regionda möhkəmlənməsinə şərait yaradacaq.
Ancaq NATO daxilində Türkiyəyə heç də xoş münasibət bəsləməyən ölkələr olduğundan Ankara alyansın maraqlarının təminində üzərinə düşən limiti aşmayacaq.
Aqşin Kərimov,
"Kaspi"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Axı, o, niyə susur? - İNCƏLƏMƏ
Bu gün, 05:51
Tehranın “ikinci Ermənistan” planı - NƏ BAŞ VERİR?
Bu gün, 01:20
Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib - Görünəni odur ki...
Bu gün, 01:14
Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı
Bu gün, 01:06
Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır - KİV
Bu gün, 00:00
“Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:40
Erməni əsgəri ildırım vurub öldürdü
Dünən, 23:36
Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib - BUNA GÖRƏ
Dünən, 23:34
Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib - KİV
Dünən, 23:32
Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu
Dünən, 18:03
Paşinyan “Hraparak”ı məhkəməyə verir
Dünən, 18:02
Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
Dünən, 17:58
"Şükür Allaha, bu ad günümdə tək deyiləm"
Dünən, 17:39
Mirzoyanın arvadına yüksək vəzifə verildi
Dünən, 17:35
Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj - GƏLİŞMƏ
Dünən, 17:31
Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA - FOTO
Dünən, 17:26
“Niyə haram iş görürsünüz?!” – Xalq artistindən İNANILMAZ SÖZLƏR...
Dünən, 17:21
Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır -AÇIQLAMA
Dünən, 17:16
Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI - Moskva "sxodka"sı
Dünən, 17:14
İrəvanda açıq savaş: Kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:12
“Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır - ŞƏRH
Dünən, 17:09
İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Dünən, 17:08
Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Dünən, 17:06
“Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Dünən, 17:04
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Dünən, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Dünən, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Dünən, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Dünən, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər - İLGİNC
Dünən, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Dünən, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Dünən, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Dünən, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Dünən, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Dünən, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Dünən, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Dünən, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Dünən, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Dünən, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Dünən, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Dünən, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Dünən, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Dünən, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Dünən, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Dünən, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Dünən, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Dünən, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Dünən, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Dünən, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru