"Taliban"ın yeni daxili işlər naziri Siracəddin Haqqani ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) rəsmi saytında xüsusi axtarışda olanlar siyahısındadır. Yeniavaz.com xəbər verir ki, FBI Haqqanin başına 5 milyon dollar qoyub. Qeyd edək ki, Siracəddin Haqqaninin kiçik qardaşı Məhəmməd Haqqani, 18 Fevral 2010-cu ildə Şimali Vəziristanın Dande Darpakel kəndində pilotsuz təyyarə hücumu nəticəsində ölüb. Haqqani 14 yanvar 2008-ci ildə Kabildə "Serena" otelində ABŞ vətəndaşı Tor Devid Hesla da daxil olmaqla altı nəfərin ölümünə səbəb olan hücumun təşkilatçısıdır. Onun daha bir neçə partlayışda əlinin olduğu bildirilir.