İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... .....                     Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                     “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” .....                     “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” .....                     Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb .....                     “Buna görə razılıq vermirəm” .....                     Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU .....                     Ələsgər Məmmədli ilə bağlı qərar verildi .....                     Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” .....                     Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib .....                     Prezidentdən qəti mövqe: .....                     ABŞ Lukaşenkonu araqla razı saldı .....                     Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır .....                     Rus politoloqların isterikasının isti dövrü .....                     TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq .....                     “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? .....                     Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR .....                     Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? .....                     Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı .....                     “O qədər şey vəd etdilər, heç nə olmadı” .....                     Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. .....                     Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... .....                     "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" .....                     Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... .....                     Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək .....                     "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." .....                     Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! .....                     Rusiya ilə böyük müharibə anonsu .....                     Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU .....                 

Ermənistanın sabiq Xarici İşlər naziri niyə istefaya gedib? – 15 erməni “əsiri”nin qaytarılmasının sirri
Tarix: 23-06-2021, 10:10 | Çap et
Ermənistanın sabiq Xarici İşlər naziri niyə istefaya gedib?
Ermənistanın bundan əvvəlki Xarici İşlər naziri Ara Ayvazyanın istefa verməsinin əsl səbəbləri aydınlaşır. Sən demə, o, Azərbaycanla Ermənistanın danışıqlar aparmasına mane olur, nəticədə beynəlxalq birliyin Cənubi Qafqazda regional təhlükəsizlik səyləri baş tutmurdu.

Ovqat.com xəbər verir ki, bu iddianı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan media açıqlamasında irəli sürüb.

O, deyib ki, 27 maya, hətta ondan sonraya qədər uzun müddət ərzində əsir məsələsinin həll olunmamasının əsas günahkarı Ara Ayvazyandır və sabiq nazir istefa ərizəsini yazdıqdan qısa müddət sonra problem öz həllini tapıb: “Ayvazyan rəsmi şəxs olaraq tərəfdaşlarımıza təhvil verə biləcəyimiz minalanmış ərazi xəritələrinin olmadığını söyləyirdi. Ayvazyan istefa etdikdə bu məsələni həll etmək üçün bir fürsət yarandı. O, yalnız yalan danışmır, həm də ümumi işimizə pəl vururdu. Ayvazyan Ermənistanın təhlükəsizlik məsələlərini həll etmək istəmirdi. Siyasi komandamıza problem yaratmaq üçün əlindən gələni edirdi. Sonunda isə döyüş meydanını məcazi mənada tərk etdi”.

Qriqoryanın fikrincə, Ayvazyanın bu inkarçı mövqeyi Ermənistanın problemi həlletmə qabiliyyətlərinə pəl vururdu: “Təsadüfi deyil ki, bir neçə aydır bu məsələ həll olunmurdu. O, istefa verəndən sonra danışıqlarda iştirak etmədiyi iki həftə ərzində məsələ yoluna qoyuldu”.

Ayvazyan isə ona qarşı səsləndirilən ittihamlara aydınlıq gətirmək istəməyib. News.am saytının sorğusuna sabiq nazir bu sözlərlə cavab verib: “Heç bir gülünc hücum və böhtana münasibət bildirmirəm. Bu müddət ərzində kimin nə etdiyi, hansı işləri gördüyü sənədləşdirilib və qeydə alınıb. Sadəcə onu xatırlatmaq istərdim ki, istefamdan bir həftə əvvəl baş nazir kabinet iclasında Xarici İşlər Nazirliyinin səmərəli işindən çox danışırdı”.

Xatırladaq ki, Ara Ayvazyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr bəyanatından 8 gün sonra – 18 noyabr 2020-ci ildə Xarici İşlər naziri vəzifəsinə gətirilmiş, bu ilin may ayının 27-də isə istefa vermişdi. Qriqoryanın sözlərinə görə, onun nazir olduğu 7 ay ərzində Azərbaycanla konstruktiv danışıqlarının alınmamasının başlıca əsas günahı da Azərbaycanda yox, elə Ayvazyanda imiş. O, maksimalist mövqe tutaraq Azərbaycanın konstruktiv təkliflərinə qarşı çıxır və dialoqun alınmasını əngəlləyirmiş. Yəqin ki, sonunda Paşinyan komandasının və beynəlxalq qurumların basqılarına duruş gətirməyən sabiq nazir istefaya getmiş, bununla da konstruktiv danışıqların yolu açılmış və minalanmış ərazilər müqabilində əsirlərin qaytarılması məsələsi həyata keçirilə bilmişdi.

Qeyd edək ki, mina xəritəsi qarşılığında erməni əsirlərin mübadiləsi iyun ayının 12-də həyata keçirildi. Həmin gün Ermənistan Ağdam rayonuna basdırılmış 97 min tank və piyada əleyhinə minaların xəritəsini Azərbaycana təhvil verdi. Azərbaycan isə bunun əvəzinə 15 əsiri Ermənistana qaytardı. Əsir-mina xəritəsi mübadiləsi Gürcüstan, ABŞ və Avropa Birliyinin nümayəndələrinin vasitəçiliyi ilə baş tutdu və bu, Rusiyanın regional nüfuzuna vurulmuş böyük zərbə kimi qiymətləndirildi. Çünki 10 noyabr Bəyanatının üzərindən keçən 7 ay müddətində vasitəçilik missiyasını boynuna götürən Moskva bu istiqamətdə heç bir addım atmamış, əksinə İrəvanda yüksək posta gətirdiyi kadrlar, xüsusilə də Ayvazyan vasitəsilə danışıqların alınmamasına çalışmışdır.

Bəs, Ayvazyanın postundan uzaqlaşdırılması və Bakı ilə İrəvanın arasındakı dialoq prosesinin başlanması necə baş verdi?

Ovqat.com-un araşdırmalarının nəticələrinə əsasən, mümkündür ki, Moskvanın bu destruktiv fəaliyyətinin regional sülhə xidmət etmədiyini görən Azərbaycan və beynəlxalq güc mərkəzləri alternativ yollar axtarmağa məcbur olmuşdur. Üstəlik, bu təşəbbüslər iyun ayının 12-dən daha əvvəl başlamışdır. İlk addım isə rəsmi Bakı tərəfindən atılmışdı. Bu il aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstana getmiş və ölkənin Baş naziri başda olmaqla bir sıra rəsmiləri ilə görüşmüş, müxtəlif mövzularda danışıqlar aparmışdı. Detalları tam açıqlanmayan görüşün üzərindən təxminən bir həftə keçəndən sonra may ayının 5-də Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıya gəlmiş və Prezident İlham Əliyevlə müzakirələri davam etdirmişdi. İraklı Qaribaşvilinin bu görüşünün ardınca ABŞ Dövlət Departamentinin sədr müavini Filip Rikerin Cənubi Qafqaza səfər edəcəyi açıqlanmış, 3 həftədən sonra – may ayının isə 27-də Ermənistanın sabiq Xarici İşlər naziri Ara Ayvazyan istefa vermişdi. Həmin istefadan 10 gün keçməmiş iyun ayının 6-da Filip Rikerin vəd edilən səfəri başlamış və səfər 13-də başa çatmışdı. Səfərə Gürcüstanla başlayan ABŞ yetkilisi ayın 8-də Azərbaycana gəlmiş və 2 günlük danışıqların ardınca Ermənistana getmişdi. Azərbaycanda olarkən, o, münaqişənin həllində ABŞ-ın rol almaq istədiyini açıq bəyan etmişdi.

İyunun 11-də İrəvan səfərində Riker erməni mediasına verdiyi müsahibəsində erməni əsirlərinin azad olunması və evlərinə qayıtmasının vacibliyindən danışdı. “ABŞ hökuməti dəfələrlə vurğulayıb ki, bütün əsirlər azad edilməlidir və evlərinə dönməlidir. Unutmamalıyıq ki, bu münaqişə insanlara mənfi təsir edir. Xatırlamaq lazımdır ki, söhbət hər iki tərəfdə olan insanlar, insanların övladları, həyat yoldaşları, valideynlərindən gedir. Biz tutulanların hamısının azad edilməsini görmək, münaqişənin sonunu və münaqişənin hərtərəfli həllini görmək istəyirik”.

ABŞ rəsmisinin bu çıxışından bir gün sonra Azərbaycan çoxdan tələb etdiyi mina xəritəsini almış və 15 erməni əsirini qarşı tərəfə təhvil vermişdi. Ardınca da ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken açıqlama verərək Vaşinqtonun “bu addımları dəstəklədiyini, əldə edilən razılaşmalardan məmnun qaldığını və sözügedən təşəbbüslərin əlavə əməkdaşlıq üçün zəmin hazırladığına ümid etdiyini" bildirmişdi.

"Biz bütün məhbusların geri qaytarılması çağırışını davam etdiririk, bölgə ölkələrinin əməkdaşlığına və aralarındakı həll olunmamış məsələləri çözmək səylərinə kömək etməyə hazırıq”, - deyən Blinken bu işdə Gürcüstanın vasitəçiliyini də yüksək qiymətləndirmişdi: “İki tərəf arasında müzakirələrin asanlaşdırılmasında əsas rolu oynayan Gürcüstan hökumətinə təşəkkür edirik. Bu cür addımlar bölgədəki insanları layiq olduqları dinc gələcəyə yaxınlaşdıracaq".

ABŞ yetkililərinin bu bəyanatları əslində Rusiyaya ağır bir şapalaq kimi idi. Vaşinqton bu sözlərlə sanki Moskvaya “sənin artıq Cənubi Qafqazdakı təsir imkanların Gürcüstan qədər də yoxdur” mesajı verirdi.

Göründüyü kimi, Azərbaycan-Ermənistan münaqişəsinin çözümünə yönəlmiş bu tədbirlər Ara Ayvazyanın Xarici İşlər naziri vəzifəsindən uzaqlaşdırılması ilə baş tutub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da açıqlamasında əslində buna işarə edir. Ara Ayvazyanın siyasi orientasiyasına gəlincə, bu adam təkcə Rusiyanın Ermənistana yerləşdirdiyi pəlvurma aparatı da deyildi. O, həm də Fransanın erməni lobbisinə bağlı kadr kimi tanınır. Ayvazyanın destruktiv mövqeyində Parisin də rolu az deyildi. Müşahidəçilərin fikrincə, Paris Ayvazyanı destruktiv mövqe tutmağa həvəsləndirməklə münaqişəni uzadaraq müzakirələrdə aparıcı rol oynamağa çalışırdı. Fransanın bu siyasətinin qarşısı isə Avropa İttifaqının digər ölkələri və birliyin aparıcı strukturları tərəfindən alınmışdı. Avropa İttifaqının bu mübadilədə rolu Azərbaycanın XİN tərəfindən də etiraf olunur, əsas vasitəçilərdən biri kimi Avropa İttifaqı Şurasına və ATƏT-in hazırkı sədri İsveçə minnətdarlıq bildirilirdi.

Bütün bunlar göstərir ki, Rusiya və Fransa kimi ermənipərəst ölkələrin Cənubi Qafqazda apardığı çözümsüzlük siyasəti dünyanın ən aparıcı qüvvələri tərəfindən zərərsizləşdirilib. Belə aydın olur ki, Ara Ayvazyan da öz xoşu ilə deyil, beynəlxalq təzyiqlər səbəbindən istefa ərizəsi yazıb.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57
Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54
Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43
Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40
Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36
Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31
“O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28
Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27
Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21
"Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14
Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08
Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48
"Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44
Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38
Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35
Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32
Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16
Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58
Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53
Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52
Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru