İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ .....                     Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər .....                     İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb .....                     AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                 

ABŞ Çinin iqtisadi ekspansiyasına qarşı hərəkətə keçir - Azərbaycana hansı təsirləri olacaq?
Tarix: 15-06-2021, 08:34 | Çap et
ABŞ Çinin iqtisadi ekspansiyasına qarşı hərəkətə keçir
G7 dövlət rəhbərlərinin zirvə görüşündə ABŞ prezidenti Co Bayden Avropadakı həmkarlarını və Yaponiyanı Çinin artan iqtisadi təsirinə qarşı çıxmağa çağırıb. O, Pekinin müxtəlif ölkələrə “Bir Kəmər-Bir yol” layihəsi çərçivəsində avtomobil və dəmiryolları xətlərinin, limanların tikintisi, kommunikasiya şəbəkələrinin qurulması üçün milyardlarla dollar kredit ayırıb, sonradan həmin kreditlər vasitəsilə ölkələri təsir altına saldığını bildirib.

ABŞ prezidenti Çinin “sürünən” ilhaqının qarşısını almaq üçün Avropanın, Yaponiyanın, ABŞ-ın Çin layihəsinin əhatə etdiyi ərazilərdə həyata keçirdiyi müxtəlif proqramlarını birləşdirməyi təklif edib. Bayden Afrika, Latın Amerikası və hətta Avropadakı çoxsaylı ölkələrə əlverişli şərtlərlə kreditlərin verilməsini, investisiyaların yatırılmasını zəruri hesab etdiyini deyib. ABŞ prezidentinin təklif etdiyi plan “Build Back Better for the World” adlandırılıb. Bu, “Dünyanı olduğundan daha yaxşı bərpa edək” anlamı verir. Planın ingiliscə qısa yazılışı - B3W da onun Çin layihəsin (abreviaturası BRI) qarşı yönəldiyini göstərir.

Bayden bildirib ki, Çin dünya ticarət və texnologiya qaydalarının hazırlanmasında iştirak etməməlidir. O, antidemokratik hakimiyyətə malik Çinin demokratik Qərbə meydan oxumasının qəbuledilməz olduğunu qeyd edib.

Avropaya yola düşməzdən əvvəl Bayden ABŞ vətəndaşlarına Çinin müdafiə sənayesində iştirak edən, onunla bağlı olan 59 Çin şirkətinin səhmlərini almağı qadağan edən əmri imzalayıb. Avqustun 2-dən qüvvəyə minəcək qadağa Çinin hərbi və müdafiə sənayesində fəaliyyət göstərən bütün iri dövlət şirkətlərini əhatə edir.

Bayden zirvə görüşünün yekununda qəbul ediləcək bəyannamədə Çinin iqtisadi ekspansiyasına qarşı müəyyən çağırışların olacağına ümid etdiyi vurğulamışdı. Lakin bazar günü yayılan bəyannamədə bu məsələnin üstünə demək olar ki, gedilməyib. Əsas diqqət Çinin müsəlman uyğurlara, həmçinin HonqKonqa qarşı siyasətinə yönəldilib.

Məsələ burasındadır ki, Böyük Yeddilik rəhbərlərinin əksəriyyəti Çinin “Bir Kəmər-Bir Yol” layihəsinin zəif ölkələr üçün ciddi təhlükə yaratdığının fərqindədirlər və bundan narahatlıq keçirirlər. Lakin Avropa Birliyi, Almaniya və İtaliya Pekinlə bağlamış olduqları əlverişli müqavilələri itirmək istəmirlər. Onlar həmçinin Çinlə yeni “soyuq müharibə” mühitinin yaranmasına, əlaqələrin kəskin soyuqlaşmasına hazır deyillər.

Çinin “Bir kəmər-Bir yol” layihəsi çərçivəsində irihəcmli kreditlər alıb qaytarmağa çətinlik çəkən Çernoqosiyanın Avropa Birliyinə yardım müraciətinə bir neçə ay əvvəl imtina cavabı verildi. Birlik faktiki olaraq kiçik Avropa dövlətini Çin qarşısında tək qoydu. Nəticədə Çin Çernoqoriyanın ən əlverişli və gəlirli limanını verdiyi borcun yalnız faizi müqabilində 99 illiyə idarəetməyə götürdü. Əsas borcu isə Çernoqoriya özü qaytarmalı olacaq. Müşahidəçilər tezliklə Yunanıstanın da eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Çünki Çindən bir neçə infrastruktur layihəsi üçün irihəcmli borc alan Yunanıstan onların qaytarılmasında böyük çətinliklərlə üzləşib.

Avropada Çinin iqtisadi siyasətində təhlükə görən ilk ölkə Böyük Britaniyadır. Çinlə kifayət qədər isti münasibətləri olan London Afrika ölkələrinin sürətlə Pekinin tam nəzarətinə keçdiyini görərək ABŞ-ın bu prosesi dayandırmaq çağırışlarına ilk müsbət reaksiyanı verib: Bors Conson hökuməti “Huawei” şirkətindən əldə olunan bütün texnologiyaların başqaları ilə əvəz olunmasını qərarlaşdırıb.

Öz avtomobil sənayesi məhsullarının bir saylı bazarı olan Çinlə əlaqələri soyuqlaşdırmaq istəməyən Almaniya isə əksinə, Pekinə qarşı yumşaq davranışın tərəfdarıdır. Çin məmurlarının alman avtomobillərinin idxalına qadağa tətbiq olunacağına dair xəbərdarlığından sonra Almaniya “Huawei” texnologiyalarından istifadəyə qadağa qoyulması qərarını təxirə salmalı olub.

“Bir Kəmər-Bir yol” layihəsinə rəsmən qoşulan İtaliya NATO-dakı müttəfiqlərinin təzyiqləri ilə Çin şirkətlərinə bəzi məhdudiyyətlər tətbiq etsə də, bu ölkə ilə bağlanan əlverişli ticarət və investisiya sazişlərini itirmək istəmir.

Fransa isə layihəyə qoşulmasa da, Çin texnoloji şirkətlərinə qarşı qadağalara getmədi. Lakin 2022-ci ildəki seçkilərdə Makronun əsas rəqibi olan Marin La Pen Çinin Hind-Sakit okeanı hövzəsindəki ambisiyalarına qarşı mübarizə aparacağını bəyan edib.

Beləliklə, G7 zirvəsində Baydenin Çinlə bağlı təklifləri Kanada, Fransa, Böyük Britaniyanın dəstəyini qazansa da, Almaniya, İtaliya və Avropa Birliyi nümayəndələri buna getmədilər. Lakin iştirakçıların hamısı Çində məcburi əməkdən istifadənin görüşün yekun bəyannaməsində yolverilməz hal kimi qeyd olunması barədə razılığa gələ bildilər. G7 rəhbərləri Çinin uyğur və digər etnik-dini azlıqlara qarşı tətbiq etdiyi məcburi əmək praktikasına qarşı mübarizə aparılmasını məqsədəuyğun saydılar. Çin isə dərhal bunu özünün daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirən bəyanatla çıxış etdi.

ABŞ-ın Çinin iqtisadi nüfuzunun artmasına qarşı mübarizəsi nə ilə nəticələnə bilər? Məlumdur ki, “Bir Kəmər-Bir Yol” layihəsi Azərbaycan üçün də ciddi perspektivlər açır. Ölkəmiz Çindən Avropaya və əksinə yükdaşımalarda əsas marşrutlardan biri olmaq üçün ciddi fəaliyyətlər həyata keçirir. Dəmiryolları yenilənir, limanlar inşa olunur, Xəzər dənizi ilə yükdaşımaları artırmaq üçün gəmilər hazırlanır. Bu şəraitdə ABŞ-ın layihəyə qarşı fəaliyyətləri Azərbaycan üçün hansı məhdudiyyətlər yarada bilər?

İqtisadçı-alim Elşad Məmmədovun sözlərinə görə, Çində tətbiq edilən iqtisadi idarəetmə modeli dünya miqyasında effektiv bir model kimi qəbul olunub: “Çinin iqtisadi siyasəti, yanaşması özünü tam təsdiq edib. Bu gün Çin yüksək texnoloji məhsulların ixracına görə həm ABŞ-ı, həm də Avropa Birliyini üstələyib. İqtisadiyyatı həcminə görə artıq ABŞ iqtisadiyyatını da ötüb keçməkdədir. Bu inkişafın, iqtisadi potensialın artmasının qarşısını almaq mümkün deyil. İqtisadiyyat gücləndikcə Çinin dünyada nüfuzunun artması isə daha çox təbii prosesdir. Bu baxımdan, ona qarşı hər hansı iqtisadi, yaxud hərbi-siyasi sıxışdırılma, təzyiq siyasətinin nəticə verəcəyini düşünmürəm”.

İqtisadçı-alim bildirir ki, Çin öz iqtisadiyyatı üçün daha əlverişli şərtlər əldə etməyə çalışır: “Bütün dövlətlər bunu istəyir. Xarici ticarətindəki kəskin müsbət saldo Çində əldə olunan dollarların ölkə xaricinə çıxarılmasını tələb edir. Əks halda, onun hamısının ölkədə qalması daxildə inflyasiya prosesini stimullaşdıracaq. Buna görə də Çin ”Bir Kəmər-Bir yol" kimi meqalayihənin icrasına başlayıb. Bir çox dövlətləri o layihəyə cəlb edib, müəyyən şərtlərlə onları özündən asılı vəziyyətə salıb. Bu, əlbəttə, dünyamiqyaslı bir proses olduğuna görə müəyyən çağırışlar yaradır. Lakin layihədə iştirakçı olmağa çalışan Azərbaycan üçün belə çağırışlar formalaşmır. Çünki əvvəla, Azərbaycanın zəruri infrastruktur formalaşdırmaq üçün öz maliyyə potensialı yetərincədir, xarici investisiyalardan asılılığı kritik səviyyədə deyil. Digər tərəfdən, hətta Çindən kredit cəlb olunsa belə, onu qaytarmaqda ölkəmizin ciddi bir çətinliyi olmayacaq".

E.Məmmədov deyir ki, son onilliklərdə dünyada və bölgəmizdə Qərb və Avropadan hərbi-siyasi, iqtisadi asılılıq məsələsi vardısa, artıq Çin tamam fərqli model formalaşdırır: “Çin iqtisadi cəhətdən asılılıq modelini tətbiq edir. Lakin bu asılılıq heç bir ölkə üçün yaxşı perspektiv deyil. Buna görə də Azərbaycan bölgə dövlətləri ilə sıx və bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin güclənməsinə, regional layihələrin icrasına çalışmalıdır. Regional iqtisadi inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqaməti olmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00
Kərim məhkəmədən narazıdır
Dünən, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24
"Elçin mənim mükafatımdır"
Dünən, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Dünən, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Dünən, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Dünən, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Dünən, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Dünən, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Dünən, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Dünən, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru