Baydenlə Putinin görüşü iki super gücü barışdıra biləcəkmi - TƏHLİL
Tarix: 27-05-2021, 08:47 | Çap et
 ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iyunun 16-da Cenevrədə görüşəcək. Bu, Bayden prezident kimi işə başlayandan bəri iki liderin ilk görüşü olacaq. Hər iki ölkənin paytaxtlarının mayın 25-dəki tarixi açıqlamalarında deyilir ki, görüş ABŞ və Rusiya arasındakı gərginliyin artdığı bir vaxt baş verəcək.
Bu görüş necə qiymətləndirilir? Putinlə Baydenin görüşünü Ronald Reyqanla Mixail Qorbaçovun 1985-ci ilin noyabrında Cenevrədəki görüşü ilə müqayisə etmək olarmı? O zaman da SSRİ ilə ABŞ arasında gərginlik vardı. Və bu görüş o gərginliyi azaltdımı? İndiki görüş necə, iki supergüc arasında hansı yumşalmalara gətirib çıxara bilər?
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, uzun müddətdir ABŞ-Rusiya sammitinə hazırlıq istiqamətində iki ölkə arasında vacib görüşlər keçirilir. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında Reykyavikdə keçirilən görüş, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında ABŞ-Rusiya münasibətləri ilə bağlı məsləhətləşmələr və s. buna nümunədir.
Ekspert qeyd etdi ki, 2008-ci ilin avqust ayından başlayaraq iki ölkə arasında münasibətlər gərginləşmə xətti götürüb. ABŞ-ın son iki prezident seçkilərinə Rusiyanın müdaxiləsi ehtimalının meydana çıxması isə münasibətləri daha da gərginləşib: “Son prezident seçkilərinə müdaxilə ehtimalının hətta ünvanı göstərilib. Belə ki, ABŞ kəşfiyyatı martın 16-da açıqladığı hesabatında Moskvanın 2020-ci ildə ABŞ-da keçirilmiş seçkiyə müdaxilə cəhdlərinin arxasında birbaşa Rusiya prezidentinin dayandığı göstərilib. Ona görə də ABŞ Rusiyanın müdafiə, mədən və maliyyə sənayesini əhatə edən sanksiyalar tətbiq edib.
Vladimir Putinlə Co Baydenin görüşü haqqında elan olunan gündəlikdə isə strateji sabitlik, Ukrayna və Belarusla bağlı vəziyyət, silahlara nəzarət məsələsinə dair strateji sabitlik mövzusunun olması elan edilib. Silahlara nəzarət və strateji sabitlik üzrə START nüvə sazişini yeniləmək və ABŞ və Rusiyanın birlikdə bu istiqamətdə qarşılıqlı maraqlarının olduğu sahələri və s. nümunə olaraq göstərə bilərik.
Konkret olaraq iki ölkə rəhbərinin görüşü, mənim fikrimcə, yüksək notlarda, atmosferdə davam edəcək. Nümunə olaraq Co Baydenin “Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə cəhdlərinə görə əvəz ödəyəcək. Rusiya liderinin ruhu yoxdur” kimi fikirləri, həmçinin Putini qatil adlandırması faktlarını xatırlamaq kifayətdir.
Birmənalı olaraq ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə iyunun 16-da Cenevrədə görüşü Reyqanla Qorbaçovun 1985-ci ilin noyabrında Cenevrədə görüşü ilə müqayisə edilməlidir".
Y.Hacıyeva onu da dedi ki, hətta qəribə tərzdə bütün Avropa boyu Rusiya səfirliklərindən diplomat “sürgünləri” də eyni illərin dejavüsunu yaşadır: “SSRİ-nin son illərində Rusiyanın səfirlik nümayəndələri casus qalmaqalları ilə Avropa ölkələrindən çıxarılırdırlar”.
Politoloq Baydenlə Putinin görüşünün iki supergüc arasında yumşalmalara gətirib çıxaracağı qənaətində deyil: “Dünyanın, eləcə də həm Rusiyanın, həm də ABŞ-ın tanınmış siyasi təhlilçiləri də artıq bu barədə fikirlərini ifadə edirlər ki, Bayden-Putin görüşü iki nəhəng ölkə arasında suları durultmayacaq.
Fikrimcə, Rusiya müvəqqəti olaraq müəyyən kompromis addımlara gedəcəyini sözdə də olsa nümayiş etdirə bilər. Çünki bu, ona irəlidəki seçki mövzusunda vacibdir". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Bu gün, 10:34 |
|
|
|
• Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43 |
|
|
|
• Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39 |
|
|
|
• “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44 |
|
|
|
• Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
• Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00 |
|
|
|
• Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43 |
|
|
|
• "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40 |
|
|
|
• Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38 |
|
|
|
• "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31 |
|
|
|
• Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28 |
|
|
|
• Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24 |
|
|
|
• Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20 |
|
|
|
• “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14 |
|
|
|
• Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09 |
|
|
|
• Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06 |
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57 |
|
|
|
• Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48 |
|
|
|
• Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45 |
|
|
|
• Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38 |
|
|
|
• “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27 |
|
|
|
• İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24 |
|
|
|
• Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21 |
|
|
|
• ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17 |
|
|
|
• Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10 |
|
|
|
• "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06 |
|
|
|
• "Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02 |
|
|
|
• İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58 |
|
|
|
• İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55 |
|
|
|
• Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51 |
|
|
|
• Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03 |
|
|
|
• Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47 |
|
|
|
• Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44 |
|
|
|
• Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37 |
|
|
|
• Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28 |
|
|
|
• Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18 |
|
|
|
• “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10 |
|
|
|
• “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08 |
|
|
|
• Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04 |
|
|
|
• Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33 |
|
|
|
• Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26 |
|
|
|
• Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24 |
|
|
|
• İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21 |
|
|
|
• “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13 |
|
|
|
• Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• "O çörək sənə zəhər olsun"
Dünən, 10:58 |
|
|
|
• “Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57 |
|
|
|
• Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35 |
|
|
|
|