Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                     "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" .....                     Azərbaycanda hərbi çağırış yaşı dəyişir? .....                     Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... .....                     Rusların bu hücumu etməyə gücü yoxdur .....                     Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? .....                     Ya Zəngəzur dəhlizi, ya da təcrid .....                     Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... .....                     Trampın 50 günü Putini dəyişəcəkmi? .....                     “Nar” Daşkəsən festivalında iştirak etdi .....                     Gömrükçülər indi də OĞURLUQ EDİR .....                     Lerik sakini Prezidentə müraciət etdi .....                     İran yola gəlir, YOXSA... .....                     "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" .....                     Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif .....                     Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                     Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə .....                     Trampın regionda hiyləgər gedişi .....                     Keçmiş sovet respubliklarının işğalı real təhlükədir .....                     Nazir dostunu sədr müavini təyin etdi .....                 

Baydenin tarixlə bağlı tarixi səhvi: - İtirən Ankara yox, Vaşinqton oldu
Tarix: 26-04-2021, 16:35 | Çap et
Baydenin tarixlə bağlı tarixi səhvi:
ABŞ Prezidenti Co Bayden 1915-ci il Osmanlıda baş verən hadisələrə qiymət verərkən bunu “soyqırımı” adlandırdı. Ermənilərin uydurmaları əsasında hadisələrə 40 ildən sonra “erməni soyqırımı” deyən ilk ABŞ lideri olan Bayden bəyanatı ilə Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinə səbəb oldu. Ekspertlər hesab edirlər ki, Baydenin saxta soyqırım iddiasına verdiyi qiymət rəsmi Ankara üçün heç bir hüquqi məsuliyyət yaratmır. Amma bu, ölkələr arasında münasibətlərin soyuqlaşmasına səbəb olmaqla yanaşı, Vaşinqtonun Türkiyə kimi müttəfiqi itirməsi anlamını verir.

Məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşən deputat Rasim Musabəyov deyib ki, Baydenin “soyqırımı” tanıması tarixi saxtakarlığa aldanmaq, tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil.

Onun sözlərinə görə, ümumiyyətlə, tarix tarixçilər tərəfindən araşdırılmalıdır: “Siyasətçilər siyasəti kənara qoyub tarixi hadisələrə qiymət verməli, bunu şərh etməli deyillər. Baydenin açıqlaması timsalında biz gördük ki, siyasətçilər öz peşələrini yaddan çıxarıblar, təbliğatla məşğul olmağa başlayıblar. ABŞ Prezidentinin bəyanatı məntiqsiz, cəfəng, heç bir nəticəsi olmayan açıqlamadır. Və Türkiyə üçün sözügedən bəyanat hüquqi məsuliyyət yaratmır, yarada bilməz”.

“Bundan nəinki ABŞ, heç ermənilər və Ermənistan da fayda götürməyəcək. ABŞ-da yaşayan bir qrup dələduz ermənilər bu məsələni özləri üçün “çörək ağacı”na çevirmişdi. Baydenin açıqlamasından sonra ermənilərin əlindən bu fürsət də çıxmış oldu. Eyni zamanda, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə normal qonşuluq münasibəti yaratması, ölkəni inkişaf etdirməsi şansı var idi. Amma ABŞ Prezidentinin məlum açıqlamasından sonra Ermənistan yəqin ki, 4-5 il də bununla məşğul olacaq ki, inkişaf fürsətini də əllərindən çıxaracaqlar. Bu baxımdan Ermənistan heç nə qazanmır”, - Musabəyov əlavə edib.

Deputat vurğulayıb ki, ABŞ Türkiyəni belə qərarla geri sala bilmədi, əksinə özünə ziyan etdi: “Sabah Əfqanıstanda, Yaxın Şərqdə Qara dənizdə və digər məsələlərdə Vaşinqtonun Ankaraya ehtiyacı yaranacaq. O zaman görün, Bayden Ərdoğana zəng edib necə dəstək istəyir”.

Azərbaycanın məsələyə baxışına gəldikdə, R.Musabəyov hesab edir ki, rəsmi Bakı bu məsələdə hər zamankı kimi Ankaranın yanındadır: “Prezident İlham Əliyev dərhal türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi, Türkiyənin yanında olduğunu bildirdi. Xarici İşlər Nazirliyi səviyyəsində Baydenin açıqlaması pislənildi. Bakı hər zaman olduğu kimi, bu dəfə də Ankaraya dəstəkdir. Eyni zamanda, Azərbaycan ictimaiyyətinin də bəyanata münasibəti mənfi oldu ki, bu da bir daha göstərir ki, biz əbədi dost və qardaş ölkəyik. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkə olaraq başqa mövqe sərgiləyə bilməzdi”.

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov AYNA-ya söyləyib ki, Co Baydenin 1915-ci il hadisələrinə “soyqırımı” deməsi müasir ABŞ tarixi üçün utancverici haldır: “Yaxşı olardı ki, Bayden adminstrasiyasındakılar dönüb öz tarixlərinə baxsınlar. ABŞ-ın tarix boyu hindulara qarşı necə soyqırımı törətməsi hər kəsə bəllidir. Yaxud da, Amerikanın digər xalqlara, əfqanlara, vyetnamlılara qarşı vəhşilikləri barədə yüzlərlə faktlar var. Tarixində belə ləkə olan bir ölkənin başçısının saxta iddialara “soyqırımı” deməsi tarixi ironiyadır”.

“ABŞ-ın əvvəlki prezidentləri bunu demək istəyirdilər, amma demirdilər. Bu məsələdən Vaşinqton hər zaman Ankaraya qarşı təzyiq kimi istifadə edirdi: “Bax, “soyqırımı” tanıyarıq”. Artıq bu təzyiq vasitəsi ABŞ-ın əlindən çıxdı, Bayden bunu dedi. ABŞ Prezidenti niyə indi dedi, əsas məsələ budur. Hesab edirəm ki, Türkiyənin son illər apardığı xarici siyasət fərqlidir. Türkiyə son illərdə Ağ Evin istədiyi kimi yox, özünün bildiyi və milli maraqlarını təmin edən xarici siyasət aparır. Əlbəttə, bu, Amerika “dərin dövlətini” qane etmirdi”, - politoloq əlavə edib.

Analitik hesab edir ki, Baydenin hadisələri “soyqırımı” adlandırması ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurur: “Vaşinqtonun beynəlxalq tarixçilərin və hüquqşünasların inkar etdiyi hadisələrə ədalətsiz qiymət verməsini sübuta yetirir. Unutmaq lazım deyil ki, indiyə qədər hüquqşünaslar və tarixçilər tərəfindən 1915 hadisələri soyqırım kimi tanınmayıb və həmin hadisələrin soyqırım adlandırılması ilə bağlı heç bir dəlil və sübutun olmaması bəyan edilib. Ən son Avropa Məhkəməsi "erməni soyqırımı"nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb”.

“1915 hadisələrinə siyasətçilər deyil, tarixçilərin qiymət verməli olduğu halda, Baydenin bu addımı sözsüz ki, tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir. Şübhəsiz ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti əlavə bir çalar olacaq. Türkiyənin milli maraqları əsasında müstəqil siyasəti həzm edə bilməyən qüvvələr başa düşməlidirlər ki, onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın nüfuzunun azaldığı dövrdə Türkiyəyə qarşı bu saxta iddiaya qoşulmaq regionda Vaşinqtonun milli maraqlarına zərbə ilə nəticələnəcək”, - Z.Məmmədov bildirib.

Politoloq onu da vurğulayıb ki, Baydenin ədalətsiz yanaşması təbii ki, Azərbaycanla ABŞ arasında münasibətlərə də mənfi təsir göstərəcək: “Çünki Azərbaycan Türkiyəyə qarşı atılan istənilən addımı təbii olaraq özünə qarşı atılmış addım kimi qəbul edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42
İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34
"Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32
Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Dünən, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Dünən, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Dünən, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Dünən, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Dünən, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Dünən, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Dünən, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Dünən, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Dünən, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Dünən, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Dünən, 15:25
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Dünən, 15:22
İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Dünən, 15:19
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Dünən, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru